◘Bəni-İsrail fironun hakimiyyətindən xilas edildikdən sonra onlara göstəriş verildi ki, Fələstin torpaqlarına daxil olsunlar. Onlar isə həmin yerdə zalımların olduğunu bəhanə gətirərək əmrdən boyun qaçırdılar və Musaya dedilər: “Allahınla birgə onlarla döyüşə get, biz isə burada oturmuşuq.” Allahın qəhr və qəzəbi onları bürüdü və qırx il Tih səhrasında qaldılar. Amma Allah orada da onları lütfündən məhrum etməyib buludları kölgələnəcək qərar verdi. Onlara “mənn” və “səlva” adlı təbii və dadlı ruzilər nazil edildi.
◘Ayədə yağışsız, yalnız kölgə salan bulud “ğəmam” adlandırılmışdır. Yağışlı buluda isə “səhab” deyilir. “Mənn” ağaclarda yaranan xüsusi bir şirədir. Bəziləri ayədə bal və ya göbələk nəzərdə tutulduğunu da bildirmişlər. “Səlva” isə göyərçinə oxşar bir quşdur.
Dostları ilə paylaş: |