◘İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Vacib zəkatı aşkar, amma müstəhəb zəkatı isə məxfi şəkildə verin.”1 Vacib zəkatın aşkar verilməsi səbəbi onun ümumi vəzifə olması və riyadan uzaqlığı ola bilər. Ayə maddi yardımlar haqqında olsa da, İslam terminologiyasında bütün xeyir işlərə “sədəqə” deyilmişdir. Müsəlmanların yolu üstündən daşı götürmək də sədəqədir. Bu səbəbdən də məhrumlara elm, hörmət və vasitəçilik yolu ilə göstərilən yardımlar da sədəqə adlandırılmışdır.
Bildirişlər
1. Aşkar edilən infaq başqalarını bu işə həvəsləndirir, xəsisliklə bağlı böhtanları aradan qaldırır, bir növ infaqı əməli şəkildə təbliğ edir.
2. Fəqirə yardım göstərmək üçün onun müsəlman olması şərt deyil.
3. Sədəqə və zəkata xeyli pul xərclənsə də, ayədə fəqirlərin adının çəkilməsi onların bu işdə öndə gəlməsi nişanəsidir.
4. Fəqirlər sizin sorağınıza yox, siz fəqirlərin sorağına getməlisiniz.
5. Gizli edilən infaq riya və özünü göstərmədən uzaqdır, ixlasa daha yaxındır. Gizli infaq onu alanın abrını qoruyur.
6. İnsanda faydalanma və xeyirxahlıq meyli var. Əməldə isə bəzən şər ardınca gedilməsi ilə rastlaşırıq. Ona görə də ilahi peyğəmbərlər xeyirin nümunələrini bəşəriyyətə açıqlamışlar.
7. Fəqirlərə yardım kiçik günahların bir hissəsinin bağışlanması səbəbidir. ”Səyyiat” sözü kəbirə günahlar müqabilində işlədilmişdir və kiçik günahları bildirir.2
8. Mühüm olan Allahın elmidir. Xalqın məlumat və biliyi mühüm deyil.
272. ﴿لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـكِنَّ اللّهَ يَهْدِي مَن يَشَاء وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَلأنفُسِكُمْ وَمَا تُنفِقُونَ إِلاَّ ابْتِغَاء وَجْهِ اللّهِ وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لاَ تُظْلَمُونَ﴾
“İnsanların hidayəti sənin öhdənə deyil. Allah istədiyini hidayət edir. Yaxşılıqlardan infaq etdiyiniz öz xeyirinizədir. Allahın razılığından başqa şey üçün infaq etməyin. Yaxşı infaqlarınızın əvəzi tam şəkildə sizə veriləcəkdir. Sizə zülm edilməyəcək.”
Dostları ilə paylaş: |