Mustafa ağA ŞUXİ Dİvan baki – 2011 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 2,18 Mb.
səhifə4/7
tarix17.11.2018
ölçüsü2,18 Mb.
#83193
1   2   3   4   5   6   7

Gəl imdi eylə nəzər gördügün dili-Şuxi,

Bu dari-vəhşətabadı gör nə virandır.


* * *
Çu bülbül zümzümə ağaz vəqti bamdad eylər,

Zəmanə paymalı qəlbi-məhzun ahdad eylər.

Gözüm seylabı-jismim qərq edir hijrində hər saət,

Rüxi-gülrəngini bu qanə dönmüş dil ki yad eylər.

Şəbi-hijranının keyfiyyətində katibi-fikrim,

Qələm mücganımı xunabeyi-çeşmim medad eylər.

Nə bihənqam sevdadır dilə biranəsərlikdə,

Nə fikrə meyl edir hərgiz, nə əqlə inqiyad eylər.

Təbibi-eşqə izhar etdigimdə hali-dili-şərhin,

Jəvab oldur ki müşkül dərdlərdir izdiyad eylər.

Səfayi-xatiri əldən alıbdır gərdişi-dövran,

Sövq bir iltifat etməklə qəlbi qanda şad eylər.

Fələkdən, Şuxiya, mehri-vəfa bija təmənnadır,

Kimi gördün ki, bu Zali-sitəmgər bərmurad eylər.


* * *
Duş ərz eylədi didarını manəndeyi-hur,

Yar dirinə qılıb rahətü aramımdur.

Yadıma salmaq idi qəsdi-zamani-vəslin,

İftiraqilə neçə vəqt qalıb dili-məhjur.

Dili-xunbaridən olmuşdu səbəb hijrətinə,

İstədim eyləməgə məqdərəti-kari-hüzur.

Ləbi-ləlində dolanırdı xəyalati-qənat,

Çeşmi-məstində nümayan idi asari-qürur.

Nə nəzakətlə iki çeşmi-nigah etdisə,

Qarışıb bir yerə başımdaki idrakü şüur.

Getdi dil çahi zinəxdanə füru çür bicən,

Qanda bazuyi-təhəmtən qıla təxlisinə zur.

Gözüm ol surəti-firdövs misalında ikən,

Çəkilib dərdin edib mən' negahi-rüxi-hur.

Tazədən xatirimi etdi pərakəndə belə,

Qalmayıb jayi ki aram tuta zərreyi-sürur.

Şuxiya, şöhrəti-dünyayi-dəni çun hərgiz,

Bir kəsin xatiri-asayişinə vermə futur.

* * *
Ol möhnəti-şəkli-jahan xilqətə müstəhsəndir,

Qədi zibavü ləbi-yaqutü rüxi-əhsəndir.

Açılıb nəstərənü nərgiz, həm sümbülü gül,

Əjaba ruyi-məhasası nə xoş gülşəndir.

Məgər çeşmanına ümmidi-əmanət olmaz,

Qəlbi-yəğma edir ol afəti-jan rəhzəndir.

Eyləyibdir görəsən navəki-mücganındən,

Sinəmi qəmzeyi-dilduzi çü pəruyi-zəndir.

Arifa, tən` giriftarlığım etmə bənə,

Zülfi-zənjir, çünun qəmzəsi bil əfkəndir.

Hər tökən sinəmə mücgan oxu əbrusundan,

Şəsti-Rüstəmmidir, aya, zekəfi-bəhməndir.

Qasid əzm etdi vüsali-xəbərin mücdə verə,

Vay odur əks ola bir matəm-pürşivəndir.

Alam ağuşa əgər qismət olub gül bədənin,

Qoymanam mail ola kərteyə, pirahəndir.

Dərdi-eşqilə bu rüsvayi-Şuxi heyhat,

Olaman bödi-nihan aləm ara rövşəndir.


* * *
Hər çi təklif edəm ol məhvəşə bir çəmxəm edər,

İltifatın bənə ol gülrüxi-ziba kəm edər.

Leyk bir rəmzi-nəzakətlə nümayan meylin,

Gah olur kim, bəni-dilsuxtəyə mübhəm edər.

Dili-bimar olub üftadə tiri-nigəhi,

Etsə bu dərdə əlaj ol ləb əbəs dəm edər.

Ləbi-yaqutuna hər ləb yetirən şirin kam,

Xosrovanə oturub işrəti jami-jəm edir.

Zövrəqi-bəxtim arar sahili-məqsudi-vüsal,

Əşkidən didə əgər bulmaya şəksiz nəm edər.

Dili-pəcmürdəni sədparə edib rəhm etməz,

Məsti-jəllad gözü qıldın aya qəm edər.

İztirab üzrə səbəb olmağa məjruhi-dilə,

Çeşmə dökdükdə həman türreyi-mişkin şəm edər.

Hüsni-rüxsarını ya eşq nədir fəhm etməz,

Heyf kim, tə`n bənə sufiyi-layələm edər.

Saqiya, badə götür Şuxiyi-dilsuzə ki ta,

Bir ümüdim var əgər rəhm şəhi-aləm edər.


* * *
Hər zaman jövri-fələk qəlbimi qəmnak qılır,

Sinəmi firqət jananilə səd çak qılır.

Jismimi nari-məhəbbət edib ehraq atəş,

Sanki nabud, vüjud hüsnü və xaşak qılır.

Rüxi-gülgüni ilə dideyi-jadu əsəri,

Dili-yağma hər iki rəhzənü səffak qılır.

Dolaşıb gərdənimə zülfi-kirehgir çenan,

Mari-xunxar ki, azadeyi-Zöhhak qılır.

Etdi taraj belə qəmzeyi-mövkəb şekəni,

Qəlb məhzuni nejə ləşkər ətrak qılır.

Lajərəm görsə təbəssüm edən əsnadə yüzün,

Ləli-xəndani, ləbi-mürdəni Əzhak qılır.

Eyləməz eşq jəhan süzini dildən xali,

Şuxiyi-zar gər aramgəhin xak qılır.


* * *
Hər təbəssüm ki, gər ol ləli-şəkər xəndə edər,

Özünə yüz dili-şeydani o dəm bəndə edər.

Toxuna zülfünə nagah nəsimi-səhəri,

Ənbərəfşan qılır, əqli pərakəndə edər.

Pərtöv pür qıla pəcmurdəvü suzan kəs tək,

Hər nigahında bəni ol rüx tabəndə edər.

Edəsən ruyinə nəzzarə hər andəm guya,

Qeyri pür hüsnü nur səjjad nigarında edər.

Aparır huşumu məstanə dönüb baxmasın,

Hər zaman nazilə ol sərvi-xuramandə edər.

Firqətindən gözüm ol novgüli-şirin dəhənin,

Əşkini əbri-baharan kimi barında edər.

Şuxiya, vəqti-həlakimdə yetən dəm ləbdən,

Zində bir busə ilə ol büti-nazəndə edər.


* * *

Getdi zülfündə pərişan oluban əqlü şuur,

Qeyri mümkündür ola qabil jəmiyyətə zur.

Çeşmidən pərtövi-rüxsarı olan dəm qaib,

Məhvdir xali kimi nöqteyi-sərmayi-nur.

Xaneyi-qəlbimi etmiş o sifət hijrani,

Nejə viranəki etmiş ola əyyami-hürur.

Tərki-nabud oluram zülməti-hijran içrə,

Salmasa şölə yüzü çeşmimə əz janibi-tur.

Çeşmi-jadusu ilə türreyi-hindu rövşən,

Salıb aləmlərə bir belə fəsad ilə şurur.

Ey səba, söylə ona, aşiqinə rəhm qıla,

Nolur aya bu qədər hüsnünə etməkdə qürur.

Şuxiya, jövri-zəmandan kimə şikvə edəsən,

Yaxşıdır olmağa aram ilə bir vəqti-sütur.
* * *
Jana, o günki zülfünə şanə çəkərdilər,

Bir tari-pud rişteyi-janə çəkərdilər.

Sədparə sinəmi yenə də naz-qəmzəsi,

Təqdimi-tiri-çeşmə nişanə çəkərdilər.

Ahunu bağlayıb gözünə nisbətən əbəs,

Bihudə rənj xanəbexanə çəkərdilər.

Qanda görüb ki məshəfi-ruyin müfəssərin,

Gögçək suvərlə şərhi-bəyanə çəkərdilər.

Axşamlıyıb görəndə səni şəmsilə qəmər,

Xijlətdən özlərini nihanə çəkərdilər.

Köhnə əsirə tazə əbəs türrə ilə xal,

Gülzari-rüxdə dam ilə danə çəkərdilər.

Şuxi, dəvami-vəslə xilaf olmağa səbəb,

Qiptə jəmi-xəlq zəmanə çəkərdilər.

* * *
Nə surət bilməzəm əhvali-xəlqi-dövri-hazirdir,

Olubdur bir-birinə jürmsiz nahəq jabirdir.

Xəyanətlə dəruni-sərbəsər məmlüvdür xilqətin,

Kimi təsviri-adəmlikdə görsən, şəkli-zahirdir.

Əgər kim dərdini izhar edirsən sandığın yarə,

Ki, guya aləmə izhar üçün məmuri-naşirdir.

Atıb öz karını jümlə biri həmdigəri halin,

Təhəbbüs eləməkdə daima amadə nazirdir.

Ujalda gər fələk həm millətindən bir kəsin başın,

Dili-əqvamı büxlündən müdam aşufdəxatirdir.

Riyadır qəza birlə ola əfsərdə əxvanı,

Zəmanətdən görə qardaşın ol halətdə şakərdən.

Edib əfalını məğşuş jümlə sahibi-sən`ət,

Hezaran heyif ol ustadlar kim işdə mahirdir.

Görünməzdi quruluq əqvalü əmal xəlaiqdə,

Sərapa əgrilikdir feli-mərdüm hər çi sadirdir.

Nolur bilməm bu əfal ilə axır karımız, yarəb,

Bu tərz ilə olub yek digərindən jümlə nafirdir.

Gəhi xəndan, gəhi giryan edir dövri-fələk daim,

Əsas dövri-aləm ruzü şəb çendan ki, dayirdir.

Zəmanın halin tərz bu tərz ilə gördükdə, ey Şuxi,

Vəfa eylərmi qöftarə dili ol kəski şairdir.

* * *
Zülfi-mişkin neçə bir dövri-rüxi-əşrəfdir,

Sanki məna yazılan haşiyeyi-məshəfdir.

Xali-rüxsarı durub gənji-ləbində guya,

Neçə rəngi neçə bir qonçeyi-gül dər kəfdir.

Çeşmi şahan kimi meyli-nəzəri mücganə,

Jəng üçün ənjümən arayi hər bir səfvdir.

Aparırsan dili bir dəmdə çu təxti-bilqeys,

Ləbi-ləlində kəramət ləbi-asəfdir.

Ləbimi bəstə edəm şikveyi-dövrandan əgər,

Neyləmək qəlb ilə kim, müttəsil andə təfdir.

Gözüm almış rüxitabanı təmaşası üçün,

Ol məqamına jəmalına anın mükşəfdir.

Şuxini asi edən sahibinin qüvvətidir,

Seyri-əfrakə atın kim mənki Rəfrəfdir.


* * *
Çıxıb seyrə bəni yad eyləməz, ol məhliqa gəlməz,

Qoyub bu dəşti-ənduh içrə bibərgü nəva gəlməz.

Dü çeşmi-intizar ilə qalıb yollarda peyvəstə,

Dolanır həsrət ilə hər tərəf sübhü məsa gəlməz.

Qüsurum noldu bilməm ya ki, tərkim qıldı ol məhvəş,

Məhəbbət rahına yüz qoymayıb ol bivəfa gəlməz.

Çirağəfruzi-bəzmi-behçət olmaz ol mələksima,

Götürməz xanimani işrət üzrə bir səfa gəlməz.

Gəzib seyran ki aləmdə dili-azadəvü şadan,

Bəni sanmazmı, ya rəb, dami-eşqə mübtəla gəlməz.

Salıb zülmati-firqət içrə piçi-zülfünə bəstə,

Götürməz məqdəmindən beyti-ehzanə ziya gəlməz.

Təvana jani-dildə qalmayıb biruyi-gülgüni,

Yetirməz rəngi-ruyə xun o ləli-janfəra gəlməz.

Məhəbbət riştəsin qarmağını bişübhə fəhm eylər,

Edirmi, yarəb, aya bivəfalıqdan həya, gəlməz.

Məşamım alsa Şuxi nükhəti-mişkin giysusun,

Nə çeşmə xabü o janə istirahət aşina gəlməz.


* * *
Olub azurdə mühüm rövzənəsin çak etməz,

Xatirim tələti-ruy ilə tərəbnak etməz.

Kətmi-didarına bais nədir, ey badi-səba,

Ya məgər hal pərişanımı idrak etməz.

Ləbi-gülgüni fəraqında çox içdim səhba,

Dərdi-eşq üzrə əsər badeyi-tiryak etməz.

Yandığım atəşi-hijranına bəsdir söylə,

Ol jəfa bişə məgər zülmünə imsak etməz.

Nə təfəkkürlə edir sərvi-rəvanın pünhan,

Ərzi-rüxsarını ol məhvəş çalak etməz.

Bilirəm baisini dildə anındır mehri,

Bilsə gər sirri-zəmiri bilə əmhak etməz.

Zənn edir sayeri-meyl eyləmişəm qeyr andan,

Qism ol ruyinə dil mehrinin ətrak etməz.

Bilir əhvalımı kim qeyriyə andan meylim,

Həft banusinədən səhfeyi-əflak etmək.

İltija zümreyi-insanə jüz insaniyyət,

Qeyri-mövlası kəsə Şuxiyi-bibak etməz.

* * *
Rəhmsiz çun dili-xuban kimi bir daş olmaz,

Hər sədaqətləri jüzilə isileyi pürxaş olmaz.

Ülfəti-mərdümi-dövrandan ola kim ki bəsid,

Sirri əndində qalır, aləm ara faş olmaz.

Tutma göz xəlqi-zəmanə tapasan yari-şəfiq,

Höqqeyi-məğzi-vəfa hər dilü hər baş olmaz.

Hifzi-əsrarə hər an sər ki degildir qabil,

Hərgiz andan səfi-dəndanında yoldaş olmaz.

Rəhi-yarında başın verə üşşaq işdür,

Mərdi-meydan sanma, zümreyi-ovbaş olmaz.

Payi-janani-vəfadarə nisar etmək üçün,

Qeyri bir nəğdi-rəvan layiqi-şabaş olmaz.

Saqiya, tuş qılım çun ləbi-yadına rəhiq,

Qismətim buseyi-ol ləli-şəkərpaş olmaz.

Ey məhim, məhrəmi-didar edəsən ədnanı,

Qabili-dideyi-xor dideyi-xəffaş olmaz.

Şuxiya, buseyi-janbəxşinə jan etməgə bəxş,

Ləbi-İsa deməyin, businə padaş olmaz.


* * *
Səd hezar əfsus kim bir dövri-dövran eyləməz,

Həm müvafiq bu dili-bisəbrü saman eyləməz.

Dil qalıbdır uqdeyi-zülfündə zarü müstəmənd,

Yar rəhm etməz və ya bir çarə yaran eyləməz.

Bir təbəssümlə qıla əhya dili-pəcmurdəni,

Ol Məsihadəm ləbi-gülbərgi-xəndan eyləməz.

Suzişi-jan atəş rüxsardandır ruzü şəb,

Heyf o gül bir buseyi-sərdilə dərman eyləməz.

Janü dil daim hüzurunda müqimi-paybənd,

Qalıbi-biruhimi bir kərrə mehman eyləməz.

Aldı janım ləli-şəkkərxəndəsi yüz nazilə,

Zənn edirdim öylə şirintəbə olan qan eyləməz.

