Uşaqlar xor:Kosa və keçəl
2ci aparıcı X.Günay: Gəlin birlikdə onları məclisimizə dəvət edək.
Kosa Tamilə: Novruz novruz bahara,
Güllər güllər nübara ay nübara
Bağçanızda gül olsun
Gül olsun, bülbül olsun.
Mən gəlmişəm kef görüm
Zurna görüm dəf görüm
Uşaqlar Kosanı dövrəyə alırlar. Xor:-A kos kosa gəlsənə
Gəlib salam versənə
Çömçəni doldursana
Məclisi güldürsənə.
Keçəl Səfiyyə:A uyruğu uyruğu
Saqqalı it quyruğu
Gör necə erkən gəlib
Belində örkən gəlib
Bu kosa hardan gəlib?
Qutarıb dardan gəlib.
Yağ verin yağlasın
Bal verin ballasın
Çoxca bilib allansın.
Dialoq. Kosa (Tamilə) və bir nəfər (Nərmin) -A kosa gəldiyin, harda bəridir? (Nərmin)
-Şərurdan (Tamilə)
-Nə gətirdin ordan a Kosa? (Nərmin)
-Alma. (Tamilə)
-Almanı neylədin? (Nərmin)
-Satdım. (Tamilə)
-Pulunu neylədin? (Nərmin)
-Öküz aldım. (Tamilə)
-Öküzü neylədin? (Nərmin)
-Saqqalımın yeli vurdu yarğandan, o da öldü. (Tamilə)
Xor. Başın sağ olsun kosa
Canın sağ olsun kosa
Arışın uzun, bez qısa.
Kəfənsiz ölməz kosa
Kosa Tamilə:
-Qurbanın olum yaşıl çuxalı
Qonaq gəlirəm çilə çıxalı
Nabat, noğul, badam ver gəlsin.
Yeyim, dizlərimə kar gəlsin.
Keçəl Səfiyyə:
-A kos-kosa gəlmisən
Lap vaxtında meydana
Almayıca payını, çəkinmə sən bir yana
Kosa Tamilə:
- Getmərəm keçəl, getmərəm!
Keçəl Səfiyyə:
-Beş yumurta payındı
Əskiyini almayasan
Xurcunu yaxşı doldur
Əli başında qalmayasan
Kosa Tamilə:
-Qalmaram keçəl, qalmaram!
“Kosanın payını verin,
Balını verin yağını verin”
Keçəl Səfiyyə:
Mənim kosam oynayır
Gör necə dinqildəyir.
Ona qulaq asanın,
Qulağı cingildəyir.
Mənim kosam canlıdı,
Qolları mərcanlıdı.
Qarnına əl vurmayın,
Kosam iki canlıdır.
Köhnə motal başında,
Qaləm oynar qaşında.
Yüz əlli beş yaşında
Gör nə cavandır kosa
Kosaya pay verirlər.
Xor.Kosam bir oyun eylər
Quzunu qoyun eylər
Yığır bayram xonçasın
Payızda toyun eylər.
Kosa oynayır.
Kosa Tamilə:
-Azahı ay azahı
Doldur gətir qazanı.
Payını artıq verin,
Yada salın kosanı.
(Oxuya oxuya çıxırlar.)
Xorla:
-A kos kosa, kos-kosa
Saqqalı yoldurma gəl.
Xurcunu doldurma gəl.
Xonçan nabatın bizdə
Novruz oldu durma gəl....
2-ci aparıcı X.Günay: İndi isə gəlin “Yalançı pəhləvanlar” tamaşasına baxaq.
Meydançaya yalançı pəhləvanlar daxil olur. Əvvəlcə onlar qurşaq tutub meydan sulayırlar. Tamaşaçılar isə onları güləşə həvəsləndirirlər. Yalançı pəhləvanlar yarışır və biri qalib gəlir. Qalib gələn yalançı pəhləvan özünü öyür.