5. Kompüter şəbəkələrinin təyinatı və təsnıfatı
İki və daha artıq kompüterin fiziki cəhətdən birləşməsi kompüter şəbəkələrini əmələ gətirir. İki kompüterin sadə birləşməsi birbaşa birləşmə adlanır. Ümumi halda, kompüter şəbəkələrinin yaradılması ücün xüsusi aparat təminatı (şəbəkə avadanlığı) və xüsusi proqram təminatı (şəbəkə proqram vasitələri) olmalıdır. Windows ƏS – də işləyən zaman kompüterlərin birbaşa birləşməsi zamanı nə xüsusi aparat təminatı , nə də proqram təminatına ehtiyac var. Bu halda aparat vasitələri olaraq giriş/çıxış portlarından (liman) , proqram təminatı vasitəsi olaraq ƏS–nın tərkibində olan xüsusi vasitələrdən istifadə olunur (Start.Proqramlar. Standartlar.Əlaqə. Birbaşa kabel birləşməsi).
Kompüter şəbəkələrinin yaradılması zamanı əsas məsələ,avadanlığın elektriki və mexaniki xassələrinin uyğunluğunun təmin olunması, verilənlərin formatı və kodlaşdırılması sisteminə görə informasiya təminatı uyğunluğunun təmin olunmasıdır. Bu məsələnin həlli standartlaşdırma sahəsinə aiddir və OSI (Model of Open System İnterconnections – açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli) modeli adlanır. Bu model ISO(Intermational Standarts Orqanization) Beynəlxalq Standartlaşdırma İnstitutunun texniki təklifləri əasasında hazırlanmışdır.
OSI / ISO modelinə əsasən kompüter şəbəkələrinin arxitekturasına yeddi təbədə baxılır.
Ən yuxarı təbəqə - tətbiqidir. Bu təbəqədə istifadəçi hesablama sistemi ilə qarşılıqlı əlaqədə olur.
Ən aşağı təbəqə - fizikidir. O, qurğular arasındakı siqnalların ötrülməsini təmin edir. Bu yeddi təbəqə arasında uyğunlaşma xüsusi standartlar vasitəsi ilə həyata keçrilir. Buna protokol deyilir. Onlar şəbəkənin komponentləri ilə aparatın qarşılıqlı əlaqələrinin xarakterini (aparat protokolu) və proqram və verilənlər arasında qarşılıqlı əlaqələrin (proqram protokolları) xarakterini təyin edir.
Protokollardan istifadə olunmasına görə şəbəkələr 3 yerə bölünür : Lokal (LAN – Local Area Nerwork), Qlobal (WAN – Wide Area Network), Regional.
Lokal kompüter şəbəkələri yaxın məsafədə yerləşən istifadəçilərin kompüterləri arasında sürətli informasiya mübadiləsini təmin edir. Lokal şəbəkə həm kiçik bir ofisi, həm də bir neçə hektar sahəsi olan böyük bir zavodu əhatə edə bilər. Onun köməyi ilə verilənlərin uzaqdan daxil edilməsi, ümumi resurslardan birgə istifadə edilməsi, faylların ötürülməsi, məsələlərin məsafədən daxil edilməsi və həlli, elektron poçtu, paylanmış sistemlərin yaradılması və s. kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal şəbəkədə verilənlər əlaqə xətləri ilə 10 km məsafəyə qədər ötrülə bilər.
Dostları ilə paylaş: |