Bir geçə mehman olub qəmxaneyi deyjurimi,

Tələt ilə pürziya ol mahi-taban eyləməz,

Qurtara bir lütf edib bir duzəxi-hijrandan.

Ol qəmər tələt rüxi-hurayi-rizvan eyləməz,

Sayeyi-geysuyi əbrasadə bir jayi-əman.

Şuxiyi-suzanə ol sərvi-xuraman eyləməz,


* * *
Daima eyləyirəm dərgəhi mövlayə niyaz,

Nola bir dəfə fələk bab edə məqsudimə baz.

Taqi-əbrusini mehrab qılıb ol mahın,

Etməgə qibleyi-rüxsarına şükranə nəmaz.

Şüğlim olmuş səri kuyində təvaf eyləməgə,

Həme övqat şəbü ruzü o məhü sali-diraz.

Bir təbəssümlə ki yüz şiveyi-naz ilə qılıb,

Dili məftun edib ol huşrüba mayeyi-naz.

Özü məstanə, dəxi sünni jəvan, xof edirəm,

Bir dəm açmaqlığa əhvali-dilimdən ona raz.

Ey jəfabişə, dedim qəsdin əgər qətlim isə,

İmdidən xahişini nameyi-əmalıma yaz.

Şuxiya, yavəri bəxt yetirsə əlimi,

Edir iqbali sərim daməni vəslilə fəraz.


* * *
Qüvvəti-natiqə çun qabili-güftar olmaz,

Dərdi-dil heyf ki, jananıma izhar olmaz.

Ey səba, haləti-aşuftəmi dildarə yetir,

Əldə təhrirə vəfa nazimi-istar olmaz.

Çun gedər dərdi-derunimdə ləhafi-xakə,

Ey diriğa ki, məhim vaqifi-əsrar olmaz.

Dərd odur yarə könül haləti məstur qalır,

Xəlqdən möhnəti-eşq olması izhar olmaz.

Səndən imdad ola gər şərh qəmi-hijranə,

Ey səba, hasili-mətlubimə izhar olmaz.

Surəti-halimi təftiş ilə jananə yetir,

Qeyrisindən dəxi üşşaqə vəfadar olmaz.

Məsti-jami-meyi-eşq ki, olubdur Şuxi,

Bəd əzin əql bəraşuftəsi hüşyar olmaz.


* * *
Firqətin verdi o dərdi bənə bir nər çəkməz,

Qeyri bəndən, sənəma, mərdüm axər çəkməz.

Suziş eşq rüxin sinəmə, ey büt, görəsən,

Öylə bir dağ çəkib, şöleyi-azər çəkməz.

Ləbi-gülfamını bir busə edən tamə edər,

Minnəti-dərdi-səri-badeyi-əhmər çəkməz.

Ey xoş ol didə ki, rüxsarını məhşu qıla,

Həsrəti-arizi-məhbubeyi-xavər çəkməz.

Ol nigareş ki, rüxi-xubuna təqdir verib,

Rəqəmi-Maniyi-nəqqaş ola, xoştər çəkməz.

Katib qüdrət əlif qamətinə arayiş,

Böylə ziba ki, verib mehrəvü məstər çəkməz.

Qətldən dəstini hərgiz iki qəmmaz gözün,

İçtinab eyləyib ol zalimi-kafər çəkməz.

Noldu tiflani-sirişkim ki edər böylə fərar,

Dideyi-məstin əgər üstünə xənjər çəkməz.

Sanma, ey gül, dili-üşşaq həqiqi bir giz,

Rahi-eşqidə nə tərz olsa, bəla sər çəkməz.

Xaş məxluqdan ol kəs ki təvəkküldə durub,

Xofü xiffət dili-danayi-dilavər çəkməz.

Noldu Şuxi belə dilsuxtə olmağa səbəb,

Rişteyi-nəzmə ləbin daneyi-gövhər çəkməz.


* * *
Oldu qayib nəzərimdən rüxi-dildar əfsus,

Rüzgar oldu bu vəjhilə bənə tar əfsus.

Jəzb edib janə rüxi-şölə səni şişeyi-dil,

Etdi suzan nəki var atəşi-rüxsar əfsus.

Nə içirdisə bənə ləli-ləbindən saqi,

Səri-şuridə əgər olmadı xüşyar əfsus.

Göstərib qayət şənguyivü şirinlikdən,

Gündə yüz nazilə bir şiveyi-rəftar əfsus.

Xahişi-qəlbini əsrari-nəhanın axər,

Etdi bən şiftəni öldürüb izhar əfsus.

Öz ləbindən soruban xahişi-təviz oxudum,

Bir şəfa bulmadı ol nərgisi-bimar əfsus.

Yüz işarət ilə eylərdi dəm fürsətini,

Qəmzeyi-dideyi-şəhlası xəbərdar əfsus.

Verməyib xab səhər xəndeyi-ruhəfzası,

Dərbəri-rövzənə dov etməgə bidar əfsus.

Ruzi əzmi dilədim məjmeyi-xuyi-şanində,

Busə almaq utanıb eylədi zinhar əfsus.

Çıxdı ahuyi-xütən şəsti-kəməndimdən leyk,

Kam rəhində nə sifət oldu giriftar əfsus.

Nəqdi-jan ilə muradinə rəvan əzm etdim,

Nə görəm bey olunub töhfeyi-bazar əfsus.

Şiri-qürrəndə nəzər görəsi seydi qafil,

Düşə fürsət götürə bir səgi-idbar əfsus.

Hər təzərvin ki, binasında edə, şahindür,

İbn ovu qıla pəcmurdeyi-murdad əfsus.

Bağban tərbişdə ola nadan naşı,

Xarü xəslə bulaşır səfheyi-gülzar əfsus.

Kəbəteyni-əməlim atmadı nəqşi-məqsud,

Dari-heyrətdə bəni eylədi şüşdar əfsus.

Şuxuya, etdi zəmanə səni azadə ikən,

Jövr dəhr ilə qəmaludü diləfkar əfsus.


* * *
Mürği-dil zərrə nə səbr eyləməz əmhalə həvəs,

Eyləyir ol rüxi-gülfam de ki falə həvəs.

Gözüm ol surəti-zibasını bir dəm ki görüb,

Etməz özgə çəmən dəhirdə əşkalə həvəs.

Baği-jismi çu müzəyyən güli-gülzari-behişt,

Didəvü dil təmində edir ol malə həvəs.

Əsəri-badeyi gülfamdən eylər çeşmim,

Müttəssil şövqi-təmaşayi rüxi-alə həvəs.

Səfi-mücganə komand eyliyərək məstanə,

Didəsi nəxvət ilə eyləyir ijlalə həvəs.

Neyləyim bu dili-huşyar ilə ol dərdalud,

Etməyir ərseyi-aləmdə hiç əhvalə həvəs.

Baxma bu işveyi-məkkarəsinə dünyanın,

Şuxiya, etmə bu namərd kühənsalə həvəs.

* * *
Dögdüm dəri-janani jəvab olmadı bir səs,

Nə pürseşi-əhvalıma meyl etmədi bir kəs.

Ol sərvi-qəddin hər süxəni rast gəlirdi,

Başladı neçün əgrilik ol qaşi-müqəvvəs.

Təmir vüjudunda nə xoş təhr çəkilmiş,

Ol nazü nəzakətdə rəva qıla müqərnəs.

Rəf` eylədi bu şivə ilə huşimi sərdən,

Didari-lətifilə o pürnazi-mütəvvəs.

Bazari-jəhan içrə bolan külli-mətai,

Məhsubdum olsaydı əgər yar mədədrəs.

Etməzdi könül meylü həvəs bir şeyə əsla,

Aləmdən anın dövləti-didarı olur bəs.

Gər olmasa isali-müyəssən sanə, Şuxi,

Hijran evini səddi-təmam ilə müssəddəs.


* * *
Jami-gülgündə nə verdisə bənə etməgə nuş,

Eylədi məsti-əbəd müğbeçeyi-badəfüruş.

İstədim hali-dərunim qılam ifşa xəlqə,

Etdi bir işveyi-nazənda, ki səbr eylə xəmuş.

Çeşmi-jadusu nə əfsun qılıb janü dilə,

Bir zaman gördüm olub məhv qəmü əqlilə huş.

Qıldı bir şiveyi-tərz ilə müttərra zülfün,

Heyrət qəlb üçün atdı zibənaguş beduş.

Dolanan dəm rüxi-gülgünü xəyali-dildə,

Əşki-xunin iki didəmdən edir zur ilə juş.

Həlqeyi-zülfi qılır bəstə dili-zöhhadı,

Mürdəni-zində qılır ol rüxü çeşmi-məbşus.

Nazişi-xəndeyi-zibasını təfhim qıla,

Dami-geysusuna sərbəstə olur jümlə vühuş.

Ləbi-janbəxş təkəmmüldə təbəssüm qılır,

Qanə ağuştə könüldən gəlür avazi xuruş.

Bilmədin dövri-zaman qədri nədir Şuxinin,

Sərf qıldın ayində dəhrdə həmçun məğşuş.


* * *
Yenə ol sərvi-rəvan lütf edib ikram etmiş,

Şərəfi-vəsli-giran qiymətin əlam etmiş.

Kətmi-əsrarı üçün göstərib ənvai-heyl,

Məqsudə vəqf murad üzrə sərənjam etmiş.

İki dil müxbir ikən surəti-əhvalından,

Xəlqə bir mətləbi-məkus ilə əfham etmiş.

Saliki-rahi-vəfa olduğuna şübhəm yox,

Mərkəzi-daireyi-hübbdə iqdam etmiş.

İmdi məfhum olunur sirri-zəmiri o məhin,

Fövji-üşşaqına yüz rəng ilə eyham etmiş.

Navək əndazeyi-məstanə gözün görmüş kim,

Üzünü mütəssəf ol heyətə bəhram etmiş.

Açıban zülfi-mütərrasını əfşan qılıb,

Payi-üşşaqə behər muyini bərdam etmiş.

Rüxi-gülbərgəni ləli-ləbi şəkərşekənin,

Gah fürsətdə ləbi-təşnəyə ənam etmiş.

Etdi vallah, səni Şuxi nəzər əvvəldən,

Bir şəkərxəndə ki ol höqqeyi-gülfam etmiş.


* * *
Jəmalın bədri-ənvər xəlq olunmuş,

Gözün birəhmi-kafər xəlq olunmuş.

Vüjudi-ruhbəxşin yer yüzündə,

Ki, hurül-eyni məzhər xəlq olunmuş.

Gözəllik bəxti-huran içrə düşmüş,

Bu ruyi mahpeykər xəlq olunmuş.

Miyan zülfüdə ləman jisminə,

Nəzirə Səd Əkbər xəlq olunmuş.

Məlahət birlə təmiri-vüjudun,

Nə xoş ətvarü xoş tər xəlq olunmuş.

Jəmalından alıb tərh nigariş,

Ərusi-mülki-xavər xəlq olunmuş.

Jəvari-şəmsdə əbrə müşabeh,

Dü geysuyi-müəbbər xəlq olunmuş.

Ləbi-ləlində jəm olunmuş lətafət,

Ərinmiş saf jövhər xəlq olunmuş.

Dü novbarə turunji-nonihali,

Müxəmmər şirü şəkkər xəlq olunmuş.

Bəsi əsqam üçün təsiri zahir,

Ləbi-yaquti-əhmər xəlq olunmuş.

Bərayi-seydi-dilhayi-qəriban,

Müsəlsəl zülfi-çənbər xəlq olunmuş.

Üzari-atəşin rəngi-vəsihin,

Dili-suzanə məjmər xəlq olunmuş.

Dü çeşmi-jansetani çeşm övkəndə,

İki jəlladi-mənzər xəlq olunmuş.

Gəhi qəmzə, gəhi səfhayi-mücgan,

Be dilha tirü xənjər xəlq olunmuş.

Dili-Şuxi üçün imayi-janan,

Çəkər hər yanə rəhbər xəlq olunmuş.


* * *
Dilbəra, gəl dili-zarimdə ki əfqanə yetiş,

Görəsən neylədi hijran ələmi janə yetiş.

Oldu gülzari-sürurim nejə pamal belə,

Sənsiz, ey sərvi-rəvan, fərqi-gülüstanə yetiş.

Jan məhzun ki, fəraqətlə olub pəcmürdə,

Ləbi-isadəm ilə bir ona dərmanə yetiş.

Faşi-əsrar qılıb aşiqi-bədnam etmə,

Abru ilə üzün atəşi-hijranə yetiş.

Mələk mövrusini lütf eylə, nəzərdən salma,

Bari-təmrinə çat bu dili-viranə yetiş.

Məstəm, ey saqiyi-gülçöhrə, gözün qurbani,

Natəvan dəstimi tut, düşmiyə peymanə, yetiş.

Ruzi-novruz ki, seyranə çıxıb məhruyan,

Sən də, ey şahi-bütan, məjmeyi-xubanə yetiş.

Bir işarətilə qıl rədd səlamın, ey dil,

Gəlüb ol mayeyi-jan mənzəri-jananə yetiş.

Şurişi-zümzümeyi-söhbəti-pürnazi-bütan,

Gör nejə zövq verir sahəti-meydanə yetiş.

Feyziyab ol şərəfi-ləhjeyi-şirinindən,

Təlxkam olma belə ol ləbi-xəndanə yetiş.

Qılma bu zülməti-hijrandə rəvan ol, Şuxi,

Edə məqbul hüzur ol rüxi-tabanə yetiş.


* * *
Məgər kim, zülfi-jananı səhər dərhəm nəsim etmiş,

Jüvardur kuyin sərbesər ənbər şəmim etmiş.

Be hər yan türrəsin şəqq etdigində müşti-məşşatə,

Toxunmuş naşından fəhm olur qəlbim dünim etmiş.

Müsəlsəl zülfi-mişkin dövri-rüxsarında güya kim,

Sipahi-zəngiyan məhsur gülzar nəim etmiş.

Bu vəjhə üzrə nigariş verməsində katibi-qüdrət,

Məlahət qazəsilə rəsmi-ruxsarın bəsim etmiş.

Kitabi-eşqdən təhlim vermiş şövqilə ustad,

Əjəb mədhi-güli-rüxsari-yar üzrə nədim etmiş.

Nedim, bir kərrə dil seyri-xəta etdikdə düşmüşdür,

O gündən böylədir kim, çini-zülfündə təmim etmiş.

Füzun biğarə məyyal xərabat olmağa Şuxi,

Belə rindanə məşrəb olmağın hökmi-həkim etmiş.


* * *
Qəddim aşufteyi-eşqin olalı tağ olmuş,

Mehri-ruyinlə sərapa könül ehraq olmuş.

Çeşm gördükdə iki nərgisi-məstin, ey büt,

Səbrü aram gedib, valehü müştaq olmuş.

Şəhdi-ləlindən iraq olduğuna kamımda,

Jümleyi-zövqi-jəhan təlx çu tiryaq olmuş.

Ruyi-tabanı o gün ki görüb dideyi-zar,

Bülbüli-dil, güli-rüxsarə pür əşvaq olmuş.

Açılan gülşəni-hüsnünlə bəhari-eyşim,

Gör ki hijrani-xəzanında nə iğlaq olmuş.

Ey səba, kuyinə var, söylə bir əhvali-sərih,

Müntəzir didə xəbərlər həmi-iğlaq olmuş.

Vadiyi-eşqini sər mənzül mavər edəli,

Şuxiyi-rənd belə şəhdeyi-afaq olmuş.


* * *
Nola ki bir dəm fürsət düşə bənə məxsus,

Tərəhhüm ilə verə xod o məhriza məxsus.

Anınla guşeyi-bağ içrə dərdi-dil şərhin,

Yekayek eyliyəlim kəşfi-majəra məxsus.

İçib meyi-ləbi-gülfamdən, olub sərməst,

Aradə qalmıya nə sub, nə həya məxsus.

Turunji-ruhfəzavü nükhəti-dəhanından,

Məşami-kam ola müstəğrəqi-səfa məxsus.

Çəkib o ruhi-müjəssəm vüjudin ağuşə,

Verim də jisminə bu janim içrə ja məxsus.

Alub nətijeyi-kamım vüjudi-gülbudən,

Bulam həyatəbəd, çeşmeyi-bəqa məxsus.

Edirsə bəxş gər iqbal, Şuxiya, yegdir,

Fəqanki, qılmaya dövri-fəna vəfa məxsus.


* * *
Tövfi-kuyin məjmeyi-üşşaqi dilpürxunə fərz,

Jümlədən əqdəm bəni-dildadeyi-məftunə fərz.

Səjdəgah ol taqi-əbruyə səzavar vüjub,

Həm olunmaq busəgah ol arizı-gülgünə fərz.

Payinə əşk dü çeşmimdən açıb juyi-rəvan,

Sərv tək su verməgə ol qaməti-mövzunə fərz.

İltiyam ol abi-heyvandan ki, gənji-ləbindədir,

Andan istemdad daim bu dili-məşunə fərz.

Dil evin məstur qılmaq növki-mücganda müdam,

Hifz olunmaq hər xətadan mənzili-məskunə fərz.

Etməgə dəf xərdi-seylabdən məxluq üçün,

Bir müəyyən bəndi-möhkəm dideyi-məşhunə fərz.

Eləsə Allah onunçün müvafiq bir zaman,

Şuxiya, nejə rəvadır gərdişi-gərdunə fərz.

* * *
Gəldi səd heyf o məhin arizi-gülfamına xətt,

Hüsni-ahusini gör çəkdi nejə damına xətt.

Təlxkam eylədi üşşaq jəfa didələri,

Eyləyib xakfeşan şəkkəri-badamına xətt.

Yazdı bir hökmi-qəvi münşiyi-divani-qəza,

Çəkdi tuğrayi-mətin hüsnünün ənjanına xətt.

Gördü üşşaqların möhnəti-ənduhlərin,

Yazdı bu hökmi belə jümlənin aramına xətt.

Bisəbati jəhan mülkündən isbatı üçün,

Ki, çəkib səfheyi-rüxsardə elamına xətt.

Qeyd edib ol rüxi-zibadə fənayi-dəhri,

Hüjjətən hökm qılıb möhnətin əfhamına xətt.

Edib izhar jəhan fa nilgün ol ürdə,

Göndərib aləmə təfhim üçün əfhamına xətt.

Nə işarat ilə gör aqibəti-dünyanı,

Eyləyib şərh çəküb mətluni-itmamına xətt.

Şuxiya, ariz məhpeykərini təhsinə,

Çəkiblib mədhini təsdiqlə ikramına xətt.


* * *
Ola, ya rəb, o gül tazə bəladən məhfuz,

Bəlkə aləmdə hər ənvai-jəfadən məhfuz.

Çəməni-dəhrdə azad xuraman çun sərv,

Gərdişi-müxtəlifdür səmadən məhfuz.

Bəd nəzərdən ola məstur rüxi-zibası,

Ləli-gülfamı dəmi-sərd səbadən məhfuz.

Yetməsin badi-xəzan çöhreyi-gülgünəsinə,

Hər qübari-jismi-dövrani-xətadan məhfuz.

Ləbi-gülbərgi, xudaya, ola xəndan daim,

Çeşmi-şəhlası hər ənduhi-ənadən məhfuz.

Kişvəri-hüsndə arayişü iqbal içrə,

Övji-əlada rəhi-rəşkü riyadən məhfuz.

Govhəri-nəzmini bilmərrə səzadır Şuxi,

Dəhri-bazarını kor et, bu bəhadən məhfuz.


* * *
Görün bu hüsnüdə nə tərh çəkmiş qüdrəti-sane,

Mələkdən guyaya rüxsarın açmış neyyəri-lame.

Vüsalı ittifaq olsa nə mümkün rəngi-ru qalsın,

Müqabil şəmsə hər çiz olsa eylər rəngini zaye.

Tökub geysulərin dil seyri-hüsnündən qalıb məhrum,

Gəzər Məjnunə lazımdır ola zənjirilə mane.

Fəraği-dərdinə səbr eylə yarın, ey dili-zarım,

Olur sultanı əndində girami bəndeyi-tabe.

Mətai-hüsnünə aləm xiridar olsa sud etməz,

Ki, sevda başə gəlməz nadim olsa beydən baye.

Rəqib yetirə dildən mehri o fali-üşşaqə, hasil nə,

Kim, olsa mümkün andan bil təriqi-xeyrdir qate.

Oyan, bir vəqti-rehlətdir edirlər, Şuxiya, bir-bir,

Xitabi-ərje birlə şitaban məqsədə raje.


* * *
Qalmayıb hiç səfası nə də arayişi-bağ,

Bir zəman etmək üçün rahətü-asayişi-bağ.

İtiribdir güli-gülzarını, süzan olmuş,

Guşi-huşumdə olur fəhm qəmu naləşi-bağ.

Nə səbəbdən belə tərk oldu təmam izharı,

Qəlbdə yox həvəsi-surəti-gənjayişi-bağ.

Çəkməyib badi-xəzan qeydini hala bu qəriq,

Qərq olub zülmətə yox rövşənü tabəşi-bağ.

Məhvdir sərvü-gülü-nari-nigaristani,

Qalmayıb qəlbdə zərrə həvəs xahişi-bağ.

Çəmənü gülşəni nə nazi-nəzafətdə idi,

Qılır alam eyləməməli dili-alayişi-bağ.

Şuxiya, saqiyi-gülrulər ilə dövründə,

Heyf oldum ki, olurdu sənə arayişi-bağ.


* * *
Ərzi-didar edəjək ruz nədən tabi-füruğ,

Ruyin ol mah qılır könülləri sirabi-füruğ.

Dəmbədəm mətleyi-rüxsarının göstərdükjə,

Qəlb olur zülməti-tən içrə səfayabi-füruğ.

Rüxi-məhparəsini gərçi nümayan eylər,

Heyf kim, maneədir çeşmeyi-elhabi-füruğ.

Xirələndirdi gözüm pərtövi-rüxsarı müdam,

Görməgə qoymadı ol surəti ehjabi-füruğ.

Beytül-əhzanıma bir salmağa məhi-ruyindən,

Sanə şayəstə həmin lütfilə ijabi-füruğ.

Şəbi-hijranda bu zülmət içində qoyma,

Aça gör rahi-vəfadən yüzümə babi-füruğ.

Şuxiya, hər gejə əksi-rüxidir xatirdə,

Zənnim oldur ki, mübarək ola dər xabi-füruğ.


* * *
Nə jəvandır bu ki, rüxsai-lətifi-belə ağ,

Zülfi-mişkini tökülmüş üzünə çun pürzağ.

Baş və ayağ, jümleyi-əzası məlihü ziba,

Xoştər nərmü müsəffa həme jafər behü çax.

Gərdənü ruyü binaguşü o zənəxdani anın,

Sanki məxlut olunub şəkkərə qaymaqilə yağ.

Jümlə əfali-diləfruz mükəmməlü mərğub,

Jünbüşi-ruh kimi çapıkdur həm qojağ.

Qaməti-gülbəni-nazında xəramü arizidür,

Nəstərən rəngi-səhi sərvdir arayişi-bağ.

Sanma sinəmdə eyliyir bağıdır yaşa şəğa,

Atəşi-eşqin edibdir ani bu vəjhlə lağ.

Şuxiya, məjməi-xubanə nəzər saldıqda,

Ani çeşm eylər idi hər tərəfə meyli-soraq.


* * *
Yetdi dövran bizə bir vəqt, xudaya, səd heyf,

Vəze-əyami-pərakəndə nə bir ja, səd heyf.

Xabi-qəflətdə qalıbdır belə əhli-islam,

Həme bihuş nə bir karə mühəyya səd heyf.

Hiç bir məşqələ yox bizdə ki, bir hasili-nəf,

Anda mövjud nə dünya, nə üqba səd heyf.

Qabili-tərbiyeyi-elmü məarifdə ikən,

Qalmışıq vadiyi-qəflətdə sərapa, səd heyf.

Var ikən gör neçə pamali-jəhan ölmədəyüz,

Növ`i-insanda belə qədri-məəlli, səd heyf.

Söndürüb əldə ikən belə qalıb zülmətdə,

Nuri-islam kimi məşəli-ziba, səd heyf.

Nə səbəb qalmağa bu halətə bilməm, Şuxi,

Yoxmuş bir kəsimiz samevü bina, səd heyf.


* * *

Çeşmimə oldu nümayan niyə ol ruyi-zərif,

Ənbərin rişteyi-jan türreyi-xoşbuyi-zərif.

Xilqəti nəşvü-nüma juyi nəzakətdən alıb,

Gülbəni-baği-səfa qaməti-diljuyi-zərif.

Dili-sevdazədəni mayili-zənjiri-junun,

Eylədi şanə çəküb bir rüxi-geysuyi-zərif,

Çeşmi-şəhlası edər tiri-negahilə həlim.

Şir sərməst şikarını bu ahuyi-zərif,

Alıb ağuşə rüxün öpməgimə mən üçün.

Etdi bir nazişi-janbəxş təkapuyi-zərif,

Nə nəzakətlə rəha etdi özüm də bilməm.

Kəfi-dəstimdəki ol sağəri-bazuyi-zərif,

Götürən dəmdə bu viranəyə təşrifi-qədəm.

Şuxiya, etdi bu ərziş ilə kuyi-zərif,
* * *
Janımı məhv qılıb atəşi-jansuzi-fərağ,

Şəbi-zülmətdə olub tar bəna ruzi-fərağ.

Qıldı hijran bəni pamali-əsiri-qəmha,

Etdi sərgəştə belə möhnət dilduzi-fərağ.

Xaneyi-dildə dolandıqja xəyali-vəsli,

Yandırır bərq kimi nayirə əfruzi-fərağ.

Qəleyi-jismimi təsxir edibən çar tərəf,

Qıldı narat bilə mövkəbi-firuzi-fərağ.

Verdi təlim bənə dərdü qəmü möhnətdən,

Etdi ifhami-işaratlə mərmuzi-fərağ.

Heç səy ilə degil qabili-birun etmək,

Sinədən tirü qəmü qəmzeyi-mərkuzi-fərağ.

Şuxiya, eylədin çox sud həmin sevdadə,

Mayeyi-dərdilə bu qəlb qəmi-ənduzi-fərağ.


* * *
Saqiya, noldu dolanım gözünə jami-əqiq,

Et ləbaləb yetə gör dadıma gülfami-rəhiq.

Qüvvəti-jan busi-ləbi-ləli-şəkərxəndəndə,

Qeyrisindən bənə yox munisi-dildari-rəfiq.

Tut əlim qəsdim edir almağa seylabi-qəmüm,

Etməgə jani-həzinim bu təlatümlə qəriq.

Yetir ol şişeyi-sərşari pey a pey saqi,

Xaneyi-jismə salıb atəşi-rüxsarı həriq.

Gəl gör əhvalımı bu deyri-xərabat içrə,

Tutdu janan bənimlə genə bir özgə təriq.

Bivəfalıq neçə ağaz eylədi axər kar,

Gör ki ol sərvi-rəvan olmuş ikən yari-şəfiq.

Qoydu bu suzi-fərağ ilə bəni əzm etdi,

Şuxiya, bir neçə əlfazi-sifarişlə səhiq.


* * *
Saldı bu dəhri-miyan məni jananə fərağ,

Xatiri-qəmzədəmi etdi pərişanü övraq.

Dövri-gərdində bənimlə nə ki var sülh etməz,

Yar tək ülfəti-əğyar iylədir bənjə nifaq.

Gör ki namərdligin hər çe ki etdim təkyə,

Gələn əsnadə zəman olmadı bir zərrə dayaq.

Vəsldən əl götürəm xahiş edir zali-fələk,

Bənə mümkünmüdür etməklikə bu mətləbi-şaq.

Səbəb oldur ki, təkalifini məqbul etməm,

Kəj dolanır bənim eylə aramızda bu şəqaq.

Eylədi dərdi-fəraqilə bənim qəddimi də,

Özünə oxşadaraq qamətimi həm taqəti-tağ.

Saqiya, oldu fələk çünki əduyi-Şuxi,

Bari sən etmə təəllül yetirib dəstə ayaq.


* * *
Çun salıbdır aləm içrə bir füruğ ənvari-eşq,

Gör nə dadü-sitət ilə rövnəqdədir bazari-eşq.

Aləmi-mülkə salıb bir suzişi atəş təmam,

Eyləyib əhrağ sər ta pa nə surət nari-eşq.

Sirdir qeyb aləmdən əhlinün məlumudur,

Hər dili-pak içrə eylərsə özün izhari-eşq.

Əqlü idraki-təxəyyül mənzərində beytdir,

Eyləsə gər meylini hər janibə asari-eşq.

Jümlə qovğayi-ğəriv şuriş jansuzidir,

Ta gedib həft asimanə qülqüli-qüftari-eşq.

Aləm əflakdə seyran edən şəhbazdır,

Mahə meyl etməz qürurundan səri-minqari-eşq.

Tağı-gərdun üzrə salmaz sayə pərvazi-bülənd,

Eyləsə əsla təfəhhüm eyləməz bəndari-eşq.

Kürreyi-qəbra olur sədbar gər bir dəm dövrə,

Olduğundan böylə sərgərdani-qəm dəvvari-eşq.

Xun üşşaqi-bəlakeşlə qılır hər sübhü şam,

Daği-gərduni gülgun tiği-atəşbari-eşq.

Zahida, sən dərk edən əşya degil məğduri-dut,

Qismət naməhrəm olmaz zülmətü didari-eşq.

Bir nigah et kim, qurulmuş bu əsas dilruba,

Nüktələrdir kim, nümayan eyləyib əsrari-eşq.

Qüdrətin bilməklik istərsənsə məsmu olmusən,

Sərnigun tərdid olundu ərşdən əğyari-eşq.

Jayi-miftahın edin rəndani-şeydadən sual,

Şuxiya, kuyi-xərabat üzrədir əxtari-eşq.

* * *
Qəlb nəqşi-rüxi-zibasına mirat edərük,

Ki, pərəstişlə o məh peykəri Sumat edərük.

Əzmi-mehmanımız olmağını məsmu qılıb,

Jani-dilbərlə sərənjami-mühimmat edərük.

Bəzmi-bişəmimizi məqdəmi pürnur qıla,

Şərəfi-şövqi-jəmalilə məbahat edərük.

Bu xəsalət nədir ol ruhi-müjəssəm bədnin,

Demisən bir kərə qujmağılə tarat edərük.

Bilməsün aşiq jövr eyləmək asan işdir,

Dolanır dövri-zaman, biz də mükafat edərük.

Hər çi nikrəng zəmrundə nigariş qılıb,

Meyli-məqsudini-labəhs məraat edərük.

Şuxiya, əhli-riyadən genə bir jayi-pənah,

Məjməi-mahrüxanilə xərabat edərük.


* * *
Jan içində jismi-jananı rəvan etmək gərək,

Bəlkə jani hifzi-janınçün zəman etmək gərək.

Sormağa ruyü zənəxdanü nəbakuşin anın,

Ləli-şəkər xəndəsilə quti-jan etmək gərək.

Dideyi-əğyardan dur olmağa ol yarilə,

Bir müəyyən jayi-diljuyi nihan etmək gərək.

Seyr gülzarun o gülrusiz nə olsun nəşəsi,

Dəst dər gərdən xürami-gülüstan etmək gərək.

Baş qoyub zanusuna bir xab nuşin etmək,

Zülfüni ol məh liqanın sayəban etmək gərək.

Qorxaram hurani-rizvanə qarşısın bilmiyim,

Busə ilə ruyi-gülbərgin nişan etmək gərək.

Şuxiya, asayişə əhli-rəhadən baş çəkib,

Sayeyi-piri-xərabati-muğan etmək gərək.


* * *
Ruzi-vəslin bənə təqrib edir əyyam görək,

Sənin ey əşki-qəmər hasili-fərjam görək.

Dil səngin ki bir zərrəjə insafə qərin,

Edib aya baxalım bir belə əbram görək.

Ömrünü zay əğyarilə bihudə bəni,

Etməgindən nə təməttö sənə nakam görək.

Qəlbimi sədparə fərağət edib ümid etməm,

Qabil son ola minbəd bu uram görək.

Səim oldur ki, edəm jəngi qəlbimdə nihan,

Sərri eşqi ola heyhat ki, ektam görək.

Neyləmək eyləyir əğyarilə ülfət ol büt,

Parələnmə, dili-aşuftə tut, aram görək.

Ol jəfabişə hüzuruna səba birlə niyaz,

Etdigimdən yetişirmi bizə peyğam görək.

Alıb öz şanım ilə zülfünə birin verüb,

Qəsdi-seydi-dil üçündür xorrə bər dam görək.

Rüxi-dildən ləbim ol ruddan içib çün müdam,

Ləbi-mey olur arizi-gülfam görək.

Dedim iqrarə xilaf olma, sözüm yadına sal,

Toxur çox kəsə bu kardə alam görək.

Seydgahında güzar eyləsə məkruh şəğal,

Səbra imhal qılırmı ona zərğam görək.

İltiyam almağa məjruh könül göz dutulur,

Ləbbələb olsa həmağuşü o güləndam görək.

Şuxiya, gərdişi-əyyamdan olma imən,

Dolanır başımıza sübhilə bu şam görək.

* * *
Həmağuş olmamış xaba qədi-mözunə səbr etmək,

Edir ya sormamış dil ol ləbi-meygunə səbr etmək.

Könül həlqeyi-geysuyi-leylasına bənd ikən,

Olur mümkün əgər görsə yüzün Məjnunə səbr etmək.

Dili-yəğma edib bir kərrə bəsdir çeşmin, ey məhru,

Digər eylər təvana qəmzədən şəbxunə seyr etmək.

Nə müşküldür olunja xanə xali qeyrdən bir dəm,

Taparsa daməni-vəsl aşiqi-məftunə səbr etmək.

Əbəsdir, zahda, vəzü nəsayeh almış bir gəz,

Ləbi-dildardən kami-dili-pürxunə səbr etmək.

Bəsa düşvar gördükdə dilə kaşaneyi-əslin,

Kəfi-ağyardə dərbəstəvü varunə səbr etmək.

Yixa məjdud olan bir pak zadi gərdişi-duran,

Görüb aqil bilir ol haləti-məhzunə səbr etmək.

Dila, bu hali-hazir qədri yoxdur xub əşarın,

Ol əbsəm kim, edinməz kəs bu məzmunə səbr etmək.

Dili-Şuxini salmış müttəsil qurtarmaz azarə,

Səfi-mərdanə hər münəzzəm olan mabunə səbr etmək.


* * *

Bu gün ol dideyi-qəmmazdə var xahişi-jəng,

Atılır çünki peyapey dili-pürxunə xədəng.

Bilim əhvali-dilazurdəligindən xəbəri,

Nədən, aya dili-pürnazdir aludeyi-cəng.

Bildim aşufteyi-gəj xəlqligin baisini,

Aldım axır dəxi fürsət tapıb ağuşimə təng.

Sormağımdan çəkilən dağı buxağında görüb,

Sərzəniş eyləyib izhar ona atası dəbəng.

Majəranı belə kəşf etdi bənə ol məhru,

Ki, verirlər bənə əğranilərim qeyrətü nəng.

Bənə yol verməyir asari-məhəbbət dildən,

Heç vəjhilə edəm xahişinə meyli-dərəng.

Bari insaf eylə bir böylə nədir eyləmisən,

Təni-pürnazımı manəndeyi-kubideyi-səng.

Ləkkədar eyləmisən belə rüxü o püstanim,

Olub amaj yüzüm sərzəniş və tənəvü jəng.

Çeşmi-şəhlası alır janı olub qeyzalud,

Ənbərin zülfi edir jilvə neçə rayəti-rəng.

Yenə sormağa ləbindən dilədim abi-həyat,

Eyləyib xəndə gəhi-qeyz, gəhi nazi dürəng.

Dəstimi etdin gəzidə duruban etdi fərar,

Ol büt huşi rüba bütkədeyi-Çinü Firnəng.

Ol şəkərxəndə verir qalibi-biruhə həyat,

Ola gər mürdeyi-sədsalə edirsə ahəng.

Hər zəhi-xamilə qalır namü nişanın, Şuxi,

Çəkən əsnadə səni kamına gerdində nəhəng.
* * *
Jəhan bağında bir gül açmaz ol rüxsardə gökçək,

Nəhalı ya movvü etməz qəddi-dildardən gökjək.

Bahar içrə məşami-janfəzası iktefa versə,

Küşayeş gər bənaquşə dəmi-əsmardən gökjək.

Rüxi-gülfamına bir haşiyə rənjireyi-mişkin,

Görünməz türreyi-ənbər şəmim tardən gökjək.

Nə səhni-tutivü bülbül, nə şovqi-sövti Davudi,

Səma etməzdi guş ol zəndəvü güftardən gökjək.

Təsəlli eyləməz sazunda ahəngi könlümdə,

Bənə gəlməz əgər eşqində etsəm zardən gökjək.

Bulunmaz heç şey vüslət məqamı janıda alsa,

Haman dəm etdigi ağaz nazi-yardən gökjək.

Dili-viranəni təmir üçün yox səhni-aləmdə,

Səvayi-vəsli-yari, Şuxiya, əşardən gökjək.

* * *
Dövri-aləm müxtəlifdir, mənzili-tənha gərək,

Saqiyi-gülgün üzar sağərü səhba gərək.

Yar bipərdə əyandır pərdeyi-çeşmin götür,

Etməgə didar hüsnün dideyi-bina gərək.

Şaira bihudə zəhmət çəkmə, dildə şövq yox,

Şuri-qəlbi-aşiqanə, surəti-ziba gərək.

Silməgə dildən qübarü dərdü övhamü qəmi,

Xəndeyi-ləli-ləbi-janani-ruhəfza gərək.

Şeytənətlə bir kəsə oğrun xəsarət vermiyib,

Müxbir etməklə əduni rubəru bija gərək.

Düşmənə meydani-qovğadə müqabil olmağa,

Əzmi-bəzmi rəzm edən jürətdə şirasa gərək.

Etməyib avazeyi-bədxahdən meyli-fərar,

Əgər dəşti-səbat olmağla pabərja gərək.

Etməgə xəlqi-zamanın felinə səbrü şəkib,

Arifi-rindanə ətvari-dili-dərya gərək.

Vaəza, minbərdə yox təqsir dökmə başına,

Müstəme baquşi-mədrək qabili əsfa gərək.

Xəlqə yox irşadə bir kəs qalmıyıb insafü ədl,

Ya ki bir mərdi-sərəfşan tiğ ilə peyda gərək.

Vəsfi-hüsni-yari hər bülbül edinməz münkəşif,

Etməgə şərhi-məani, Şuxiyi-şeyda gərək.


* * *
Yazıb rüxsari-siminə səvad xubtər zülfün,

Zənəxdani alıb ağuşə daim bəxtəvər zülfün.

Dolanır şöleyi-rüxdə pərəstiş atəşə eylər,

Anınçün dari-dünyada üqubati çəkər zülfün.

Çevirmiş qibleyi-ruyinəru təjdiddin etmiş,

Qoyub mehrabi-əbruyə jüjudə gər ki, səri-zülfün.

Edir pabəstə biçarə dili-divanəvəş məhbus,

Nə mümkün piçdir məndən verə bir dəm küzər zülfün.

Qalıb dil leyli-hijran içrə nə məhdən əsər zahir,

Nə qoymaz sübhi-ruyindən bilə çeşmim xəbər zülfün.

Səba üşşaqə zülm etməkligin söylə o gəj təbə,

Ki jövri tərk edə jana götürməz bir səmər zülfün.

Gəhi-çeşmani-ğəmmazilə yüz fitnə edər peyda,

Edər gəh jəm olub hindulərilə şurşər zülfün.

Bu tirə günlərə qalmış qararü oğru ilə neylum,

Aparmış səfheyi-dildən nə vardırsa gəzər zülfün.

Dolanır başına Şuxi kimi rüxsarü dəstindən,

Gəhi baş endirib zanuyi-simindən öpər zülfün.


* * *
Zairi-dərgəhi-yəzdani olan ağah ol,

Bəstə ehram rəhi-məqsədi-rövbər rah ol.

Qibləgahın hərəmi-yarki həqqə vürud,

Astan buseyi ol jayi məəlli jah ol.

İstər isən əgər azadeyi-üsyanə bərat,

Dəsti-zən həlqeyi-dərvazeyi-beytullah ol.

Rəşki-firdövs olan xakinə sor ruyi-xülus,

Feyziyabi-kərəmi-həzrəti-şahənşah ol.

Sahəti-rovzeyi-rizvan firavan nə`mə,

Rəfti kayinlə qılıb əzmi-rəhin həmrah ol.

Üz dutub ol dərü valayi məlayik xədəmə,

Pak əz məsiyət əxbasü pür ikras ol.

Şüstüşü şuy etmək üçün məisət alayişini,

Həzrəti-rəbbin dərgahına varidi-rəxvah ol.

Ey diriğa, dili-məjruh dəvayi-dil üçün,

Ömr bihudə keçər azimi-şol dərgah ol.

Üz tutub dərgəhınə Şuxiyi-jərm aludə,

Əfvi-üsyanilə sər sudeyi-mehrü mah ol.


* * *
Vəfası yoxdu bu baği-jəhanın, ey bülbül,

Gəl üzümə rahi-məhəbbətdə janın, ey bülbül.

Sürudi-ləhjeyi-xoşəlhanın eyləyib məsjud,

Zəraif çəmənə astanın, ey bülbül.

Səfidü sorx vərəq parəsin qılıb güllər,

Nisari-ləhjeyi-şəkərfəşanın, ey bülbül.

Təranə rəmzümə arayi-səhni-gülşən ikən,

Salıb iraqü hijazə lisanın, ey bülbül.

Aman bu şurilə dövr nəvadə rast demə,

Saqın, zəmanə yaxar xanimanın, ey bülbül.

Vərəqlənirsə dəhi qərrası sən kimi yox bir,

Kitabi ayeyi sübhi məsanın, ey bülbül.

Mətaleində xütuti-kavakib ürzə ləyal,

Gülür hezar nəhfətə fəğanın, ey bülbül.

Rəqib səd gözilə axtarır dərünə rah,

Səbəb bəyanəmə razi-nihanın, ey bülbül.

Salıb jərahəti-pünhan qılıb üşşaqə,

Lisani-şövqilə hali-bəyanın, ey bülbül.

Qübari-xaki-vüjudim nişari-payin edər,

Olaydı kaş səbatə imanın, ey bülbül.

Bənim tək olsaydın bərgrizi-dəsti-xəzan,

Olurdu bəstə dü qusü dəhanın, ey bülbül.

Nəzirə yazması nəzmi-münifə Şuxinin,

Şəbihi zağ ola o həm dastanın, ey bülbül.


* * *
Sanma hədyan dildə bu əfqanımız bija degil,

Xodbexod ya nitqi-hikmət xanımız bija degil.

Rişteyi-jan türreyi-jananilə aquştədir,

Yoxdur əldə ixtiyari-janmız bija degil.

Məhvdir biş jəmal yarda dərkü üqul,

Naleyi-dilü dideyi-giryanımız bija degil.

Mədəni-qəm içrə yadi-ləli-gülfamilədir,

Ruzi-hijrandə ləbi-xəndanımız bija degil.

Gərçi dil pamal taraji-əsiri-zülfüdür,

Leyk bu səbri-fələk bünanımız bija degil.

Baxma heyrətlə xərabat içrə məsti-eşq ikən,

Zahida, bu şurişi-zindanımız bija degil.

Sabit olmuş mehrüni məkr zənjuri gülgundə müdam,

Şuxiya, suzi-dili-nalanımız bija degil.


* * *
Saqi, gözünə qurban, dövr eylə rəvan əvvəl,

Bir sağəri-gülgün ver, jan arturə jan əvvəl.

Peydərpey edib gərdiş sərşar edə gör jamım,

Kəsb eyləyə ta könlüm zövqilə təvan əvvəl.

Ey mütribi-bəzmara, ahəngi-nəvadən keç,

Çək pərdeyi-üşşaqi, et sirri nihan əvvəl.

Gəl badi-səba, rəhm et, xaki-rəhi-janandan,

Kami-dilə bir nükhət kahi berəsan əvvəl.

Salmış dilü jan içrə bir atəşi-aləm suz,

Rüxsari-diləfruzin etdikdə əyan əvvəl.

Ol mahi-jəhanara sərkərdeyi xubanə,

Şərhi-qəmi-hijranım get eylə bəyan əvvəl.

Şuxiylə vəfadarı etməklik üçün yarı,

Lazım ona dildari, ey şahi-bütan əvvəl.


* * *

Diriğa, ləli-janandan bənə kam olmadı hasil,

Sürurim öz ləbindən hər çe kim mətlubdur kamil.

Jəmalından ziyabəxş eyləyə şami-qəribanım,

Edirmi, ya rəb, ol məhru bəni bu mətləbə nail.

Olan dəm rakibi-jismim rəvan kuyində sərgərdan,

Olub didarına müştaqın hər janibə rahil.

Rəhi-eşqində qəti-rahim etmişdir xilas ümidi,

Ləbi-xəndani qətlim etmədən ol qəmzeyi-qatil.

Jəmalı-tələti-zövqini müdrük arifan oldi,

Keçirdin ömrünü qəflətdə daim, ey dili-qafil.

Bəni eşqi-jəhan şuri edibdir qəfldən məhrum,

Nəsihət qanda kar eylər bənə, ey vaizi-jahil.

Taparmı Şuxiyi-divanə vəslinə rəhi-ümmid,

Bu müşkül üqdədir fəthinə lazım rəhi-ru aqil.
* * *
Yenə qan etdi belə bağrımı hijran, ey dil,

Oldu aşuftə, pərakəndəvü viran, ey dil.

Qəmi-aləmdən edən dərdinə bir növ əlaj,

Getdi qaldın nə sifət bisəbrü saman, ey dil.

Səni hər bar qılır dövri-fəna neyləmisən,

Lətmi-möhnət ilə zarü pərişan, ey dil.

Rüxi-məhparəsi şövqilə keçərdi vəxtin,

Sənə tar oldu bu viranə biyaban, ey dil.

Hər zəmandur fələkdən görüb ənvai-jəfa,

Olasan firqəti-yaran ilə suzan, ey dil.

Fərdü tənha bu biyabanda bi munisü yar,

Olur əzlam səna şami-qəriban, ey dil.

Şuxiya, dərdü qəm eylər səni giryan şəbü ruz,

Səndən olduqda jüda ol ləbi-xəndan, ey dil.


* * *
Noldu, ey dil ki belə qət' qılıb rahi-məqal,

Etmədin meyl nə bir hərf jəvab, nə sual.

Görməzəm şövqi-bəşaşət dil pürşurində,

Neylədi dəhri-jəfa pişə ki oldun belə lal.

Nədir, ey didə, belə bayisi-heyraniyyət,

Olmusan heyrətə müstəğrəq təsvir misal.

Ya düçar olmuş aya o mələk simaya,

Səni piçideyi-əfkar qılıbdır o jəmal.

Olma məğrur belə ol büti-pürnazə dedim,

Tez görür dəsti-fələkdən sərməstanə zəval.

Olma dilbəstə bu rüxsarü bu çeşmü xalə,

Çox kəsə qan içirib gördügün ol arizi-al.

Satma bu nəxvəti-bihasili gəl üşşaqə,

Əvvəlü axır əhvalını bir eylə xəyal.

