Bildirişlər
1. Dini vəzifələri tam şəkildə yerinə yetirmək lazımdır. Həcc əməllərinə başladıqdan sonra onu yarımçıq qoymaq olmaz.
2. Həcc əməllərində Allaha yaxınlıq və ibadət məqsədi olmalıdır. Gəzinti və səyahət məqsədi ilə həcc yerinə yetirmək olmaz.
3. İslam hökmləri xalq üçün çətinlik yaratmır. Xəstə və xaricdən qorxusu olan insana həcc və ümrəni tamamlamaq vacib deyil.
4. İbadətlərdə məkanın da öz payı var.
5. Xəstəlik bir sıra hökmlərdə güzəştlərə səbəb olur. Amma hökmlər heç bir vəchlə öhdədən götürülmür. Ona görə də həcdə üzrü olanlar oruc, sədəqə və ya qurbanlıqla vəzifələrini yerinə yetirməlidirlər.
6. Həcdə qurbanlığın vacib olma meyarı onun asan və yüngül olmasıdır.
7. Ümrə və təməttö həcci hökmləri yalnız Məkkədə sakin olmayan hacılara aiddir. Məkkə sakinlərinin həcci isə başqa növdür.
8. İlahi cəzalara diqqət təqva zəminəsi yaradır. İlahi təkliflərin yerinə yetirilməsi üçün təqva şərtdir.
9. Bütün ilahi hökmlərin yerinə yetirilməsində təqvaya diqqət önə çəkilir.
10. Həcc əməlləri İslamdan qabaq başqa formada olmuşdur. Ona görə də Quranda bu dəyişikliklərə işarə olunur.
11. Həcc hökmlərində dəyişiklik edənlər üçün ağır cəza nəzərdə tutulur.
197. ﴿الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ﴾
“(Ümrə və) Həcc (mövsümü) müəyyən aylardır. (Şəvval, zilqədə, zilhiccə.) Hər kəs bu aylarda həcc əməlini yerinə yetirsə, (bilsin ki,) cinsi yaxınlıq, günah, pis danışıq həcdə rəva deyil. Gördüyünüz yaxşı işlərdən Allah xəbərdardır. Özünüz üçün azuqə hazırlayın. Əlbəttə, ən yaxşı azuqə təqvalı olmaqdır. Ey düşüncə sahibləri! Yalnız Məndən çəkinin.”
Dostları ilə paylaş: |