Bildirişlər
1. Qohumluq əlaqələri qiyamətdə faydasızdır.
2. Hər bir fərdin və hər bir cəmiyyətin gələcəyi onun əməllərindən asılıdır.
135. ﴿وَقَالُواْ كُونُواْ هُودًا أَوْ نَصَارَى تَهْتَدُواْ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ﴾
“(Kitab əhli) dedi: “Yəhudi və məsihi olun ki, doğru yolu tapasınız. De ki, (belə deyil,) İbrahimin haqq ayini (hidayət mayasıdır, çünki) o müşriklərdən deyildi.”
◘“Yəhud” sözü Allaha doğru qayıdış mənasını verən kökdən götürülmüşdür. “Məcməül-bəyan” kitabında imam Sadiqdən (ə) nəql olunmuşdur ki, “yəhud” ləqəbi “Əraf” sürəsinin 156-cı ayəsindən iqtibas olunmuşdur. Həmin ayədə Bəni-İsrailin Allaha “inna hudna iləyk” dediyi bildirilir. “Nəsara” sözü isə həzrət İsanın “mən ənsari iləllah” ifadəsindən iqtibas olunmuşdur.1 (Qeyd) “Hənif” sözü doğru yola gəlmək mənasını verən “hunəf” sözündəndir. “Cunəf” isə əyri yolda qərar tutmaqdır.
◘113-cü ayədə oxuduq ki, yəhudilər məsihiləri (nəsara) qəbul etmədilər. Nəsranilər də öz növbəsində yəhudiləri inkar etdilər. Hər iki qrup yalnız özünün doğru yolda olduğunu güman edirdi. Halbuki hər ikisi şəkkə düçar olmuş və doğru yoldan azmışdılar. Doğru yol isə heç vaxt şəkk-şübhəyə uğramayan İbrahim yoludur.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Hənif və haqlı din həqiqət və İslama meyldir.”2 (Qeyd)
Dostları ilə paylaş: |