Press-reliZ 05 noyabr 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 24,88 Kb.
tarix15.12.2018
ölçüsü24,88 Kb.
#86007

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
05 noyabr 2009-cu il

Bakı, Azərbaycan



  • RATİ “BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN MONİTORİNQİ” LAYİHƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRDİ

  • XARİCİ İŞLƏR NAZİRLİYİ RATİ-NİN SORĞUSUNA CAVAB VERİB

  • HAKİM SƏYYARƏ HEYDƏROVANIN VƏSATƏTİNİ TƏMİN EDİB



RATİ “BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN MONİTORİNQİ” LAYİHƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRDİ
Bu gün (05 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat Mərkəzində Avropa Komissiyasının “Azad Dalğalar” layihəsi çərçivəsində “Bələdiyyə seçkiləri dövründə telekanalların monitorinqi” layihəsinin təqdimatı keçirilib.

ABŞ-ın Marşal Fondunun Bakıdakı “Black Sea Trust” nümayəndəliyi tərəfindən də maliyyələşdirilən layihə barəsində məlumat verən RATİ sədri Emin Hüseynov bildirdi ki, layihənin müddəti 6 aydır, monitorinqin müddəti isə 2 ayı (23 oktyabr - 23 dekabr) əhatə edir. Monitorinqə başlamazdan əvvəl monitorinq aparan şəxslərə treninqlərin keçirildiyini deyən Hüseynov, layihə müddətində dəyirmi masaların və geniş konfransın keçiriləcəyini, eyni zamanda ictimaiyyətə mütəmadi məlumatların veriləcəyini vurğuladı.

O qeyd etdi ki, bələdiyyə seçkiləri dövründə monitorinq həm 8 ümumrespublika telekanalı (AzTV, İctimai Televiziya, İdman-Azərbaycan, Lider, ANS, Space, Xəzər, ATV), həm də Naxçıvan Muxtar Respublikasında yayımlanan telekanallar (NTV, Kanal 35) üzrə aparılır.

Layihənin təlimçisi Rəsul Cəfərov bildirdi ki, layihə ilə bağlı monitorinq aparan şəxslər üçün Naxçıvanda xüsusi treninqlər keçirilib. Həm nəzəri, həm də praktiki baxımdan treninqlərin əhəmiyyətli olduğunu vurğulayan Cəfərov, monitorinq metodologiyası barəsində də məlumat verdi. Onun sözlərinə görə, monitorinq subyektlərinə seçkidə iştirak edən siyasi partiyaların rəhbər şəxsləri və nümayəndələri, eyni zamanda bitərəf mövqedən çıxış edən namizədlər daxil edilmişdir. Həmçinin bələdiyyə seçkiləri ilə bağlı ümumi informasiya xarakterli xəbərlərin də monitorinqi aparılır.



Marşal Fondunun “Black Sea Trust” nümayəndəliyinin məsləhətçisi Mehriban Rəhimli Fondun Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,356/lang,az/
XARİCİ İŞLƏR NAZİRLİYİ RATİ-NİN SORĞUSUNA CAVAB VERİB
Xarici İşlər Nazirliyi (XİN) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) informasiya sorğusuna cavab verib. RATİ 10 iyun 2009-cu il tarixli sorğuda Azərbaycan Respublikasının teleradio yayımı sahəsində imzaladığı beynəlxalq sənədlərlə bağlı məlumat verilməsini xahiş etmişdi. XİN Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edən Elxan Poluxovun 4 noyabr tarixində imzaladığı cavab məktubunda Azərbaycan Respublikasının teleradio yayımı sahəsində imzaladığı beynəlxalq sənədlərin siyahısı da əlavə olunub.
Sözügedən siyahıda aşağıdakı müqavilələr yer alıb:


  1. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Komitəsi və Türkiyə Respublikası Radio və Televiziya Komitəsi arasında əməkdaşlıq protokolu. Ankara, 2 noyabr 1992.

  2. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında kinomatoqrafiya, radio verilişləri və televiziya sahəsində protokol. Pekin, 7 mart 1994.

  3. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə İran İslam Respublikası “Səda və Sima” Dövlət Televiziya və Radio Verilişləri İdarəsi arasında əməkdaşlıq haqqında saziş. Tehran, 2 iyul 1994.

  4. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Rusiya Teleradio verilişləri təşkilatları proqramlarının Azərbaycan Respublikası ərazisində yayılması qaydaları və şərtləri haqqında saziş. Bakı, 7 oktyabr 1995.

  5. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Televiziya yayımları haqqında müqavilə (razılaşma notası). Bakı, 8 dekabr 1995.

  6. Xarici Televiziya və radio kanallarının Türk Telekom Kabeli Televiziya Şəbəkəsindən yayımı haqqında saziş. Ankara, 22 may 2001.

  7. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti və Ukraynanın Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında saziş. Kiyev, 3 iyun 2004.

  8. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə Gürcüstan Teleradio Verilişləri arasında əməkdaşlıq haqqında saziş. Tbilisi, 14 iyun 2004.

  9. “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti və Rumıniya Televiziya Qurumu arasında əməkdaşlıq sazişi. Buxarest, 11 oktyabr 2004.




  1. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə İtaliya Respublikasının “RAİ” Radio – Televiziyası arasında əməkdaşlığa dair saziş. Roma, 24 fevral 2005.

  2. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti və Çin Mərkəzi Televiziyası arasında əməkdaşlıq sazişi. Pekin, 17 mart 2005.

  3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Teleradio-Moldava” İctimai Şirkəti arasında əməkdaşlıq haqqında saziş. Kişinyov, 21 aprel 2005.

  4. Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bolqarıstan Milli Televiziyası arasında əməkdaşlıq haqqında saziş. Sofiya, 23 sentyabr 2005.

  1. “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və  Belarus Respublikası Milli Dövlət Teleradio Şirkəti arasında əməkdaşlıq sazişi. Minsk, 17 oktyabr 2006.

  1. “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və İordaniya Televiziya və Radio Şirkəti arasında əməkdaşlıq haqqında saziş. Əmman, 29 iyul 2007. 

  1. “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında saziş. Astana, 7 avqust 2007. 

  1. “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Misir  Televiziya və Radio Birliyi arasında anlaşma memorandumu. Bakı, 29 dekabr 2007. 

  1. “Azərbaycan Televiziya və Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Polşa Televiziyası arasında əməkdaşlıq sazişi. Varşava, 26 fevral 2008.


HAKİM SƏYYARƏ HEYDƏROVANIN VƏSATƏTİNİ TƏMİN EDİB

Bu gün (05 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Səyyarə Heydərova barəsində açılmış cinayət işi ilə bağlı məhkəmə prosesində ortaya çıxan yeni faktlarla bağlı mətbuat konfransı keçirdi. O, bildirdi ki, 2005-ci ilin aprel ayında 4 kişini döyməkdə ittiham olunması ilə əlaqədar cinayət işinin saxta olması bir daha sübut olunub. Səyyarə Heydərova dövlət ittihamçısını ittihamdan imtina etməyə çağırdı. “Mənim guya döydüyüm Əsgərov Yaşar Xəlil oğlu soyğunçuluq etdiyinə görə həbs olunub və hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 23 oktyabr 2009-cu il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədov mənim vəsatətimi təmin edərək, həmin şəxsin məhkəmədə iştirakını təmin edəcəyini bildirdi. Vurğulayım ki, bu vəsatəti 4 il ərzində heç bir hakim təmin etməyib” – deyən S.Heydərova bildirdi ki, növbəti məhkəmə prosesi 10 noyabr 11.00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. O, KİV nümayəndələrini və ictimaiyyəti məhkəmə prosesində iştirak etməyə çağırdı.



Xatırladaq ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1, 221.2, 221.3 maddələrinə əsasən ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm  çıxarıb.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 24,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin