2. İnternetdə resursların ünvanlamasi
İnternetdə resursların ünvanlanması aşağıdakı formada həyata keçirilir
Rəqəmsal İP - ünvan (İP – Internetwork Protocol);
domen ünvan.
İP-ünvan şəbəkənin və kompüterin şəbəkədəki nömrəsini özündə saxlayır. Hər bir şəbəkənin ünvanı İnternetin NİC (Net Information Centre) Şəbəkə informasiya mərkəzi tərəfindən verilir.
Rəqəmsal ünvan 32 bit uzunluğa malikdir. Bu ünvan 0-dan 255-ə qədər istənilən 4 ədəddən ibarət olur.Şəbəkənin ölçüsündən asılı olaraq İP-ünvanlar A,B və C kimi üç sinfə bölünür.
İP-ünvanla kompüterin şəbəkə ünvanı arasındakı uyğunluğa əsaslanan siyahı genişləndiyindən Şəbəkənin zonalara bölünməsi zərurəti yarandı. Hər bir zonada ünvanlara xidmət üçün bir mərkəz ayrıldı. Bu zonalar domenlər adını aldı, onlara uyğun ünvan-lar isə domen ünvanlar adlandırıldı.
İnternet ünvanlama sistemində müəyyən coğrafi regionları təmsil edən domenlər iki hərfdən (məsələn, Fransa – fr, Kanada – ca, ABŞ – us), mövzu əlamətlərinə görə bölünmüş domenlər isə üç hərfdən ibarət olur.
İstifadəçinin kompüterinin şəbəkədə geydiyyata alındığı ad onun İnternet ünvanı adlanır. İstifadəşinin adının ardınca @ işarəsi işlədilir.
Misal. İnternetə goşulmuş tutor.sptu.edu adlı kompüterdə Nasrin adı altında qeydiyyata düşmüş istifadəçinin ünvanı bu şəkildə olacaqdır:
Nasrin@ tutor.sptu.edu
Domenlər sistemi yarandıqdan sonra kompüterlərin adlarına uyğun İP-ünvanların axtarışı sadələşdi. Hər bir domenin nəzdində özünün Domen adlar serveri DNS (Domain Name Server) xidmət göstərir
Dostları ilə paylaş: |