Gərək insan götürə xod özü eylə bir nam,

Qeyr dünyada qalır hər çe ki var malü mənal.

Kim ki, əhbabına xain ola insan olmaz,

Ol qəbih əmr olamaz heç səzavari-riçal.

Dəhri-fayində əbəsdir edəsən bəxşü bərat,

Xəlqin əhvalını qeyrə özünə xərrübal.

Salha uğraşa məxluqilə öz malıni də,

Üstünə xəmm qılıb etməgə əğyarə nəval.

Gərdun bəstə qılıb bənd deyül xəlqə,

Zövqünü qeyr kurə felə olub sən məhü sal.

Ajizə zülm ilə zalimlərə ehsan etmək,

Nəzdi-hüşyardə müstəhsən olunmaz o xisal.

Bu həmaqətlə də izhari-xəxarət edəsən,

Kuiya kəsb qılıbsan özünə rüşdü kəmal.

Eyləyib millətinə nik nəzəri-ibrət qıl,

Jümlə amadədir əqvamına etməkdə jidal.

Şuxiya, böylə qülub ilə ki, vardır bizdə,

Səri-salım dəxi bir yanə çıxar məqdi-məhal.


* * *
Əssəlam, ey padşahi-Mülki-Keyhan, əssəlam,

Əssəlam, ey məhrəmi-əsrari-Yəzdan əssəlam.

Əssəlam, ey rövnəqi əfzayi-büsati-ərşiyan,

Əssəlam, ey məğzi-aləm sədri-zişan, əssəlam.

Əssəlam, ey əmrfərmayi-küruhi-pürşükuh,

Zibü zinətbəxş qəsrü baği-rizvan, əssəlam.

Əssəlam, ey qeyri-səndən kəs qəmu nəfsin dilər,

Ey səfuf arayi-məhşər mərdi-meydan, əssəlam.

Əssəlam, ey farsi-ikran dəşti-laməkan,

Ey tərəbi-astanın fövqi-Keyvan əssəlam.

Əssəlam, ey kani-rəhmət bəhri-lütfü mərhəmət,

Sərvəri-fərman rəvayi tajdaran, əssəlam.

Şuxiyi-müjrim qulami-dərgəhindir, şərmsar,

Naümid ani hüzurundan məgər dan, əssəlam.


* * *
Bilməm dili-pürnaleyi əfqanilə neylüm,

Yad dərdi dili-arizdə hijranilə neylüm.

Yox dərd bilən munis del şərh məqalə,

Bu milləti-nağabilü nadanilə neylüm.

Janımda olan atəşi-eşqə edərəm səbr,

Namərd olan dideyi-giryanilə neylüm.

Fikrim nə qədər kim, çəkə dil başə yetirməz,

Hər bar küsüb gərdişi-dovranilə neylüm.

Munislərimi jümlə pərakəndə qılıbdır,

Gərduni-jəfapişeyi-gərdanilə neylüm.

Yoxdur bənə bir munis, ey jani-əzizim,

Sən yaxşı bilirsən belə yaranilə neylüm.

Məndən neçə jəmiyyəti-xatir dilər adəm,

Bərbad olan bu dili-viranilə neylüm.

Gülşən yenə bəzm içrə mələkmənzəri-digər,

Mən bu rüxi-məh tələt tabanilə neylüm.

Meyl etsə edər zahidi-sədsaləni məftun,

Bu qəmzəsi jaduvü ləbi-xəndanilə neylüm.

Gülbərg bimürdəni əhya qılır ol dəm,

Hər dəm ki, edir xəndeyi-pünhanilə neylüm.

Etmiş günümü qarə gejəmlə dəxi yeksan,

Ol türreyi-şəbrəng pərişanilə neylüm.

Ənqam edir seyd zəbanim toxunan dəm,

Etdi bəni kor seyd bu jeyranilə neylüm.

Şuxi, sözə yox vəxtü zəman təngdur əylən,

Bu təbi-ənankeşlə bu meydanilə neylüm.


* * *
Dərdi-fərağ bərlə əgər janə yetmişəm,

Şükri-xoda ki, sinəmi jananə yetmişəm.

Ləbi-iştiyaq ləbi-ləli-fam ikən,

Jami-şərabi-saqiyi-rizvanə yetmişəm.

Leyli-zəlam içində biyabani gəşt edib,

Pərvanəyəm şəmi-şəbüstanə yetmişəm.

Bülbül misal jövr zemestandan həzin,

Bir dəm nəhali-qonçeyi-xəndanə yetmişəm.

Manəndi-Xızr zülməti-vəhşətdə təşnələb,

Guya ki abi-çeşmeyi-heyvanə yetmişəm.

Peyvəstə qəlb şövqi-təmənnayi-ləlini,

Etdikdə fərq kani-bədəxşanə yetmişəm.

Bir qətrə dəm ki juyi-jəfabirlə seyr edib,

Nagah payi-sərvi-xuramanə yetmişəm.

Yəqubvar həsrəti-didari-salha,

Dəfi-fəraqilə mehi-Kənanə yetmişəm.

Şuxi, səğami-eşqə belə mübtəla ikən,

Nəzdi-təbib dövrdə dərmanə yetmişəm.

* * *
Rəhi-eşqində sərgərdan binadən şad olan könlüm,

Qalıbdır sel qəmi-viranədir abad olan könlüm.

Nə oldu şarihi elmi-bəyan ikən düşüb jəbrə,

Götürmüş hərf əbjəddən oxur ustad olan könlüm.

Kəşakəşlə səri-zülfündə hər yan tarü mar oldu,

Yetirdi reşteyi-idrakını bərbad olan könlüm.

Nə etməz inkişaf izhardan nə xəndeyi-güldan,

Təmənnayi ləbilə qan olub naşad olan könlüm.

Kəvakib məşəlin tirə edərkən dudi-ahimlə,

Salıbdır hovl rəd içrə rəhi-fəryad olan könlüm.

Təvəlüd madəri-qəmdən edibdir bəzmi-eşrətdən,

Qaçar şəhiri-xalki-qəm bilə ijad olan könlüm.

Səri-şuridəsin yadi-təmənnasilə qan etmiş,

Ləbi-Şirinin eşqində bu Fərhad olan könlüm.

Əsiri-dam geysusi şəhidi-çeşmi-jadusi,

Qalıb biyadlığ gənjində, Şuxi, yad olan könlüm.

* * *
Nəvai jan fəzasından gəlüb jövlanə bu könlüm,

Verib təğyir təbi-nöqteyi-imkanə bu könlüm.

Olub sədparə sinəm növki-mücganilə hər dəmdə,

Xədəngi-qəmzəsindən həm gəlüpdür janə bu könlüm.

Qəvai-atəş eşqilə çəkilmiş nazını görjək,

Məhəbbət riştəsin əjrami-jismü janə bu könlüm.

Şəbi-hijraninin keyfiyyətin sərriştə vermişdim,

Xəyali-vəsildə şərh etməgə jananə bu könlüm.

Yetirmək dərdimi, yarəb, olurmu bir vəsatətlə,

Gözəllik kişvərində ol şəhi-xubanə bu könlüm.

Fəzayi-baği-jənnət sədri-safın dinü imanın,

Edib iqrar qeybə həm gəlür imanə bu könlüm.

İşarati-keyanı tiği-əbrusuna dərbəstə,

Girərdi biməhaba rah həft xanə bu könlüm.

Nisari-məqdəmin eylər tələttüf damənə gülsən,

Həme nəqdi-rəvanın sinəmi mehmanə bu könlüm.

Edir buz tək yəqinimdür füruği-şəmsi-ənvərdən,

Edirsə arzu vəsli-rüxi-tabanə bu könlüm.

Bənakuşi-keçib gahi dolaşma ləli-xəndanə,

Salırsan tazədən, ey zülfi-kəj, bir qanə bu könlüm.

Dolanır müttəsil şövqi-liqayi-arzusiylə,

Jivari-tələti-ruyindədir pərvanə bu könlüm.

Keçirkən abu atəş bəhrini sən, Şuxiya, noldu,

Ki, verdin hər jəhət bir nəğmeyi-suzanə bu könlüm.


* * *
Dili-qəmdidəni gəl nail məqsud edəlim,

Sinədən atəşi-hijranını nabud edəlim.

Qəmi-hijranə əlaj etməgini eylə xəbər,

Çeşmdən illəri qərq etməgə ya rud edəlim.

Bari insaf qılıb bir geçə mehmanımız ol,

Nə təmənna ki, dilərsən, ani mövjud edəlim.

Gedəlim kuyi-xərabətə kəfi-nadandan,

Çeşmi-əğyardan ol surəti məsdud edəlim.

Jayi-tərtib olunub məhiyeyi-didarın üçün,

Əzmi-seyranı səhər mənzili-məhud edəlim.

Dili-divanə qərar etməyir illa sənsiz,

Çarə oldur ki, səri-zülfünə məqud edəlim.

Buseyi-şəhdi-fəraq ilə sərasər düşə gər,

Təni-simini gülrəngi zərəndud edəlim.

Şuxiya, hər çe ki, var dildə qəvayi-miknət,

Səy edib ol rüxi-məhpeykəri məhşud edəlim.


* * *
Gətür, ey saqi, həman jaminə nuş eylədi jəm,

Verdi tarajə sərənjamını axər aləm.

Ver içim sağər gülgünilə qan oldu könül,

Yadıma düşdü çun ol ləli-məsihayi dəm.

Ölsəm, ey eşq, taparsan özünə qanda məkan,

Sən də avarə düşərsən çölə məzlum, ey qəm.

Olur ey mehri-məhəbbət sənin aramgəhin,

Gənji-viranədə biqədr qalırsan mübhəm.

Qalmaz, ey eşqü qəmü mehr bu izzət sizdə,

Sonra bəndən dağılır jümlə bu əxvajü çeşm.

Küçələrdə dolanıb zari-peşiman şəbü ruz,

Ağlaşırsız səri-qəbrimdə deyil vay dədəm.

Qalmaz ol rövnəqi-bazar ki, var imdi sizə,

Bənəm əndimdə olan hörməti-iqrazü kərəm.

Getdilər jümlə rəfiqani-suxəndan, ey dil,

Vətənim qürbət olub, şək qılıb dərdü aləm.

Neyləmək dövri-jəfabişeyi-əyyam ilə,

Hər məhəbbətlə verib əhvalıma bir növ zülm.

Saqiya, eylə mədavayi-dilim, jam yetir,

Edəsən fariqi-ənduh jəhandan birdəm.

Getdi həmdərdlərim, vahidü yekta qaldım,

Oldu bu badiyədə işrəti-ziya bənə kəm.

Şuxiya, dəğdəğeyi faniyi-dünyadən keç,

Eylə səyi etməgə əmali-bəqayi möhkəm.


* * *
Saqiya, badə gətür, qəlbi çu mirat qılım,

Çənd əsrardan izhari-kəramat qılım.

Didəv dil açılıb haləti-məstimdə nəzər,

Ovji-əladə durub aləmi-zərrat qılım.

Kəşfi-əsrari-jəhan etmək üçün himmətinə,

Xidməti-jakəri seyri-xərabat qılım.

Şişeyi-qəlb pür et badeyi-saqiylə ki ta,

Üz tutub kuyinə huşyar münajat qılım.

Kimdən imdad ola dərgahı busun jananın,

Tutub ol sərvəri-xübanə mərahat qılım.

Məjlisi-şənjü şəhü aləmü sufidən ötüb,

Həlgeyi-məjmeyi-rindanə müraat qılım.

Bəlkə xassan-dərindən birinə rah bulub,

Əbəda jani-qəmaludi məhamat qılım.

Onları bəzmi-nihan xaneyi-eyşində müdam,

İşrət zovqi-mühibbanə məsahat qılım.

Saqi, simtən gülruxü şəkər dəhənin,

Ləli-janbəxşini busilə məlaqat qılım.

Bir tamaşa eylə, ey münkəri-dəndan görəsən,

Dövr edə əksinə gərdunə işarat qılım.

Qabil olsan tutuban dəstini əzm eyləyərək,

Sənə göstərmək üçün seyri-səmvat qılım.

Əhli-naəhl zəmanın üzünü görməməgə,

Axtarıb jayi-nihanü bəd məsafat qılım.

Şuxiya, nuşəşi-yadi-rüxi-gülgüni üçün,

Jəmi-rindanilə bir əşrəfi-ovqat qılım.


* * *
Sanma bu piri-xərabat ki, təhzir edərəm,

Dövri-bərəksə baxıb hiyləvü tədvir edərəm.

Səni bir dərdə salar pəsti pənahi mövla,

Qüdrəti-həqqilə əhvalını təğyir edərəm.

Jümlə möminləri qardaş qılıb əmri-jəlil,

Buyurub kim ki, xəyanət edə, təğrir edərəm.

Saxla üstündə səri-nikbətini, hüşyar ol,

Aç bəsirət gözünü gör nə ki, təqrir edərəm.

Bəni aldatmağa fəxr eyləmə, adəm sandım,

Axır öz hiyləni mən başına zənjir edərəm.

Heyf, səd heyf ki, bu vəqtə qədər səhv qılıb,

Tüklülük səfvinə mən nəzəri-şir edərəm.

Siz kimi kəslərə ehsan edənin həqqi budur,

Əjridir həqqimə şayəstə zitəqdir edərəm.

Mari kim, qoynuna alırsa jəzası bu olur,

Eybi yox heç kəsin nəfsinə təqsir edərəm.

Şeytənət birlə nə əxz etməgi mənzur qılıp,

Nə ki, hasil edəjəksən, sənə təhrir edərəm.

Hər kəsə etdigi əmalın əjri yetişir,

Lajərəm çeşmin önündə ani təsvir edərəm.

Baxaruz işlərimiz axırına gördükdə,

Sən nə şeyi əxzü nə ki təxsir edərəm.

Sanma nadan sözi səd mərhələ bərrü bəhri,

Seyr edip dərk qılan pəndini pir edərəm.

Almadın pəndimi səd bar dedim ya ki desəm,

Baxıb öz halımıza naleyi-şəbgir edərəm.

Baxma divanəsifət gəzməgimə, hüşyar ol,

Şuxiya, sinəmi yüz aqilə tədbir edərəm.


* * *
Sən ki, ey sanei-şahənşahi-aləm sənsən,

Jümlə nabud olunur baqivü əqdəm sənsən.

Aləmi böylə bu tərtib ilə ijad qılan,

Xəlq olunmuşlara xəllaqi-mükrrəm sənsən.

Kibriyayi-əzəmət şani-əzim əlşanın,

Qüdrətü şovkətü ijlalilə ofhəm sənsən.

Qeyri səndən ki, jəhan içrə əyan kəs yoxdur,

Jümlə idraki-əjrdən dəxi mübhəm sənsən.

Səri-şahani-jəhan jümlə dərində beniyaz,

Ki, xudalıq sənə şayəstədir, əzəm sənsən.

Amiri-külli-əvamir əhdü yekta sənsən.

Hökmfərmayi mühakim dəxi əhkəm sənsən.

Malik-əlmülk əşyayə ki, məsnu olunub,

Kainat içrə nə xəlq etmisən, aləm sənsən.

Təxtgah olsa da gər aləmi-lahut sənə,

Laməkan vahidü sultani-müəzzəm sənsən.

Mülki-şahaneyi-məmuruna əqsi yoxdur,

Jümlə əşrakdə azadə müsəlləm sənsən.

Şəhri-şahanələründür jəbərutu mələkut,

Qür`əül ərzü səma mülkdə bikəm sənsən.

Jümlə zi ruh çəkər dərdi-fəna xovfi-hüzur,

Həyyü qəyyumi əbəd fareğü biqəm sənsən.

Qeyri-səndən kim edir əfv bu jürmilə bəni,

Həzrəti-əqdəsü-əlayi-xudayim sənsən.

Nəzdi-səjri-kərən bihəd şahanəndə,

Məhv olur məsiyət, jümleyi-adəm sənsən.

Şuxini eyləmə məhrum dərindən nomid,

Jümlədən əbdün üçün qafirü ərhəm sənsən.


* * *
Tök tellərini arizi-tabanə dağılsın,

Vəhşət genə qoy şami-qəribanə dağılsın.

Məşattə yetür türreyi-mişkininə şanə,

Kim ətri diləfruz şəbüstanə dağılsın.

Qəmzün oxuna tab edəməz qəlbi-pərişan,

At bir kərəlik bu dili-viranə dağılsın.

Gün keçdi qaralıqda səba qeyr yox imdad,

Bir movj yetir türreyi-jananə dağılsın.

Dil çevrəsini aldı yenə dərdi-sipahi,

Döndər yüzünü hər biri bir yanə dağılsın.

Saqi, kərəm et bəzmi-hərifani tutub qəm,

Bir dövr ilə dur bu qəm dövranə dağılsın.

Vəsfi-ləbi-ləlin götürib Şuxiyi-dilsuz,

Yazsın Yəmənə, şəhri-Bədaxşanə dağılsın.


* * *
Billah gəlüb oğlan bu könül janə əlindən,

Bu naz nədir döndü jigər qanə əlindən.

Bir tir ilə məstanə gözündən düşüb ahu,

Xunabə çıxan dəştü biyabanə əlindən.

Gər ləhjeyi-şirinini bir gəz görə tutti,

Biqeydü qəfəs ram olur insan əlindən.

Şirin dəhənin gər duta meyl rəhi-məmur,

Bu zövq salır şuri-səfahanə əlindən.

Bir jamilə bir buseyi-janbəxş ləbindən,

Ənam edə göz bu dili-suzanə əlindən.

Zahid sənə meylimdən edə gər bənə tənə,

Tutmuş gedərəm sahəti-meydanə əlindən.

Şuxi, neçə xamuş ola kim kamına yetmiş,

Bu hüsnü bu sövtilə bu peymanə əlindən.


* * *
Ey qaməti şümşadi-məlahət, gedərəm mən,

Könlümdə qəmi-eşqin əmanət gedərəm mən.

Görrəm üzünü şəhri-Peterburqda dübarə,

Gər qıla xuda lütfü inayət gedərəm mən.

Axır edərəm fitnəvü jaduyi gözündən,

Dərgahi-şahənşahə şikayət gedərəm mən.

Bu dərdi-dilim şərhini təkmili-izafə,

Qiyyəmi-bəhr ayinə kitabət gedərəm mən.

Mən etməz edim tərki-səri-kuyini hərgiz,

Ba əmri-şəhənşahi-vilayət gedərəm mən.

Ol gərdişi-çeşmü rüxi-xubundan alurdum,

Hər ləhzəvü hər dəmdə ziyafət gedərəm mən.

Mən saxlar edim eşqi-nihan xəlq gözündən,

Qəmzəndən olub rahi-xəyanət gedərəm mən.

Açmağa bu sirri səbəb ol fitnə gözündür,

Ol kafəri-bidinü dəyanət gedərəm mən.

Bilməzlər idi şux təbəssümdən olub faş,

Ləlin ki, edib meyli-zərafət gedərəm mən.

Gər gəlsə təmaşayə rüxün ruzi-bəratə,

Ol gün bənədər eydi-şərafət gedərəm mən.

Məğrur buyur dağ kuyində qalırdım,

Yox bəndə təvanayi-iqamət gedərəm mən.

Çun əmr idi fərda ki, olur qanvoya rehlət,

Yox bu dili-bitabdə taqət, gedərəm mən.

Bu qanilə ağuştə könül yadi-ləbinlə,

Nuşi-meyi gülfam edib adət gedərəm mən.

Məhjur jəmalü rüxi-taban çu mahın,

Biqüvvətü bisəbrü rahət gedərəm mən.

Qəm bərü qəm olub Şuxiyi-suzan niyə açmış,

Şirin dəhənü-kani-fəsahət, gedərəm mən.

* * *
Dila, ey saqiyi-gülçöhrə gül kim çeşminə qurban,

Yetir bir sağəri-gülgünə olmuş dil sərasər fan.

Tutubdur xatirim kərd küdurət, əl yetir jamə,

Sərapa xaneyi-çeşmim yaxıbdır atəşi-hijran.

Jəfadır şöylə etmiş parə-parə şişeyi-qəlbim,

Fələk gəl gör bəni nə tərz qılmış bisərvü saman.

Bu bəzmin tarmar etmiş büsatin sərsəri dövran,

Qırılmış hər tərəf bərbad olub peymanəvü peyman.

Bu bağın novnihal növşüküftə gülləri nolmuş,

Xəzan viranə qılmışdır, görünməz qönçeyi-xəndan.

Fədai-nərgisi-məstin olaydım, saqiya, əl tut,

Fərağətdən tökər şamü səhər qan dideyi-giryan.

Qalıbdır vadiyi-heyrətdə Şuxi sənsiz, ey janım,

Güdaz et halını sor gah-gahi qoyma sərgərdan.


* * *
Könlüm evi gəl görki o xunxar gözündən,

Viranədir əfsürdə həm zar gözündən.

Heyhat o məstanə ahu nigəhinlə,

Jan qurtara qarətgəri-əyyar gözündən.

Hər ləhzədə sədgunə o qəmmazlər ilə,

Qəlbindən alırdım neçə əsrar gözündən.

Qəlbim əsər, aya ki gəlür vəqti-fərağın,

Qoy hər dəm edim buseyi-sədbar gözündən.

Hər gejə kəvakiblə qılır şərhi-fəraqın,

Ayrıldığına dideyi-xunbar gözündən.

Əyyami-fərağətdə gözüm hifz eylə bari,

Rüxsari-dili-əfruzunu əğyar gözündən.

Bundan belə neylim ki, gözüm düşdü gözündən,

Məhrum olalı dövləti-didar gözündən.

Məxmurlaşıb xabdır, aya qəmi-firqət ,

Gəl bir öpüm ol nərgisi-bimar gözündən.

Bimunisü biyar fərağında dəmadəm,

Şuxi, axıdır suzilə ənhar gözündən.


* * *
Gəl bir öpüm ol şəmi-şəbəfruz üzündən,

Fərrux səhər mətlə noruz üzündən.

Yanmış jigərim atəşi-eşqinlə sərasər,

Ol dəm ki, töküb şöleyi-dilsuz üzündən.

Peyvəstə gözüm nəxş götürmək tələb eylər,

Manəndi-səfid ətlasi-gülduz üzündən.

Hər görməyi-üşşaqın edir ömrini əfzun,

Sə`d əxtərü məh surəti-firuz üzündən.

Xurşidi-məhasa ki, olurdu nəzərimdə,

Dil naili-zövq idi şəbü ruz üzündən.

Sərmayeyi-şadini həme ruzi-fəraqın,

Məhv eylədi çeşmi-fərəhənduz üzündən.

Şuxinin olubdur büt eşqində jigərxun,

Suzan ləbinə parə yetir buz üzündən.


* * *
Xunabə çenan oldu könül duri-ləbindən,

Bir busə yetir bari öpər şuri-ləbindən.

Viranə olan qəlbdü xunxar gözündən,

Mümkündür ola istəsə məğmur ləbindən.

Qöftarını qət eylər idi eşidə qəta,

Ol ləhjeyi-şirinini gör hur ləbindən.

Yummuş dəhənin qönçə, xəjalətlə qaratmış,

İstər özünü eyləyə məstur ləbindən.

Sormaq həvəsiylə dolanır başına sızlar,

Ruhum peyi-şəhdab çu zənbur ləbindən.

Mail meyi-gülfamilədir olduğuna dil,

Ol ruzi-qəmalud ki, məhjur ləbindən.

Şuxi, xəbəri-vəslini sormamış inanmam,

Ləbbərləb özüm gər verə dəstur ləbindən.


* * *
Bir busə ver ol novrəsi-gülbuyi-məməndən,

Həm çahi-zənəxdanü ləbü ruyi-məməndən.

Sormaq dilərəm şir ilə şəkkərimdir, aya,

Günəhhətdini bilməgə diljuyi-məməndən.

Dil dərdinə şamü səhər eylədi təmənna,

Ol həqqeyi-simin edə dari-məməndən.

Səfranı şekəst etmək üçün lövheyi-dildən,

Bir qitə nola verməgə limuyi-məməndən.

Qoy vəqti-fəraqətdir öpüm hər dəm o saət,

Ol nərgisi-şəhla ilə əbruyi-məməndən.

Sənsiz belə dili-xun, ləbim xüşk, gözüm tər,

Biarizü bidideyi-ahuyi-məməndən.

Ruzü şəb edir nalə müqərər dili-Şuxi,

Çun tifli-məriz əmməgə hər suyi-məməndən.


* * *
Olur aya ki, görüm bir dəm olub hur üzün,

Qalıram, ya sənma, həsrətü məhjur üzün.

Etmə bu nazişi-mərdümkeşi, insaf eylə,

Qılıb əfşan edəsən zülfilə məstur üzün.

Qoydu bu zülmət hijranda, tərkim qıldı,

Etmədi külbeyi-əxranımı pürnur üzün.

Biri xuni-dili xod billə, biri tir ilən,

Xatəmin qəsdin edir dideyi-məxmur üzün.

Etdi suzan ləbi-xuşkidəmi şövqilə təmam,

Busi-janbəxşinə bir vermədi dəstur üzün.

Mətləbində neçə gör aləmə qovğa saldı,

Etdi dilsuxteyi-üşşaqini məğrur üzün.

Şəmsi-rəhmət doğajaq qəmyemə Şuxi, qalmaz,

Sayeyi-seyidə görmüyəsən mur üzün.


* * *
Dildən ğərəzin səbrilə aram dağılsın,

Bir jilvə ver, ol zülfi-siyəhfam dağılsın.

Aç bir üzünü türreyi-mişkini qıl əfşan,

Qoy bu dili-bitaqətü ənjam dağılsın.

Göstər ruxi-gülgüni, rəhm et dili-zarə,

Qəlbimdəki alayeşi-övham dağılsın.

Ol qəmzeyi-aşiqkəşü dövranə götür bir,

Kim, parələnib gərdişi-əyyam dağılsın.

Qurtar məni də tanrın üçün dideyi-xunriz,

Bir tiri-jəfa ver dili-nakam dağılsın.

Biarizi-xurşidi-mütərra səri-zülfün,

Möhnət əsəri sübhü siyəh şam dağılsın.

Kafur ilə ənbər rüxi-zülfündən edib saz,

Bir ləxləxə ver başıma, sərsam dağılsın.

Sənsiz bənə, saqi, kim olur badə verir kim,

Sədparə o sağər olub ol jam dağılsın.

Yaz hər yerə bişi-səfi-mücganına, Şuxi,

Qəm ləşkərinin jəminə elam dağılsın.


* * *
Zəmanın ixtelafıdır qılıb bülbül çəmən tərkin,

Diyari-qürbət içrə tutub qılmış vətən tərkin.

Bu aləm gördügündə jismi-janım payimal olsa,

Edirmi mehri-yaranın bu qəlbi-pürməhin tərkin.

Əgər bu mülki-qürbətdə təfəqqüd etsələr halım,

Qılıbdır jani-qəmnakın bir ahuyi-Xütən tərkin.

Qılıb həmrəng zülfilə qəriban eyşini tirə,

Edibdir jan üşşağın o çeşmi-rahzən tərkin.

Edibdir qəmzəsi viranə gər bilməklik istərsən,

Qəriban rüzgarından qılıb janın nədən tərkin.

Bəyaz gərdən, minayi-sədrin hər görən aşiq,

Edir baği-jəhan içrə gül, həm nəstərən tərkin.

Bəni rüxsari-xunanə nəzər salmaqda eyb etmə,

Çu yoxdur şəmsi-rüxsarı edəydim ənjümən tərkin.

Təmaşayi-ruxündə sün`i-yəzdanilə heyranəm,

Və illa etmişəm gülzar seyrin, yasəmən tərkin.

Diyari-qürbət içrə hali-Şuxidən sual olsa,

Olub ləbbəstə biguya qılıb şeirü süxən tərkin.


* * *
Qasida, sürətən əhvalını məlul edəsən,

Pürseşi-haləti-ol gülruxi-şəngül edəsən.

Təni-pürnazını məsmu elədim bəstərdə,

Qeydi əmdən dəli təbşir ilə məhlul edəsən.

Müntəziri dideyi-müztərib ola halım,

Jüzi-afiyəti-zatını mədlul edəsən.

Jismi-gülbərginə ənvai-məsafat edərək,

Bəstərindən götürüb salimi-məjul edəsən.

Azim olduqda hər əhvalını təfhim eylə,

Bənə irsali-jüz vazehü məqbul edəsən.

Dari-alamdən azadə əgər səhhətini,

Mücdə verəsən dili-pabəsteyi-məkbul edəsən.

Ey səba, əzm qılıb tərfi-ləbi-xüşkimdən,

Buseyi-ləli-ləbinü-nərgisi-məkhul edəsən.

Götür ol nükhəti kami-dili-məhzunə yetir,

Məssi-lütfanə kim, ol türreyi-mərqul edəsən.

Lütfən, ey badi-səba səhhəti-jananımdan,

Bir xəbər Şuxiyi-dildarəni məşğul edəsən.

* * *
Noldu, ey gərdun, dili-sədparəmi qan eylədin,

Verməmiş kamım dəxi bir daği-hijran eylədin.

Hijrəti-yarü vəfadarimla qıldın çaki-çak,

Qəlbimi həm dərdimi bihəd payan eylədin.

Bitmiş ikən biş didəmdə hezaran səy ilə,

Çeşmü önündən noldu, ol sərvi-xuraman eylədin.

Xabgahi-işrətim etdin pərişan zülfi tək,

Məjmei-dərdi-məhin şami-qəriban eylədin.

Ey güli-gülzar xubi, noldu kim bizarlıq,

Böylə sürətlə qılıb janım pərişan eylədin.

Yarlıqdan yanaşı təng etdi, qıldın iftirağ,

Bu dili-qəmdidəni yekbarə viran eylədin.

Şadü xəndan təl'ətilə xatiri məsrur ikən,

Firqət ilə dideyi-Şuxini giryan eylədin.


* * *
Gəlür, ey şanə, səndən kami-janə buyi-zülfündən,

Xoşa jananımın məmsus edibsən ruyü zülfündən.

Həmin dami-bəladır kim, qurulmuş bu dili-zarə,

Pərakəndə qılıbdır ruyimizə muyi-zülfüdən.

Sənin tək bəxtiyar olsam edərdim mən də, ey şanə,

Açırsan səd lisan övsafi-qoftüguyi-zülfündən.

Səba ənbərfəşan baği-jəhanı əzmi-kuyindən,

Ki zar etdikdə etmişdir keçərkən suyi-zülfündən.

Salıbdır bir keşakeş xəlq ara hər çin dili-çin,

Dilə təxlis müşküldür bu hayi-huyi-zülfündən.

Edirlər mən kimi axır pərişan hali-aşuftə,

Dəri şahənşəhə məruz olam mişkuyi-zülfündən.

Olubdur payi-bəstə Şuxiyi dildadeyi-heyran,

Əsiri-paymal üftadədir niruyi-zülfündən.


* * *
Səni aşuftə gördüm, ey dil, əğyar olasan,

Dərdü ənduh ilə aludeyi-pürbar olasan.

Mətleyi-bəxti-məsayid yolunu səhv qılıb,

Firqətü qəmdə əbəd həsrəti-didar olasan.

Yaxşılıq heyf degildir, ani sən eyliyəsən,

Pis günilə həmə ovqat, pis ətvar olasan.

Vəsləti-yekdəm jananıma büxl eyləyərək,

Eyşi-məstanələrə kaşifi-əsrar olasan.

Şişeyi-qəlbi-jəvahir əsər rindanə,

Nə sifətdir ki, atıb səng dili-azar olasan.

Dəhrdən nəfsinə əxz eyləmisən bəd əməli,

Yoxmu ya qeyri aməl, amiri-əşrar olasan.

Səd məşəqqətlə tapa rah vüsali-yarə,

Nə rəva müəb əhli-dil üçün xar olasan.

Övji-işrətdən əgər salmağa qəsd eyliyəsən,

Dil üşşaqi bəzir qəmi-gühsar olasan.

Biləsən dərdi nədir aşiq dildarələrin,

Dami-yek dilbəri-xunxarə giriftar olasan.

Dəstinə dəxi vəsli-əbədən düşmiyərək,

Qəmi-üşşaqdan agahi-xəbərdar olasan.

Şuxiyi-rindi-xərabati-jəhan fərsayə,

Qazdığın çahə özün zud səzavar olasan.


* * *
Söylə, ey peyk ol pəri-peykər peşiman olmasın,

Zülfü tək gahi xəmidə ki, pərişan olmasın.

Xatir naziktəri alayişi-ğəmdən bəid,

Müntəzir ahu nigahi rahi-hijran olmasın.

Ləli-xəndani bəşaşətdən müqərrər düşməsün,

İllər ilə nərgisi-bimarı giryan olmasın.

Hüsni yanında lətafət verməz izhar ilə kim,

Şəmsi-ənvarına məğrurən dirəxşan olmasın.

Sübhi-sadıq bənzəməz sədrinə zəhmət çəkməsin,

Xəlq ara bədnam özün etməklə üryan olmasın.

Açmasın, ey şaxi-gül, ansız gülün məhv eylərəm,

Ləli-jan bəxşi ki, yoxdur qönçə xəndan olmasın.

Ey təzəröv etmə xuramanınla nəzakət görjəgin,

Nazını eşqilə jismin zarü büryan olmasın.

Ruberu eylərdim etsə mahə səba insaf edib,

Şimdi ol yoxdu fəxarətlə nümayan olmasın.

Yadıma salma ləbin, ey badeyi-əhmər ki, ta,

Dideyi-əşkəfşan bağrım lüjjeyi-qan olmasın.

Bixəbərkən sufiyun əsrari-elm eşqidən,

Təneyi-əndaz mühibbi-mahruyan olmasın.

Vaiza, olma məlaqi-Şuxiyi-məhjur ilə,

Atəşi-ahilə janın bari-suzan olmasın.


* * *

Jəmalın məşğəli-ərzü səmadur, ya rəsulallah,

Rüxündən qəsri-rizvan pürziyadır, ya rəsulallah.

Məbəri-zülfündən leyli-qədr oldu əfzun qədr,

Şəbahət şövqinə çun mübtəladır, ya rəsulallah.

Dəhanın qətrəsiylə çahi-kövsər oldu şirinkam,

Ləbin sərçeşmeyi-abi-bəğadır, ya rəsulallah.

Görüb bir kərrə pərvin nərgisi-şəhlalərün heyran,

Qalıb sərgəştə müştaqi-liqadır, ya rəsulallah.

Vüjudi-nazın bir müjəssəm ruhi-zibadır,

Sərapa məzhəri-lütf xudadır, ya rəsulallah.

Olubdur sərnigun baği-behişt içrə qəddi tubi,

Xuraman-ta mişkdən pür həyadır, ya rəsulallah.

Dü aləmdə həmə əqsam əsqamə bəla şirnə,

Ləbi-yaqut rəmmanın-şəfadır, ya rəsulallah.

Dolanır başına şəmsilə məh gərdişdədir daim,

Tükənməz vəxt kim sübhü məsadır, ya rəsulallah.

Jenin məşəli-nuri-hidayət şəmi-əngüştin,

Jəhan məxluquna kim rəhnümadır, ya rəsulallah.

Həbiba, Şuxiyi-müjrim, ki yoxdur jürminə payan,

Ümüdi bəhri-lütfündən ətadır, ya rəsulallah.
* * *
İlahi, əbdi-pirün bir əlavə dərdə sən salma,

Qəmi-əyyamdə lövhi xəmrimgirdə sən salma.

Sirat müstəqimə tut yüzüm, rahi-xətadan kəs,

Qabağım dideyi-idrakıma ya pərdə sən salma.

Yəqub xan büsatım eyləmə məxluqdan ari,

Məişət xanəmi dərbəstəvü əfsurdə sən salma.

Zəmanə xilqətin dəstinə vermə rişteyi-qəlbim,

Çəkmə hər yan kəfi-namərddən azurdə sən salma.

Sərəfraz eylə dərgahında daim mərdlər başın,

Büsati-eyşini məmur qıl, pəcmürdə sən salma.

Müdam azadə-dillər xatirin lütfünlə qıl rövşən,

Xudaya, dəstgir ol mərd işin namərdə sən sanma.

Çəməngahi-bəharında xuraman eylə jud əhlin,

Zimistani-jəfa birlə vüjudin bir də sən salma.

Götürmə üstümə məzlumlərdən bəddua dəstin,

Sitəm dəstilə məndən bir kəsi qəmxurdə sən salma.

Təşəkkür səd hezaran lütfinə kim Şuxiyi-müjrim,

Olub azadə, yarəb, ehtiyajın fərdə sən salma.


* * *
Zülfün əfşan edib ol dilbəri-əyyar üzünə,

Yayılıb əbr sifət törreyi-tərrar üzünə.

Zülfi-şəbdən tökülüb qətreyi-tərdir şəbnəm,

Ta pərakəndə olub ol güli-rüxsar üzünə.

Ziri-çeşmində se ta xali siyəh çun nöqtə,

Ləfzi-çeşmində yazılmış neçə əşar üzünə.

Qaş çəkib tiği-düsər zülfi-siyahə neçə kim,

Heydəri tiğ nə surətdə, ki kəffar üzünə.

Görjək ol ruyi qəmər peykəri heyran oldum,

Sanki nəqqaş çəkib surət divar üzünə.

Qoyma kim ayineyi-ruyinə qarşı gülsün,

Ləbi-aşiq nəfsindən çəkilir tar üzünə.

Dolanım başına bir ləhzə, təmaşa qoy edim,

Qeyz ilə salma nəzər talibi-dibar üzünə.

Şəmi-rüxsaruna pərvaneyi-gərdaniyəm,

Zülf fanusi tutub, həsrətəm ol yar üzünə.

Yar judun dəxi əbram edirəm xəlvətdə,

Şuxiya, bir deyirəm dərdimi naçar üzünə.


* * *
Səri-kuyində hər saət o divarə, bu divarə,

Arar didəm dəmi-fürsət o divarə, bu divarə.

Təvafi-dövri-kuyində gəzibdir yuzəvəş daim,

Gəhi əzm, gəhi rijət o divarə, bu divarə.

Şərab eşqin sərxoşluğundur dökər yara,

Səri-pürşuri-pürqəflət o divarə, bu divarə.

Təmaşasına ol şuxin üburi-rəhgüzarində,

Düzülmüş dideyi-həsrət o divarə, bu divarə.

Çökübdür nəqşbənd sün'i-təmirat jismində,

İki nobavə qüdrət o divarə, bu divarə.

Tökər geysuyi-pürçini xuraman olsa məstanə,

Çinahi-tairi-dövlət o divarə, bu divarə.

Nədir, saqi, gülfamdır, ya pərtövi-ruyin,

Düşübdür şöleyi-həmrət o divarə, bu divarə.

Ola haşa sənə nisbət çəkib Ərcəng çin içrə,

Kəfi-Mani neçə surət o divarə, bu divarə.

Bənayi-bünyeyi-Şuxi fərəfkəndə olub suzan,

Düşübdür atəş firqət o divarə, bu divarə.


* * *
Kəbutər bilə əzmində o məhrüxsarə ərz ilə,

Dili-birəhm məstan didəsi xunxarə ərz ilə.

Biyabankərd olub eşqində axir məskənət qıldım,

Belə səhrayi-bizi zər'ədə ol yarə ərz ilə.

Təsəlli xatir oldum çun görüb gəlmişdi əğyarı,

Güli-rüxsarını ol məhrəmi-əğyarə ərz ilə.

Şəbi-diljurdə bisər biyaban əshərə eylərdim,

Xəyali-türrəsin ol zülfi-mişkin barə ərz ilə.

Həqir mürği-səhradən səhərlər yad edər könlüm,

Ləbi-pürnuşin ol şəkərin qüftarə ərz ilə.

Salıbdır ifterağ nərgisi-şəhlası bu dərdə,

Dili-bimar halin dideyi-bimarə ərz ilə.

Biyaban gördükdə gərçi bir əhjayə salaram,

Könül şövqin gözəllər jəminə salarə ərz ilə.

Sədayi-naleyi-nai, ğərivi-kusilə həmta,

Çixan əflakə yetməz kuşinə bu zarə ərz ilə.

Mələvvən nəqş edib növi-şikufə dəştü səhranı,

Rüxi-zülfün dilər könlüm baxıb əzharə ərz ilə.

Hilal əbrusunu göz görməməkdən görmədim məqbul,

Edinmək eyd bu dəşt içrə, ey məhparə ərz ilə.

Bəni məhjur qılmaqdan alıpdır sərzəniş hər yan,

Üzinə xülqədən açmış rəhi-biqarə ərz ilə.

Çəkilsin biş didəmdən göreydüm kuyi-dildarı,

Təmənnayi-dili-rəhm et, səba, dağlara ərz ilə.

Güli-rüxsarındır mədhxani Şuxiyi-məhjur,

Səd heyfa ki, olmuş həmnişin xarə ərz ilə.

* * *
Düşüb dil bir büti-şirin ləbin eşqidə bu halə,

Qalıbdır didə heyran müttəsil ol çöhreyi-alə.

Dilü didə, nedüm, meyli-nəzər, əsla, qəbul etməz,

Məjali-məhliqasından səvayi özgə əşkalə.

Bəsi çeşməsindən kim görübsə qətreyi-janbəxş,

Olunmaz bey sevdasında hərgiz qənd bənqalə.

Verib yəğmayə könlüm rahətin qəmmaz şəhlası,

Baxın bir tərhi-tizəndaziyi-jaduyi-qəttalə.

Qalıb dil ol büti nörəstə çapuk dəstində,

Nədir bilməz ki, rəhm aləmdə etsün jan pamalə.

İraqdan tənə qılma, zahida, gör ləli-xəndanın,

Deməm nayaz hüsnün xod olursan vaqif əhvalə.

Nə təsirat vermiş gör qədər ol üzdə hər üzvə,

Nəzər qıl zülfi-mişkinü çeşmi-fəttanü daneyi-xalə.

Edinmə tənheyi-əsrar qəzadən olmuyub agah,

Təhəqqürlə nigah etmə jəhan xəlqində əfalə.

Nəzər qıl ol jəmali-məhliqadə sün'i-yəzdanə,

Olunursan nadəm ol tən etdigin əhvalü əmalə.

Əgər bir kürrə görsən, çərx dolanırsan jivarında,

Bürünmüş ol həman bağlandığın əmameyi-şalə.

Gülürsən, axırı Şuxidən istimdad istərsən,

Nedim mən qalmışam eşq atəşində gör nə əhvalə.


* * *

Olur aya o pəri çöhrə bəni şad qıla,

Ləli-xəndani anın namımı bir yad qıla.

Verə söz qasidə gər mücdeyi-didarından,

Jismi-biruhimi lütf ilə noijad qıla.

Zar bisəbrü pərişan dili-müştaqi nola,

Qeydi alamdan əxrajilə azad qıla.

Hijrin etmiş dili-divanəni məjbur fərar,

Əmr qıl silsileyi zülfünə əqyad qıla.

Nəqşi-ruyin edib əqlami-xəyalım təhrir,

Lövheyi-hafizədə çeşmimə irad qıla.

Şərh əhvalə nə jəm eyləmiş görsəm əgər,

Qorxuram dideyi-məkkarəsi rüxsar qıla.

Müttəsil etki şahin kimi dil mayildir,

Yadi-ruyi-ləbi-gülfamilə fəryad qıla.

Qalmıyıb əhli-dilü əhli-vəfadarə əlaj,

Qanı rindani-jəhandideyi Behzad qıla.

Dərdi-eşqin aparır dildə odur təşviş,

Şuxi, gər əzm kəzin aləmi-əjsad qıla.
* * *
Üzün şəmsi-münəvvərdir gözümdə,

Saçın şami-siyəhtərdir gözümdə.

Dü çeşmin qəsdi-janə dəst bir tiğ,

İki türki-dilavərdür gözümdə.

Dəhanın qönçeyi-gülzari-behjət,

Misali-dürji-gövhərdir gözümdə.

Xuraman qaşın nazilə çıxmış,

Nihali-baği-zivərdir gözümdə.

İki yaquti-ləbhayi-səminun,

Bəhad tajü kişvərdir gözümdə.

Səfayi-xəndeyi-şəkkərfəşanın,

Neşati-ruhpərvərdir gözümdə.

Xəmir mayeyi-nazü lətafət,

İki püstani-ənvərdir gözümdə.

Bəhayi-buseyi-gülgün qərarın,

Çıraği-bəlxü şuştərdir gözümdə.

Mücən qan içməgə amadə yekja,

Səfi-hinduyi-bərbərdir gözümdə.

Dili-divanəmə geysuyi-pürçin,

Kəməndi-mar peykərdir gözümdə.

Dü əbruyi-müqəvvəs çun hilalın,

Misali-tiği-heydərdir gözümdə.

Şəbi-deyjurdə xab içrə daim,

Jəmali-mahmənzərdir gözümdə.

Dili-yəğmayə çeşmi-məst mücgan,

Durub çun şahü ləşkərdir gözümdə.

Nəsim nükhəti-zülfü dəhanın,

Şəmimi-mişkü ənbərdir gözümdə.

Yetərmi arzuyi-vəslə Şuxi,

Muradim heyf məxmərdir gözümdə.


* * *
Əya dil əzm qıl dərgahına darüş-şəfadır bu,

Məqami-ənvarü-məvayi-məhbubi-xudadır bu.

Ədəb tərhin şüar et ey tabani-xizdir pakın,

Bəsirət çeşmin aç eylə nəzər gör kim, nə jadır bu.

Güzidə mərkəzi-kövni-məkandır rövzeyi-paki,

Məhəlli-mənzəri-xəllaq ərzü əssəhadır bu.

Məlayik səfbəsəf məmuri-pasın xaki-kuyində,

Təjəlligahi-sultani-sərir kibriyadır bu.

Sütirdə məhrəmi-dərgahi-paki-həzrəti-bari,

Güzidə məqbəli-hüzur dül-ətadır bu.

Tərabi-astani rəşki-qəsri-rövzeyi-rizvan,

Qəbabi-bargahı ərşi-fərsa bir nəbadır bu.

Ziyasından fələklər tabnak ol qübleyi-pakın,

Humayun məşhədi-salar xeyli ənbiyadır bu.

Tənabi-bargahı dəstgiri-ümməti-asi,

Məhəli-qibleyi-hajatü-məqbuli-duadır bu.

Həzaran jan fəda hər zərreyi-xaki-kuyinə ya rəb,

Açan nuri-həqiqət didələrdən, tutiyadır bu.

Səba, gər etməsə Şuxi təvafi-kuyinə billah,

Yetir xaki-vüjudim kim, mühəqqər bir fədadır bu.


* * *
Gər zimistanə biş çeşmidə ol xoş xuram ahu,

Gülürmü, ya rəb, aya sədgaha suyi-dam ahu.

Dolanır səfheyi-gülşəndə səd nazu vüqarilə,

Verir janü dilə çeşman məstdən pəyam ahu.

Nə etməz dil şikaf növi-jəvanandan bir əndişə,

Nə bir səyyad damından çəkməz tiz kam ahu.

Təmaşasındaki nagəh bənə yetər nigah atdı,

Muəssər oldu janə qıldı qəlbim ləli fam ahu.

Alır səndən könül, ey seydi-səyyad əfkən çapuk,

Gəlür asudə qalmazsan məqami-intiqam ahu.

Kühən şiri-cəyandan qafil olma, tarümar eylər,

Nizami-halını bir dəmdə yekja bittəmam ahu.

Dolansan sayeyi-Şuxidə daim xatir asudə,

Səfayi-seyri-gülşəndə qalırsan niknam ahu.


* * *
Gör nə lütfilə çəkmiş surət simayi u,

Ba kəfi-məşşatə qüdrət rüxi-zibayi u.

Eyləsə qöftari-dozdidə təbəssümlə benaz,

Artırır jan ləhjeyi-janbəxş ruhəfzayi u.

Hər tərəf yəğma qılır gəh, qəmzə, gəh nazilə,

Hər nigahında dü səd jan nərgisi-şəhlayi u.

Buseyi-nuşabəsi ənam edər birlə həyat,

Xəndeyi-ləli-ləbi-şirini-janbəxşayi u.

Gərdəni-üşşaqə pijan mardır dəm çəkməgə,

Bir nəfəs verməz əman geysuyi-ənbərsayi u.

Atəşi-eşqilə suzan eyləyibdir jismimi,

Arizi-huravəş mehri-münir asayi u.

Arifa, bir gör jəmalın dərk edirsən halimi,

Gör nə qəm hijrində çəkmiş aşiqi-şeydayi u.

Ey səba, bir dadə yet kim, neyləsin bu dərdilə,

Valhi-sərgəşteyi-dilsuzi-peymayi u.

Şuxiya, jümlə xəyalat jəhanı tərk elə,

Sərdədud etməz be ğeyr əz şurişi-sevdayi u.


* * *

Ey gözüm, sevdigin ol gülruxi-xəndandur bu,

Çəkdigin dərdü qəmin müddəti-çəndandur bu.

Xəlqeyi-dami-dil xəsteyi-hijran didə,

Zülfi-pürçin girəgiri-pərişandur bu.

Navəki-qəmzeyi-dilruzi edən sinəmi çak,

Səfbəsəf qatili-jan, ləşkəri-mücgandur bu.

Olduğun şiveyi-rəftarına müştaq, ey dil,

Dəstrəs bulmadığın sərvi-xuramandur bu.

Eyləyin xəndeyi-şirin ilə ahu negəhi,

Ruzi-əvvəldə səni şifteyi-suzandur bu.

Dəsti-qəddari-fələkdən dilü jan lərzəkonan,

Deməyə xof edirəm vüsləti-janandur bu.

Ruzi-hijrandə fəraqətlə edən zarü fəqan,

Şuxiyi-həmnəfəsi-mürği-səhərxandur bu.
* * *
Bəni bu dəşti-qəm avarəsi hijran saldı,

Kuhü hamunə səda naleyi-əfqan saldı.

Bildi hijran gejəsi dərdimi namərd gözüm,

Bu xəbərçi genə aləmlərə tufan saldı.

Nöqlü tərk idi islam arasından, likən,

Bazi-məjlislər ara bu ləbi-xəndan saldı.

Gözləri daireyi-jismidə mövjud nə var,

Jümləsin eylədi məlum biyaban saldı.

Başım övjunda qaravulda sədadır ki, atəş,

Məxzəni-qəlb evinə arizi-taban saldı.

Nəzərim səfheyi-rüxsardə mehmani ikən,

Bula bivəqt anı zülfi-pərişan saldı.

Ləbim ilə rüxi-gülrənginün aldıqda tərin,

Nəçün öpdün deyərək üstümə böhtan saldı.

Ol üzü qarə səri-zülfi-töküb rüxsarə,

Könlün almaqda ikən ortaya bir qan saldı.

Şuxiya, gərdişi-əflakə yox ümmidi-vəfa,

Nə xətadır ki, yenə başıma dövran saldı.

* * *
Jəmalından kənar et, dilbəra, bu dami-neyrəngi,

Görünsün baği-rizvanın güli-gülzarının rəngi.

Zənəxdan üzrə düşmüş piç-piç ol türreyi-mişkin,

Düzülmüş çahi-zəmzəm üzrə guya məjmei-rəngi.

Təhəmmül eylə bir saət, edim dərdi-dilim zahir,

Ki, bəzmi-vəsldir, etmə bu bihenqami-ahəngi.

Mühəyya bəzmi-işrət meyli-rəqs et didə juyandır,

Açıb çeşmin təmaşaya fələkdən zöhreyi-çəngi.

Ləbi-dəndanə heyranəm, təkəllüm, ya təbəssüm qıl,

Müfərrəhdir jəvahir görmək aç bu höqqeyi-təngi.

Bu könül aramsız sübhü məsadır hübbi-juyində,

Dü çeşmim yolların gözlər həmişə neçə fərsəngi.

Dil Şuxidən almış məst çeşmin mülki-mövrisin,

Dəmağından birun etmiş xəyal tajü övrəngi.


* * *
Gətirdi-peyk səhər nameyi-dilaramı,

Gözüm münəvvər olub tapdı həm dilaramı.

Dəmi ki, fikrü xəyalilə dil müşəvvəş idi,

Yetirdin qasidi-fərrux bəna bu peyğamı.

Güşadə qıl gözün, ey xabi-qəflətaludə,

Olur zəmani-fəraqın sənə də itmamı.

Şəb fərağını fikiri-ruxilə sübh etdim,

Nesimi-sübhdən aldı könül bu ilhamı.

Pəyami-ruhi-fəzayi-vüsali-jananı,

Yetirmək ilə dağıtdı sərimdən övhamı.

Könüldən aldı bu dəm saqiyi-Məsihadəm,

Sədayi-jamilə ənvayi-dərd əyyamı.

Xitabi-mücdeyi-vəslilə eylədi Şuxi,

Dili-əfkarımı məsrur nameyi-nami.


* * *
Şəbi-hijran, dila, bəsdür fəğanü zar yetməzmi,

Xəyali-arzuyi-məhjəmai-yar yetməzmi.

Yetmiş fəryadə, jananım edər qərq aləmi əşkim,

Yetirdi ahu gərdunə dili-bimar yetməzmi.

Edirsən naleyi-dilsuz olunmaz dərdünə çarə,

Eşitməzmi məgər ol səngdil təkrar yetməzmi.

Xədəngi-nərgisi-seyrabın etmiş sinəmi parə,

Olubdur əşk xunumdən zəmin gülnar yetməzmi.

Edib qarət dilü dini atarsan rəxnə imanə,

Yetir bu qədr zülm, ey kafəri-xunxar yetməzmi.

Xilafi-ramilə, ey çərx olursan hezaran daim,

Budur münəkis axır bu kəjrəftar yetməzmi.

Olubsan məsti-jami-eşqi-jinan müttəsil, Şuxi,

Oyan bir xabi-qəflətdən olub huşyar, yetməzmi.


* * *
Könül dövr eyləyib kuyi-rəhi-jananə əzm etdi,

Təriqində edəmi ya xəta məstanə əzm etdi.

Görüb baği-məlahət içrə bir ahuyi-mişkəfşan,

Dönüb qəsti-şikar ilə ona şeyranə əzm etdi.

Vurub dil şöleyi-ruyinə yandırdı pərü balin,

Deyirsən pərtovi-şəmə neçə pərvanə əzm etdi.

Diyari-jismi-pürnazına … dəst janü dil,

Nə şövqilə misali-türkiyan talanə əzm etdi.

Ləbi-təşnə təbi-eşqilə görjək ləli-gülfamın,

Bəsi həsrətlə ol yaqutvəş rəmmanə əzm etdi.

Bu qeyrətdən alub məstanə çeşmi-tiği-əbrusin,

Əruzilə müəyyən qəsdi-qətli janə əzm etdi.

Vüjudu məxzənin qarət edirkən dəsti-qarətgir,

Giriban içrə görjək gövhəri-qəltanə əzm etdi.

İtirdim axırı qəlbim miyan sədri-safində,

Şəhidanə gərək kim, rövzeyi-rizvanə əzm etdi.

Mübariz olmadı tiri-mücən ətrafına düşsün,

Jəhanfərsa kühən Şuxi çıxıb meydanə əzm etdi.


* * *
Sərməstanə qovğayi-ləbi-gülfam yetməzmi,

Dila, zülf içrə qaldın bənd olub kəmnam yetməzmi.

Edib sorməqdən aldın rəngi-ruyin didəsin biçar,

Rüxi-gülbərgin, ey dili-təşnə xoşaşam yetməzmi.

Nə nazişdür, billur könlüm zəmiründə nə sirrün var,

Bəhanə qibteyi-əğyardən övham yetməzmi.

Demə kim, bilmədim dərdim təmənna çəndbar etdim,

Səbanın etdigi kərratilə peyğam yetməzmi.

Ləbi-yaqutdan gəl eylə könlüm xahişin zahir,

İşarət gülü nərgislə bu eyham yetməzmi.

Vüsalın gülşənindən mane olma, bəhrəyab eylə,

Fərağətdə neçə müddət çəkən alam yetməzmi.

Dili-şurideyi-Şuxi jəhan içrə alıb kamın,

Dəxi səndən təmənnasına bir ənjam yetməzmi.


* * *
Görmüyübdür rəhi-eşqində bəladən qeyri,

Könlüm, ey mehri-jəfapişə jəfadən qeyri.

Şəmsi rüxsarın alıb runəxi-çeşmim görməz,

Yer üzində nolasan mahliqadən qeyri.

Janilə etməgə sevdayi-mətayi-eşqin,

Bilməzəm ta ki həmin bey`i-şərardən qeyri.

Yəni var ləlinə fəxr etmə Məsiha söftəm,

Mübtəlayi-mərəzi-eşqə şəfadən qeyri.

Çini-zülfündə neçün getdi sual olsa dilə,

Yox sözü motəzilən səhvü xətadən qeyri.

Göndər əxbarını, ey sübh, qərarım yoxdur,

Bənə bir məhrəmi-əsrar səbadən qeyri.

Məndə mənlikdən əsər yoxdur əgər axtarsan,

Səri-kuyindəki avarə gədadən qeyri.

Mündəris oldu dili-zari-rəhi-eşqində,

Yox əlamət dəxi viranə binadən qeyri.

Nitqi-Şuxidə həmin qalmıyıb asar süxən,

Bir dili-xəlq güdazında nəvadən qeyri.


* * *
Bu gün seyranə huran ijtimai varələr, hey hey,

Səri-rah ürzə səd didə edər nəzzarələr, hey hey.

Həm ol şəhbazi-pürnaz ol güruhin mehtərin derlər,

Dilarayi-mürği-dil kim, çıxma dışra parələr, hey hey.

Təmaşagahə jəm olmuş be hər ja məjmeyi-üşşaq,

Gülürkən ol təbani-mahvəş xunxarələr, hey hey.

Olur hər bir mənazildə o məhruyanə payəndaz,

Fəda həm çesmü jan aşiqi-biçarələr, hey hey.

Yüzün gördükdə dildən dur olubdur mehri-məhruyan,

Çıxa şəmsi-münəvvər məhv olur səyyarələr, hey hey.

Xədəngi-qəmzeyi-dilduzun etmiş qəlbi sədparə,

Müqərrər atma peydərpey sızıldar yarələr, hey hey.

Aya Şuxi, firibi-qəmzeyi-xubanə jan vermə,

Edirlər natəvanan qəsdin ol məkkarələr, hey hey.


* * *
Noldu yarəb ol büti-xəndanü xürrəm gəlmədi,

Xaneyi-qəlbim qılıb hijrilə pürqəm gəlmədi.

Qasidi-bidil nə tərz etdisə təbliği-pəyam,

Eyləyib sər zəmirün jümlə mübhəm gəlmədi.

Verməgə didari-janbəxşilə təyidi həyat,

Jismi-biruhimçün ol ruhi-müjəssəm gəlmədi.

Gəlməsin hər növilə etdim təmənna, tutmadı,

Göndərim təşrifinə Fitunü Ədhəm gəlmədi.

Yarəb, əğyar aldı ətrafın ki, fürsət olmadı,

Ya durub rahi-vəfasızlıqda möhkəm, gəlmədi.

Sineyi-suzanıma eşqilə bir daği-zəbun,

Etdi ol mehrü bu vəjhilə məsəvvəm, gəlmədi.

Müttəəsil gözlərdü didəm həsrətilə yolların,

Salü mahiləvü gejəvü gündüzü dəmadəm gəlmədi.

Göndərilməz dərdim estifarə-kuyi yardən,

Sormağa hali-pərişanım bir adəm gəlmədi.

Vadiyi-eşqində dil divanəvəş fəryad edir,

Zarimə ol türreyi-pürçinü pürxəm gəlmədi.

Nuşdaruyi-ləbindən qətreyi-abi-həyat,

Qılmadı bu sineyi-məjruhə mərhəm gəlmədi.

Gərdişi-gərdunə, Şuxi, eylədim çox iltimas,

Daima bir dəm müvafiq dövri-aləm gəlmədi.


* * *
Yarım əzm etdigi üç həftədir üç sal kimi,

Görünür didəmə həm nitqim olub lal kimi.

İki çeşmim axıdır hər tərəfə yüz çevirə,

Əşkini hifrə degil qabil ğərbal kimi.

Xaneyi-jismimi əxrab qılıb fəraqətdən,

Təhti-rəzmi-səfi-taratdə pamal kimi.

Zahiri-surətimə baxma ki, var hissü həyat,

Görünən didələrə nəxşdir əşkal kimi.

Ziri-möhnətdə məsafat bəid içrə qalıb,

Yıxılıb üstümə ənbuh qəm əxbal kimi.

Həstiyi-zati-vüjudum yetişir xatirimə,

Zərrəvəş bişi-xəyalımda bir əmsal kimi.

Şuxiya, etdi pərakəndə sükunü xəbəri,

Şiveyi-qəmzəsi çun qisməti-ənfal kimi.


* * *
Görməm eşqindəki ənduhü kədərdən qeyri,

Ey pəriçöhrə, sorağından əsərdən qeyri.

Arzuyi-həvəsi-arizi-gülfamında,

Görmüyüb dil dəxi xunabi-jigərdən qeyri.

Şəbi-hijranların keçdi qəra bəlkə demək,

Bir gejə şölə salan vəjhə qəmərdən qeyri.

Görmədim janım alan məsti-xuramanda həmin,

Üqbegahi-qəzalanə nəzərdən qeyri.

Bəni məst etdi nədəndir belə səhba ki, degil,

Sormadım şəhdi-ləbindən ki, şəkərdən qeyri.

İki qəmmaz gözündən nə görübdür dili-zar,

Növbənöv hiyləvü nirəngü şərərdən qeyri.

Eyləmə lafi-məhəbbət ki, yolun gözlər idim,

Qanda gördüm üzünü rahi-kədərdən qeyri.

Nazənin bağü vüjudindən əsər görməmişəm,

Güli-ruyilə iki nari-səmərdən qeyri.

Görməyür bəhreyi-didarını Şuxi, gəhü gah,

Verdigin peyki-səba ilə xəbərdən qeyri.


* * *
Alışdı atəşə çun Tur gördügün Şuxi,

Tutuşdu qəmlərə məsrur gördügün Şuxi.

Çu aldı sağər xuni-jigər sərindən huşun,

Şərabi-zövqilə məxmur gördügün Şuxi.

Yetirdi guşənə gərdun nəvayi-suzgüdaz,

Süruri-eyşilə pürşur gördügün Şuxi.

Söküldü xaneyi-jismi-qəmüm fəraqətdən,

Binayi-şövqilə məmur gördügün Şuxi.

Fənadə vermədi fürsət fələk vüsalə yetə,

Bəqayə qaldı çu məhjur gördügün Şuxi.

Bu bari-qəmdərə tab etməyib giran gördü,

Yıxıldı nər kimi pürzur gördügün Şuxi.

Sərvəri-şəm sönübdür diyari-qürbətdə,

Düşübdü zülmətə binur gördügün Şuxi.




Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin