◘Bu ayə yəhudilərə xitabın ardınca nazil olsa da, bütün xalqa müraciətdir. Rəvayətlərdə oxuyuruq ki, Həzrət Əli (ə) mühüm bir məsələ ilə üzləşdikdə namaza durar və bu ayəni oxuyardı.
◘Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, səbir üç növdür: müsibətə səbir, günah qarşısında səbir, ibadətdə səbir.5 (Qeyd)Amma xüşusu (mütiliyi) olmayanlar üçün bu iş çox ağırdır. Xüşu qəlb və ruha, xüzu bədən üzvlərinə aid olan səciyyədir.
◘Diqqətlə qılınan namaz Allahın sonsuz qüdrətini insana xatırladır. Bu halda insan Allahdan qeyrilərini çox kiçik görür. Diqqətli namaz insanın qəlbində Allahın sevgisini artırır, təvəkkül ruhiyyəsini gücləndirir. Belə namaz insanı maddi bağlılıqlardan azad edir. Bütün bu əsərlər insanı çətinliklər qarşısında möhkəmləndirir.
◘Bütün ibadətlərin açarı səbir və müqavimətdir. Mələklər behişt əhlinə salam verirlər. Bu salamın səbəbi onların namazı, həcci, zəkatı yox, müqavimət və möhkəmliyidir.1 (Qeyd)Müqavimət yoxdursa, namaz, cihad, həcc və zəkat da olmayacaq. Hətta hidayət və ilahi rəhbərlik məqamına çatmağın şərti də səbirdir.2 (Qeyd)
Xatirə:
Bir gün Nəccaşi adlı şair ramazan ayında şərab içmişdi. Həzrət Əlinin (ə) göstərişi ilə ona səksən şallaq vuruldu. İyirmi zərbə isə günah ramazan ayında baş verdiyi üçün əlavə edildi. Bu şəxs həzrətdən inciyib Müaviyəyə qoşuldu və Həzrət Əlinin (ə) ziddinə şerlər deməyə başladı. Nəccaşinin Kufədə mühüm qəbilələrdən olan ətrafı həzrət Əlidən (ə) gileyləndilər ki, nə üçün öz yaxınlarını saxlamır?! Onların rəisi Tariq ibn Abdullah narahatlıqla imama dedi: “Nə üçün siz dostla biganə arasında fərq qoymursunuz? Axı Nəccaşi kimi şəxsə şallaq vurulmamalıdır. Biz bu cür rəftara dözmərik.” İmam onun cavabında haqqında danışdığımız ayəni oxudu. Həzrətin bu cavabından sonra Tariq də Müaviyəyə qoşuldu.
Demək, ayə namaz haqqında olsa da, oxşar hallarda ondan kömək almaq olar.
Dostları ilə paylaş: |