◘“La rəybə fihi” , yəni Quranın Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Çünki Onun mətləbləri şəkk-şübhəyə heç bir yer qoymur. Yaranan şəklərin səbəbi isə sui-zənn və inadkar ruhiyyədir. Necə ki, Quran buyurur: “Onlar öz yaratdıqları şəkdə avaradırlar.”1 (Qeyd)
◘Quranın məqsədi bəşəriyyətin doğru yola yönəldilməsi, hidayətidir. Onlar insanların diqqətini səmalara, yerə, təbiət aləminə, heyvanlara yönəltməklə, öz elmini, qüdrətini və hikmətini onların nəzərinə çatdırır.
◘Quran bütün bəşəriyyətin hidayət vasitəsidir. (“Hudəl-lin nas”)2. (Qeyd) Bəli, Quran günəştək hamının üstünə işıq saçır. Amma yalnız pak fitrətə malik olanlar, həqiqətə boyun əyənlər ondan faydalana bilər. (“Hudəllil müttəqqin”.) Bəli, günəş şüası da yalnız saf şüşədən keçir. Ona görə də, günahkarlar, zalımlar, kafirlər, qəlbi ölənlər, israfçılar, təkzibçilər Quranın hidayətindən bəhrələnə bilmirlər.
Sual: Ayədə Quran və onun mətləbləri haqqında belə buyurulur: “Onda şəkk yoxdur.” Əksinə, Quran özü müxaliflərin şəkk-şübhəsinə toxunur: “(Müxaliflər dedilər:) Biz bizi dəvət etdiyinin haqqında şübhədəyik.”3 (Qeyd) “Sad” surəsinin səkkizinci ayəsində vəhy və peyğəmbərliyə şəkk, “Səba” surəsinin iyirmi birinci ayəsində qiyamət məsələsinə şəkk haqqında danışılır. Bəs necə olur ki, ayədə Qurana qarşı şəkk inkar olunur?
Cavab: “Onda şəkk yoxdur” dedikdə, hansısa fərdin şəkkindən yox, Qurana şəkk üçün yer olmadığı nəzərdə tutulur. Əgər bir şəxs şəkk edirsə, bu şəkkin səbəbi onun bəsirət gözünün korluğudur. Necə ki, “Nəml”, surəsinin 66-cı ayəsində buyurulur: “Xeyr, onlar axirətə münasibətdə kordurlar.”
Dostları ilə paylaş: |