«Meyvəsini» yeyəndə «ölməzlik» yaradan ağacın axtarışı haqda
Bir alim belə dedi: -Ey dostlar, axtarın siz,
Hindistanda bir ağac vardır, tapın barın, siz.
Kim onun meyvəsini, yesə əbədi yaşar,
Nə qocalar, nə ölər, ömrü həddini aşar!
Bir padşah bu söhbəti, eşidib, agah oldu,
Həmin gözəl ağacın, meyli canina doldu.
Bir elmli qasidi, saraydan seçdi o şah,
Hindistana yolladı, olsun bu işdən agah.
Illərlə axtarırdı, qasid həmin ağacı,
Hindistanı doloaşıb, gəzirdi acı-acı.
Şəhər-şəhər, kəndbəkənd, bu məqsədlə gəzirdi,
Nə ada saxlayırdı, nə dağ, nə çöl, bezirdi,
Kimdən soruşurdusa, rişxənddər eşidirdi.
Dəlilər bu məqsədlə, gəzər, hamı deyirdi.
Çoxlu adam danlayıb, onu axmaq saydılar,
Bir çoxu da söylədi: -Sözündə, həqiqət var.
Sənin kimi saf qəlbli, zirəkin axtarışı,
Nə boş olar, nə yalan, davam eylə bu işi.
Bu minvalla o adam, bir-birinin ardınca,
Bəzən xoş söz eşidir, bəzən pis söz, dalınca.
Bəzən bəyənirdilər, aqil söləyirdilər,
Filan yerdə o ağac, mövcuddur deyirdilər.
Filan meşədə vardır, yam-yaşıl nəhəng ağac.
Çox uca, budaqlıdır, budaqları sanki tac!
Şah qasidi yenidən, kəmərini bağladı,
Hər kəsdən bir növ xəbər, eşidib sirr saxladı.
Çoxlu illər orada, səyahətlə keçirdi,
Şahənşah göndərirdi, o yeyirdi, içirdi.
Nəhayət qəribsədi, qürbət eylədi təsir,
Sonucda təngə gəlib, düşündü başqa tədbir.
Məqsədinə çatmadı, o ağac tapılmadı,
Arzudan başqa bir şey, heç bir xəbər olmadı.
Onun ümid telləri, üzülərək qırıldı,
Axtardığın tapmadı, əldən düşdü yoruldu.
Qayıtmaq qərarına, həmin qasid gəlmişdi.
Göz yaşları tökürdü, qəriblikdən solmuşdu.
Dostları ilə paylaş: |