◘“Əraf” surəsinin 161-162-ci ayələrində bu və bundan əvvəlki ayənin oxşarı təkrarlanmışdır. Bu ayələrdə “ricz” sözü əza, taun xəstəliyi, iztirab halı mənalarını bildirir.
◘Allahın qaydası mərhəmət nazil etməkdir. Ona görə də Bəni-İsrail üçün ən üstün qəza olan “mənn” və “səlva” nazil oldu. Amma onlar inadkarlıq göstərdiklərindən səmadan əzab nazil edildi.
Bildirişlər
1. Zülm və günah qanunun əvəz olması və təhrifinə zəmin yaradır.
2. Bir işin yolu və üsulu bəyan olunanadək insan öz bildiyinə əməl etməkdə azaddır. Amma yol bəyan olunduqdan sonra onu dəyişənlər üçün üzr yeri qalmır.
3. İlahi qanunları dəyişməyin cəzası qəhr və əzabdır.
4. Bütün cəzalar axirətə aid deyil. Bəzi cəzalar elə bu dünyada gerçəkləşir.
5. Əyri yol insan üçün adətə çevrildikdə Allahın əzabı nazil olur.
60. ﴿وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْناً قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ كُلُواْ وَاشْرَبُواْ مِن رِّزْقِ اللَّهِ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ﴾
“(Yadınıza salın) o zaman ki, Musa öz qövmü üçün su istədi, ona dedik: “Öz əsanı daşa vur.” Qəfildən ondan on iki çeşmə yarıldı və qaynadı. Fərdlərdən hər biri su içəcəyi yeri tanıdı. (Dedik) İlahi ruzidən yeyin-için və yer üzündə təkəbbürlə fəsad göstərməyin.”
Dostları ilə paylaş: |