Quranda “qəzəbə düçar olmuşlar” (“Məğzubin”) kimlərdir?
Quranda Firon, Qarun, Əbu-Ləhəb kimi fərdlər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır.2 (Qeyd)
Quranda Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər.3 (Qeyd) Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər.4 (Qeyd)Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər.5 (Qeyd) Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular.6 (Qeyd)Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər.7 (Qeyd)Bu azğınlıqlar səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.
Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də, yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında təfrit və ifrata yol verdilər və ya nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər.1 (Qeyd)
İnsan bu surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.
Dostları ilə paylaş: |