◘Bu ayə yəhudi və məsihi müşriklərinin və kafirlərin müsəlmanlara münasibətdə kin və ədavətləri üzərindən pərdəni götürür. Onlar müsəlmanların böyük bir peyğəmbərə və səmavi kitaba malik olduğunu görmək istəmirdilər. Bəli, müsəlmanlar tövhid nidasını bütün dünyaya çatdırmaq, irqi və milli ayrıseçkiliklərlə, müşriklərin xürafatları və kitab əhlinin təhrifləri ilə mübarizə əzmindədirlər. Onlar avamların böyüklər tərəfindən aldadılmasına mane olurlar. Allah bu ayədə buyurur ki, Allahın lütf və mərhəməti onun iradəsinə əsasən istədiyi şəxsə nazil olar və bu işin kimsənin istəyib-istəməməsindən asılılığı yoxdur!