“Neft sənayesinin iqtisadiyyatı və idarə edilməsi”



Yüklə 64,59 Kb.
səhifə1/10
tarix02.02.2022
ölçüsü64,59 Kb.
#114012
  1   2   3   4   5   6   7   8   9   10

2517 “Neft sənayesinin iqtisadiyyatı və idarə edilməsi”
1. Aşağıdakı müəyyənliklərdən hansı nefti daha dəqiq xarakterizə edir?---Əsasən karbohidrogenlərin və qismən digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar maye

2. Neft və qaz ona görə “karbohidrogenlər” adlandırılır ki---Karbon və hidrogen atomları bir-birilə kimyəvi surətdə birləşərək neftin tərkibində müxtəlif birləşmələr əmələ gətirir

3. Neftin mənşəyi haqqında aşağıdakı fikirlərdən hansı doğrudur---Neftin təşəkkülü əsasən, çökmə süxurlarla,nadir hallarda isə maqmatik süxurlarla (Azərbaycanda Muğanlı neft yatağında olduğu kimi) əlaqədardır

4. Neftin aşağıda göstərilən fiziki xassələrindən biri yanlışdır---Fiziki xassələri: Açıq-şabalıdı rəngə malik olması; Orta molekul çəkisi 220-330 q/mol; Sıxlığı 0,65-1,05 q/sm3; Qaynama temperaturu - >28 °C (Yüngül), ≥100 °С (Ağır); Donma temperaturu tərkibində parafinin həddindən asılı olaraq −60 ilə + 30 °C; Özlülüyü-1,98 ilə 265,90 мм²/с arasında; Xüsusi istilik tutumu 1,7-2,1 кJ/(кq∙К); Dielektrik ötürücülüyü 2,0-2,5; Elektrik keçiriciliyi 2∙10-10 ilə 0,3∙10−18 Оm−1∙сm−1 arasında yerləşir

5. Kimyəvi tərkibinə görə təbii qazlar 3 əsas qrupa bölünür---Karbohidrogenli,azotlu və karbon qazlı

6. Hansı neftlərdə karbohidrogen qarışığının payı daha çox olur?---Metanlı,naftenli,metanlı-naftenli,aromatik

7. Azərbaycanda hasil edilən neft əsasən hansı qrupa aiddir?---Yüngül neft

8. Yüngül neftlərin əlamətləri hansılardır?---Karbohidrogenlərin qarışıqda çəki payı - 97%, Sıxlığı 0,83-dən kiçik, Qaynama tempraturu - >28 °C,

9. Neftin sıxlığı ilə bağlı aşağıdakı fikirlərdən hansı biri yanlışdır?---Dogrudur: Sıxlığı 0,65-1,05 q/sm3 olur.Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 0,831-0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir

10. Neftin fiziki xassələrini göstərən aşağıdakı əlamətlərdən hansı biri yanlışdır?---4-cü suala bax

11. Neftin kimyəvi tərkibində aşağıdakı birləşmələrdən hansı üstünlük təşkil edir?---Maye karbohidrogenlər (80-90%)

12. Azərbaycanda ilk neft quyusu harada qazılmışdır?---Bibiheybət (Abşeron yarımadası, 1847-ci il)

13. Azərbaycanda mexaniki üsulla ilk neft quyusu nə vaxt qazılıb?---1871-ci il

14. Bakıda ilk neftayırma qurğusu nə vaxt tikilib?---1859-cu il

15. Boru ilə neft nəqlinə ilk dəfə nə vaxt və harada başlanılıb?---1878-ci il, Azərbaycan (Qara Şəhər və Balaxanı arasında)

16. Bakıda ilk neft kəməri nə vaxt inşa edilib?---1878-ci il

17. Bakıda inşa edilən ilk neft boru kəmərinin uzunluğu nə qədər olub?---12 km

18. 1940-cı ildə SSRİ-də hasil edilən neftin nə qədər hissəsi Azərbaycanın payına düşüb?---3/4 hissə (75%)

19. Azərbaycanda Xəzər dənizində ilk neft quyusu nə vaxt istismara verilib?---1949-cu il,7 noyabr

20. Xəzər dənizində birinci istismara verilən neft yatağı hansıdır?---“Neft Daşları”

21. SSRİ dövründə Azərbaycanda neft hasilatının ən yüksək həddi hansı ildə olub?---1971 (1967)-ci il

22. 1950-ci ildən sonrakı dövrdə Azərbaycanda neft hasilatının ən aşağı səviyyəsi hansı illərdə qeydə alınıb?---1990-cı il

23. “Əsrin müqaviləsi” adlandırılan hasilatın pay bölgüsü sazişi nə vaxt imzalanıb?---1994-cü il 20 sentyabr

24. “Əsrin müqaviləsi” sazişi (AÇG layihəsi) üzrə xarici neft şirkətləri Azərbaycan hökumətinə mənfəət vergisini hansı dərəcə ilə ödəyirlər?---Daxili mənfəət norması əmsalı – İR:R>22,75 (80%)

25. “Əsrin müqaviləsi” adlandırılan saziş hansı yataqların istismarını nəzərdə tutur?---Azəri, Çıraq,Günəşli

26. Hazırda Azərbaycanda hasil edilən neftin hansı hissəsi dənizdən çıxarılır?---67%

27. 2010-cu ildə Azərbaycanda nə qədər neft hasil edilib?---50 mln 834 min ton (50,8 mln ton)

28. Hazırda Azərbaycanda quru ərazilərdə olan yataqlardan nə qədər neft hasil edilir?---33%

29. 2010-cu ildə Azərbaycanda nə qədər qaz hasil edilib?---16,2 mlrd kubmetr

30. Aşağıdakı sahələrdən hansı mədənçıxarma sənayesinə aid deyidir?---Aiddir: Xam neft və təbii qaz hasilatı;Metal filizlərinin hasilatı;Daş,qum,çınqıl,duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı;Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

31. Aşağıdakı sahələrdən hansı neft-qaz sənayesinə daxil deyildir?---Daxildir: Ağır sənaye sahəsi; Neft və qaz yataqlarının kəşfiyyatı; Quyuların qazılması; Neft və neft-qaz hasilatı; Neft qazının emalı; Neftin boru kəmərləri ilə nəqli

32. Sənaye sahəsi nədir?---Eynicinsli və spesifik məhsulu eyni tip və oxşar texnologiyalarla istehsal edən müəssisələr toplusu

33. Sənayenin sahə quruluşu nədir?---Sənayenin tərkibi,sənayeyə daxil olan sahələrin kəmiyyət nisbəti və onlar arasında qarşılıqlı əlaqələr

34. Sənaye sahələri hansı əlamətlərə görə təsnifləşdirilir?---İstehsal edilən məhsulun iqtisadi təyinatına görə;İstehsal prosesində xammal və materiallara təsirinə görə;İqtisadi fəaliyyət növünə görə

35. Sahənin in­ki­şaf sürətinə görə bütünlüklə sənayeni (və ya digər bir sahəni) qabaqlama əmsalı necə hesablanır?---

36. Sənaye sahəsinin artım tempi necə hesablanır?---

37. Aşağıdakı göstəricilərin hansından sənayenin sahə quruluşunun təhlili zamanı istifadə edilmir?---İstifadə edilir: mütləq (dəyər) və nisbi göstəricilər

38. Sənaye istehsalının sahə strukturu nəyi müəyyən edir?---Müəyyən dövr ərzində yaradılan ÜDM-un sahələr üzrə payını

39. Hazırda Azərbaycan sənayesinin istehsal strukturunda daha böyük paya malik sahə hansıdır?---Mədənçıxarma sənayesi

40. 2010-cu ildə neft sənayesinin Azərbaycan sənayesinin ümumi istehsalında payı nə qədər olub?---84,6%

41. 2010-cu ildə Azərbaycanın ixracında neft və neft məhsullarının payı nə qədər olub?---94,1%

42. Hazırda Azərbaycanın emal sənayesinin məhsul istehsalında daha yüksək paya malik sənaye sahəsi hansıdır?---Neft və neft məhsullarının istehsalı

43. Aşağıdakılardan hansı ölkəmizdə neft sənayesinin üstün inkişafını şərtləndirən amillər sırasına aid edilə bilməz?---

44. Son 4-5 ildə Azərbaycanda aşağıdakı inkişaf meyllərindən hansı üstünlük təşkil edir?---Sənayenin yüksək inkişaf dinamikası

45. Hazırda neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı işlərində aşağıdakı axtarış üsullarından istifadə edilir---Geoloji,Geofiziki,Geokimyəvi,Hidrogeoloji

46. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı işlərində daha geniş tətbiq edilən üsul hansıdır?---Geofiziki

47. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulunun hansı növləri var?---Maqnitometrik,Elektrometrik,Radiometrik,Seysmik,Qrametrik

48. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının maqnitometrik üsulu nəyə əsaslanır?---Müxtəlif maqnitlilik dərəcəsi ilə fərqlənən süxurlarda maqnit sahəsinin öyrənilməsinə

49. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının elektrometrik üsulu nəyə əsaslanır?---Sabit və dəyişən cərəyan mənbələri ilə yer qabığında yaranan süni elektromaqnit sahələrinin ölçülməsinə

50. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının radiometrik üsulu nəyə əsaslanır?---Süxurların təbii radioaktivliyinin öyrənilməsinə

51. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının seysmik üsulu nəyə əsaslanır?---Müxtəlif süxurlarda süni partlayış nəticəsində yaranan seysmik dalğaların yayılması sürətinə

52. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının qrametrik üsulu nəyə əsaslanır?---Yer qabığında təbii ağırlıq qüvvəsinin öyrənilməsinə

