Muzeyşünasliq” “Azərbaycan mədəniyyətinin inkişafinda festivallarin rolu” mövzusunda kurs işi Mehtiyeva Şəlalə



Yüklə 32,02 Kb.
səhifə1/2
tarix05.01.2022
ölçüsü32,02 Kb.
#111328
  1   2

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Muzeyşünasliq”

Azərbaycan mədəniyyətinin inkişafinda festivallarin rolu” mövzusunda kurs işi

Mehtiyeva Şəlalə

Azərbaycan bütün dünyada yüksək mədəniyyəti, möhtəşəm incəsənət nümunələri ilə tanınır. XX yüzilliyi ümumilikdə milli mədəniyyətimizin çoxəsrlik inkişafında yeni mərhələ hesab etmək olar. Ölkəmiz zəngin maddi və mənəvi irsi ilə dünyada layiqincə təmsil olunmaqla yanaşı, bir çox beynəlxalq miqyaslı mədəni tədbirlərə, musiqi və incəsənət festivallarına, konfrans və sərgilərə yüksək təşkilatçılıqla ev sahibliyi edir. Bu tədbirlərin əksəriyyəti artıq ənənə halını alıb və zaman-zaman nəinki paytaxt Bakı, həmçinin respublikanın bölgələri də beynəlxalq statuslu mədəniyyət mərkəzlərinə çevrilib.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək həyata keçirilmişdir. İlk olaraq Fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. Bunlardan biri də CazFestivalidir.


  • Caz Festivalı 2011 – musiqinin bu istiqamətini dəyərləndirən və pərəstişkarı olan bütün insanlar üçün böyük bayramdır. Bu festival başlanğıcını 2005-ci ildən götürən Bakı Caz Festivalları arasında növbətidir. Bakıda caz festivalı ənənəvi olaraq 2005-ci ildən olaraq keçirilir. Məhz həmin vaxt, 2005-ci ilin aprel ayında bakılıların və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan ilk Festivala start verildi. Festival həm iştirakçılarınin coğrafiyası, həm də kollektivlərin səviyyəsi ilə insanlari valeh etmişdi: festivalda Rusiya, Almaniya, Fransa, Türkiyə, ABŞ, Gürcüstan, Kanada və digər ölkələrdən həm təcrübəli, həm də nisbətən cavan cazmenlər iştirak etmişdilər. Təkcə bu Caz bayramının rəsmi proqramını bağlayan Co Zavinulun öz Sindikatı ilə bu Festivalın əsas qonaqlarından biri olmasını qeyd etmək kifayətdir. Festivala yaxın xaricdən olduğu kimi, uzaq xaricdən də pərəstişkarlar gəlir. Festival konsertləri və gecələri bakılılara və şəhərimizin qonaqlarına bayram əhval ruhiyyəsinə daxil olmağa və cazmenlərlə ünsiyyətdə olmaq imkanı verir. Demək olar ki bütün konsertlərdə və gecələrdə anşlaq olur.

Festivalın bütün tarixi boyu qonaqları Əzizə Mustafazadə, Billi Kobem, El Cerou, Herbi Henkokun Kvinteti, Tuts Tilemans, Maynard Ferqyuson, Qreq Ozbi, Brenford Marsalis, Riçard Bona, “Cazinyo” qrupu ilə Qida da Palma, Mariya Joao və Mario Laqinya və bir çox başqaları olmuşlar.

Hazırkı festival digərlərindən təkcə müddətinə görə deyil (15 gün), həm də tanınmış dünya ifaçılarının sayına görə də seçiləcək. Bu il festivalın qonaqları Mat Blanka, Al Di Meola, Keyko Matsui, Maykl Minyerinin rəhbərliyi altında L’İmage, Diana Rivz, Monti Aleksandr, İsfar Sarabski, Emil İbrahimov və bir çox başqa artistlər olacaqdır.

“Bakı Caz Festivalı” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Mədəniyyət Fondu” və “SWEET Production”la müştərək olaraq keçirilir.



Bizim xalqın musiqinin bu janrına olan məhəbbəti böyükdür, bu da təşkilatçıları bu cür davamlı festivalın keçirilməsinə təhrik etmişdir.

Demək olarki,bu festival Azərbaycanda ən yadda qalan və önəmli layihələrdən biri olacaqdır..

Bundan əlavə qeyd etmək lazimdirki, keçirilən festivallar nəinki Azərbaycanda, hətta dünya ölkələrində keçirilməkdədir. Bu da Azərbaycan mədəniyyətşünasliğinin və incəsənətinin dünya ölkələrində taninmağina və eləcə də,ona qarşi marağin artmasina çox böyük təsir göstərməkdədir. Misal olaraq bunlara aşağidakilari göstərmək olar:

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Gürcüstanda keçirilən beynəlxalq festivalda çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.

  • Azərbaycan teatr kollektivinin çıxışı 25-29 sentyabr tarixində Tiflisdə baş tutacaq. Teatr “Şekspir” əsəri üzrə xalq yazıçısı Elçinin tamaşasını təqdim edəcək.

Festivalda Böyük Britaniya, Polşa, Belarus, Almaniya, Çin, Fransa, Rusiya, Litva, İsrail, Meksika və Moldovadan teatr kollektivlərinin çıxışı gözlənilir.

  • Belçika Krallıgının Walon bölgəsinin La Louvier səhərində keçirilən Bou-Du-Luc Metisses Festivalında 25 ölkənin diaspor təşkilatları ilə yanaşı bu ölkədə fəaliyyət göstərən DAYAK cəmiyyəti də iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycanın mətbəxi və turizm potensialı, folkloru haqqında məlumatlar nümayiş etdirilmiş, ölkəmizin görkəmli tarixi şəxsiyyətləri barədə məlumat verilib



  • Dünya kinosunun 100 illiyinə həsr olunmuş "Festivallar festivalı"nın keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Dünya kinosunun 100 illik yubileyinin qeyd olunmasının Azərbaycan Respublikasının mədəni həyatı üçün əhəmiyyətini nəzərə alaraq və Müstəqil Dövlətlər Birliyi milli kinematoqrafçılarının birgə tədbirlər planının yerinə yetirilməsi məqsədi ilə qərara alıram:

1. Dünya kinosunun 100 illiyinə həsr olunmuş "Festivallar festivalı" 1998-ci ilin aprel-may aylarında Bakı şəhərində keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


  • «START» Beynəlxalq Tələbə Filmləri Festivalı Oberhauzen Film Festivalının partnyorlarından biridir. Ötən ilin noyabr ayında Oberhauzen Film Festivalının nümayəndəsi Bakıda səfərdəykən, «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzində olmuş və festivallar arası əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparmışdır. «START» Beynəlxalq Tələbə Filmləri Festivalı bu il keçirilən 55-ci Oberhauzen Qısametrajlı Filmlər Festivalının kataloqunda rəsmi tərəfdaş kimi göstərilib. Düşünürük ki, bizim festivalın dünyanın nüfuzlu festivallarından biri ilə əməkdaşlıq etməsi gənc kinematoqrafçılarımızın işinə də təsir edəcək. Məhz «Cinema» mərkəzinin xətti ilə yerli filmlərin Oberhauzen festivalında iştirak etməsinə çalışırıq. Dünyanın nüfuzlu film festivalın Azərbaycan üzrə nümyəndəsi olmaq böyük nəticədir.

«Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi gələn ildən etibarən Oberhauzen festivalında qalib gəlmiş filmlərin Azərbaycanda nümayişini təşkil etməyi planlaşdırır.

  • Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin birgə təşkilatçılığı ilə 1 - 4 noyabr tarixlərində Azərbaycan London Film Festivalı keçirilib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirdə çıxış edərək, kino sənətinin 20-ci əsrdə dünya mədəniyyətinin inkişafında misilsiz rol oynadığını qeyd etmiş, Azərbaycan kinosunun da bu baxımdan istisna olmadığını və dünya kinematoqrafiyasına böyük töhfə verdiyini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan London Film Festivalının ilk dəfə keçirildiyini və yerli tamaşaçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək üçün bu kimi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayan səfir, zəngin tarixə malik Azərbaycan film janrının Böyük Britaniya tamaşaçılarına təqdim olunması baxımından gələcəkdə belə festivalların mütəmadi təşkil olunmasını vacib hesab etdiyini bildirib.

Londonda ilk dəfə keçirilən və dörd gün davam etmiş Festivalda Azərbaycan kinematoqrafçıları tərəfindən ekranlaşdırılan 8 bədii və sənədli film nümayiş etdirilmişdir. Nümayiş olunan filmlər tamaşaçıların marağına səbəb olub.


Əslən Türkiyədən olan bir izləyici BBC azərbaycancaya verdiyi müsahibədə nümayiş olunan filmlərdən biri, İlqar Safatın Sahə filmi haqqında danışıb. O, filmin çox uzun olduğundan şikayətlənsə də, onu düşündürə bildiyini deyib.

Filmdə Afrikada iş təklifi və nişanlısı ilə evlənmək seçimi arasında qalmış azərbaycanlı fotoqrafın hekayəsindən bəhs edilir. O, iş təklifini qəbul etmək və bir daha toyunu təxirə salmaq qərarına gəlir.

Avtomobili idarə edərkən nişanlısı ilə etdiyi müsahibə qəza ilə nəticələnir və hər ikisi polis məntəqəsinə gətirilir.

Festival çərçivəsində nümayiş olunmuş digər filmlər sırasında "Müqəddəs heyvan" (rejissor: Yavər Rzayev), "40-cı qapı" (Elçin Musaoğlu), "Buta" (İlqar Nəcəf)filmləri də var.

Festivalın direktoru Sənan Əliyevin bildirdiyinə görə, hər il keçiriləcək festivalın məqsədi Azərbaycan filmlərini Avropada tanıtmaq və yeni nəsil film yaradıcılarını həvəsləndirməkdir.

  • Qəbələ Musiqi Festivalı 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələ şəhərində keçirilir. Musiqiçilər adətən açıq səma altında çıxış edirlər. Festival Heydər Əliyev fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur. İndiyə qədər sayca dörd belə tədbir keçirilmiş və festivallarda dünyanın ən tanınmış musiqiçiləri iştirak etmişdir.

Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər, сaz və muğam gecələri də təşkil olunur.

Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival xüsusi əhəmiyyət daşıyır.
Muğam Dünyası” Beynəlxalq musiqi festivalı



  • "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı birinci dəfə Heydər Əliyev fondunun təşəbbüsü ilə 18 – 25 mart 2009-cu il tarixində Bakıda keçirilmişdir. Martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində adətən beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və çoxsaylı opera tamaşaları, eləcə də konsertlər təşkil olunur.

Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətinin dünya musiqi irsində layiq olduğu yeri tutmasıdır.
İpək yolu” Beynəlxalq Musiqi Festivalı



  • “İpək yolu” Beynəlxalq Musiqi Festivalı Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. İndiyədək festival ardıcıl olaraq üç dəfə (2010, 2011 və 2012-ci illərdə) təşkil olunub.

Festivallarda Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən ( Polşa, Hindistan, Ukrayna, Koreya, Norveç, Türkiyə, Gürcüstan, İran və s.) olan musiqiçilər və milli musiqi, folklor və teatr kollektivləri çıxış edib.

Yüklə 32,02 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin