Ev toyuğu bəsləyib, böyüdən ördək balalarının hekayəti
Ördək yumurtasını, toyuq altına qoysan,
Öz qanadı altında, bəsləyəcək çox asan.
Sənin «anan» olmuşdur, o «dənizin» ördəyi,
Dayən torpaq olmuşdur, unutma sən heç nəyi.
Içində olan, dəniz, ora meylini artır!
Təbiət canın, anan, sən onlarla otur-dur.
Quruya meylin vardır, çünki o dayə sənə.
Dayəni boşla daha, dartır pis fikrə yenə.
Dayəni qoy quruda, irəlilə önə sən,
Mənalar dənizində, ördəklər tək üzəsən.
Dayən sudan qorxutsa, uzaq eyləsə əgər,
Sən özünü qorxutma, dənizə qaç, sinə gər!
Sən quru ördəyisən, daha üstün canlısan,
Ev toyuğu deyilsən, özün adlı-sanlısan.
Sən Adəm övladısan, «Kərrəmna» olan şahsan,
Həm dənizdə, həm də ki, quruda addımlarsan!437
Dənizi cana yüklə, canı da ver dənizə,
Yüklənmələrdən sonra, gedərsən üzə-üzə.
Mələklərə tərəf yol, yoldur dərk eylə aqil,
Heyvan cinsi «dəniz»dən, xəbərsizdir, sən də bil!
Sən bədəndə heyvan tək, canda isə Mələksən,
Yerdə gəzirsən, lakin güc alırsan Fələkdən!
Zahirdə bəşərəm mən, sizin kimi, «misləkum»!
Ürəkdə «Youhaİlla, innəmaİlahəkum»!438
Külün qəlibi düşmüş, torpağın üzərinə,
Onun ruhu dönərək, düşmüş «çərxi-bərinə»!439
Bizlər su ördəkləri, dərk eylə, ey müti qul,
Dəniz bizi anlayır, sən dərk eylə, ayıq ol!
Sülyeman dəniz kimi, bizlər də quşlarıyıq!
Əbədiyyətə qədər, üzü Ona sarıyıq!
Ayağını dənizə, Sülyemanla bir at sən,
O da bir Davud kimi, yüz zirehi yaratsın.
O Sülyeman hazırdır, hamımızın önündə,
Lakin qafillik isə, gözbağlayan, hər gündə.
Cahil, qafil, füzulluq, bizə eyləmiş nəsib,
Önümüzdə qalaraq, qarşımızı o kəsib.
Təşnə də baş ağrıyar, ildırım çaxsa əgər,
Çünki təşnə dərk etməz, sonucda yağış gələr.
Onun gözü qalmışdır, şır-şırla axan çayda,
Göylər suyu zövqündən, xəbərsiz, başqa hayda!
O «himmət mərkəbi»440ni, səbəb tərəfə çapdı,
Səbəblərdən özünə, həya pərdəsi tapdı!
Hər kim görə bilərsə, səbəbləri aşikar,
Heç dünya səbəbiyçin, eyləyərmi ahü-zar?!
Səbəbkardan tapacaq, həmin o şəxs, bir sabah.
Qələbəylə, qurtuluş, olacaq qalib bir şah!
Bir şey hiylələr ilə, yüz il döyülsə əgər,
Onun ondan birindən, alınmaz xəzinələr!
Dostları ilə paylaş: |