“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə58/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

 



Ağabacı Rzayeva
 
Uzun illər uşaqlarının sevimli mahnısına çevrilən “Kukla” Azərbaycanın ilk 
qadın bəstəkarı Ağabacı Rzayevanın musiqi xəzinəsinə bəxş etdiyi bənzərsiz nümunələrin
dən biridir.
Ağabacı İsmayıl qızı Rzayeva 1912-
ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Babası Mirzə Fərəc Bakıda tarın ilk ifaçısı, 
muğamşünas və müəllim kimi tanınıb.
Pedaqoji Texnikumu bitirib bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik 
edir.lakin musiqiyə maraq onu Konservatoriyaya gətirir. Ağabacı Rzayeva not çalğısı üzrə ali 
təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsurovdan dərs alır. 
Ağabacı Rzayeva həm, Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk 
qadın bəstəkardır. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. 
Bəstəkarın vokal yaradıcılığında müxtəlif səpkili romanslar, vətənpərvərlik və sülh, əmək və 
məhəbbət mövzuları, eləcə də uşaq həyatının müxtəlif səhnələrini canlandıran mahnılar çoxsaylı 
nümunələrlə təmsil olunub.Bu mahnılar arasında Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, 
“Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən”, “Şarım uçdu havaya”, “Bala ceyran” 
və “Buzovum” bəstəkarın dillər əzbəri olan məşhur uşaq mahnılarındandır. Ağabacı Rzayeva 
yaradıcılığından danışarkən onun “Höcət eləmə” musiqili komediyasını, “Ögey ana” dramını, 
variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyeslərini, xalq çalğı 
alətləri üçün “Şənlik” süitasını da mütləq qeyd etmək lazımdır. Milli bəstəkarlıq sənətimizin ilk 
qadın nümayəndəsi olan Ağabacı Rzayeva 1975-ci il iyulun 5-də, 63 yaşında Bakıda vəfat edib. 
Oktay Zülfüqarov 
 
Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı 
Musiqi Məktəbinin violonçel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa 
vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Bir müddət Dövlət 
Konservatoriyasının violonçel sinfində oxuduqdan sonra imtahansız professor Qara Qarayevin 
bəstəkarlıq sinfinə qəbul olundu. 
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc 
bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran 
Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar bəstələməyə başladı. 
Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və Sərçə” və “‘Meşə nağılı” operalarını da yazdı. “Şəngülüm, 
Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik 
poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan 
bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə 
Moskvada laureat adına layiq görülüb. 
2010-2012 illərdə O.Zülfüqarov “Məlikməmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” 
ikihissəli balet, “Tumurcuq” və “Aysel” Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və 
Vidadi Xəlilovla birgə musiqi dərslikləri yazıb. 


Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında 
Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeir 
yazıb və onlar “Oxuyur Aysel” adlı adlı topluda işıq üzü görüb. 1972-ci ildə əməkdar incəsənət 
xadimi, 2000-ci ildə Xalq Artisti adına layiq görülüb, 2009-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 
Prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri 
olub. 
Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin