Laboratoriya işi №1
Verilənlərin yarımstatik strukturu
İşin məqsədi: Birəlaqəli siyahılar üzərində aşağıdakı əməliyyatların yerinə
yetirilməsi üçün proqram
yazmaq: 1) Yaratma, 2) Daxiletmə, 3) Silmə, 4) Bölmə
Nəzəri hissə
Əlaqəli siyahı
Biz naməlum
sayda verilənlərlə işlədikdə, bu verilənləri təşkil etmək üçün əlaqəli siyahı
strukturundan istifadə edirik. Əlaqəli siyahı xətti verilən strukturudur, yəni elə elementlər ardıcıllığından
ibarətdir ki, bu elementlərin hər biri ardıcıllıqdakı növbəti elementlə əlaqəlidir. Əlaqəli siyahıdakı hər bir
element Qovşaq (Node) adlanır.
Əlaqəli siyahı aşağıdakı kimi təsnif edilə bilər:
1.
Bir əlaqəli siyahı
2. İki əlaqəli siyahı
3. Dövrü əlaqəli siyahı
Bir əlaqəli siyahı
Sadə
şəkildə desək, siyahı verilənlər ardıcıllığı, bir əlaqəli siyahı isə bir-biri
ilə əlaqələndirilmiş
verilənlər ardıcıllığıdır. Birəlaqəli siyahının formal təyini aşağıdakı kimidir.
Bir əlaqəli siyahıda hər bir element qovşaq adlanır. Hər bir qovşaq iki sahədən ibarətdir: verilən
sahəsindən və növbəti sahədən. Verilən sahəsi qovşağın cari qiymətini saxlamaq üçün və növbəti hissə
isə ardıcıllıqdakı növbəti qovşağın ünvanını saxlamaq üçün istifadə edilir. Bir əlaqəli siyahıdakı qovşağın
qrafiki təsviri aşağıdakı kimidir:
Nümunə
Bir əlaqəli siyahı üzərində əməliyyatlar
Aşağıdakı əməliyyatlar bir əlaqəli siyahılar üzərində aparılır:
Verilən
Əlaqə
Cari qiyməti saxlayır
Növbəti qovşağın ünvanını saxlayır
1)
Yaratma
2)
Daxiletmə
3) Silmə
4)
Əks etdirmə
Həqiqi əməliyyatları yerinə yetirməzdən əvvəl boş siyahı tərtib etmək lazımdır. Birinci aşağıdakı
addımları təqib etmək lazımdır.