53. Neft və qaz quyuları funksiyalarına görə aşağldakı qruplara ayrılır---Axtarış,İnyeksiya, Kəşfiyyat,İstismar

54. Axtarış neft-qaz quyuları nə məqsədlə qazılır?---Ərazidə neft-qaz yataqlarının olması haqqında məlumat toplamaq məqsədilə

55. İnyeksiya quyuları nə üçün istifadə edilir?---İstismar olunmuş neft laylarında lay təzyiqini artırmaq üçün

56. Kəşfiyyat neft-qaz quyularının təyinatı nədir?---Ərazidə neft-qaz yataqlarının mövcudluğu təsdiqləndikdən,sonra həmin yataqların həcm,miqyas və məhsul xarakteristikalarını müəyyən etmək

57. İstismar neft-qaz quyuları nə üçündür?---Neft və qazın çıxarılması,istismarı üçün

58. İstismar quyularının dərinliyi nədən asılıdır?---Neft və qaz yataqlarının yerləşmə dərinliyindən

59. Mexaniki qazma üsulları hansılardır?---Fırlanma və Vurma (vurma-dönmə,vurma-fırlanma, fırlanma-vurma)

60. Maili qazma nədir?---Neft-qaz quyularının müəyyən iti bucaq altında qazılması

61. Qazma baltasının hərəkətə gətirilməsi baxımından qazma üsulları hansılardır?---Rotor,Turbin,Elektriklə,Vibrasiya

62. Aşağıdakı qazma üsullarının hansından hazırda istifadə edilmir?---Vurma üsulu

63. Rotor qazma üsulu ilk dəfə harada tətbiq edilib?---ABŞ

64. Aşağıdakı əlamətlərdən hansı rotor qazma üsuluna xas deyil?---Xasdır: Qazma prosesini sürətləndirir; Quyuların diametrini kiçiltməyə,metal sərfini azaltmağa,qazma müddətini qısaltmağa imkan verir; Enerji sərfi çox olur; Qazma boruları tez-tez sınaraq sıradan çıxır; İş yerində səs-küy çox olur.

65. Turbin qazma üsulu ilə bağlı aşağıda verilən fikirlərdən hansı biri yanlışdır?---Doğrudur: Bu zaman turboburdan istifadə olunur; Turbobur hidravlik turbinlər vasitəsilə qazma baltasına bilavasitə quyu dibində fırlanma hərəkəti verən mühərrikdir; Dünyada ilk dəfə reduktorlu turbobur 1924-cü ildə Bakının Suraxanı mədənində tətbiq edilib; Turboburda yaranan fırlanma sürəti dəqiqədə 1250 dövrədək,gücü 350 at gücünə çatır; Bu üsuldan çox dərin quyuların qazılmasında istifadə olunur.

66. Elektrobur nədir?---Quyu dibində elektrik mühərriki ilə işləyən və valında qazma baltası olan maşın

67. Elektriklə qazma üsulu---Elektroburdan istifadəyə əsaslanır

68. Elektroburla ilk quyu nə vaxt və harada qazılıb?---1940-ci ildə “Qala” neft yatağında

69. Aşağıdakılardan hansı turbobur və elektroburla qazmanın oxşar cəhətidir?---Bu qazma üsullarının tətbiqi zamanı qazma boruları fırlanmır,elektrik enerjisi birbaşa qazma baltasına verilir və yalnız balta fırlanır

70. Aşağıdakılardan hansı qazmanın texniki vasitələrinə aid edilmir?---Aiddir: Qazma baltası, Qazma qurğusu, Qazma gəmisi, Qazma vişkası, Qazma boruları

71. Quyu dibindəki işlək hissəsinin formasından asılı olaraq qazma baltalarının növləri hansılardır?---Pərli,Şaroşkalı,Almazlı

72. Hansı qazma baltaları daha möhkəm və məhsuldar hesab olunur?---Almazlı

73. Qazma baltasının işi hansı göstəricilərlə xarakterizə olunur?---Süxurları dağıtması xarakteri ilə

74. Aşağıdakı əlamətlərdən hansı qazma buruğuna aid deyil?---Aiddir: Quyuların qazılmasında qazma alətini,quyudibi mühərrikləri və qoruyucu boruları quyuya endirib-qaldırmaq,həmçinin qazma prosesində aləti asılı vəziyyətdə saxlayan tal sistemini bərkitmək üçün istifadə olunan qurğudur.Qazma buruğunun hündürlüyü quyunun layihə dərinliyindən asılı olaraq seçilir.Azərbaycanda ilk Qazma buruğu mexaniki qazma üsulunun tətbiqi ilə əlaqədar olaraq 1872-ci ildə quraşdırılıb.Qazma buruğu əvvəllər taxtadan düzəldilirdi.

75. Neft mədəni nədir?---Neftin və onunla birgə olan qazların Yerin dərin qatlarından çıxarılması üçün quyu,boru kəmərləri və müvafiq avadanlıqlardan ibarət texnoloji kompleks

76. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı zamanı tətbiq olunan üsullar---Fontan,




Yüklə 64,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin