Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə194/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   190   191   192   193   194   195   196   197   ...   484

Bildirişlər


1. Allahın əmri ilə yerinə yetirilən və ilahi rəngə malik olan hər bir iş “vəchullah”, ibadətdir.

2. Allah hər yerdə hazırdır və hər şeyi görür.


116. ﴿وَقَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ بَل لَّهُ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ

(Kitab əhli və müşriklərdən bəziləri) dedilər: “Allah özü üçün övlad götürmüşdür.” O, (bu sifətdən) münəzzəh, pakdır. Göylərdə və yerdə olanlar Onundur. Hamı Onun qarşısında itaətdədir.”


Nöqtələr


◘Kitab əhli və müşriklərin hər biri bir şəkildə Allahın övlad sahibi olduğunu düşünmüşlər. Yəhudilər deyirdilər ki, Uzəyr (Üzeyir) Allahın övladıdır.4 (Qeyd)Məsihilər isə həzrət İsanı Allahın oğlu bilirdilər.5 (Qeyd) Müşriklər də öz növbəsində mələkləri Allahın övladları kimi tanıyırdılar.1 (Qeyd) Uyğun ayə bütün bu yersiz və yanlış düşüncələri rədd edir, Allahın zatının bu sayaq sifətlərdən pak olduğunu bəyan edir.

◘Allahı özümüzlə müqayisə etməyək. İnsanın övlada ehtiyac duymasının aşağıdakı səbəbləri var:

1. İnsanın ömrü məhduddur, özünün və nəslinin davamını istəyir.

2. İnsanın qüdrəti məhduddur, onun köməkçiyə ehtiyacı var.

3. İnsan məhəbbətə ehtiyaclıdır və munis axtarışındadır.

Amma Allah bütün bu ehtiyaclardan və çatışmazlıqlardan uzaqdır, pakdır. Əksinə, göylərdə və yerdə olanların hamısı Onun qarşısında təvazödədir.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin