◘“Fiddünya vəl axirət” cümləsi iki şeydən birinə işarədir. Bu cümlə infaq məsələsinə aid ola bilər. Bu barədə əvvəlki ayədə danışılmışdır. Yəni sizin infaqınız dünya və axirət asayişiniz üçün olsun. Bütün malınızı xərcləməyin ki, dünyada əziyyətə düşəsiniz. Xəsislik də etməyin ki, axirət savabından məhrum olasınız.1 Bu cümlə əvvəlki ayənin sonunda işarə olunmuş təfəkkürə də aid ola bilər. Yəni insan dünya və axirət məsələləri haqqında düşünsün və axirəti üçün bu dünyadan bir şey qazansın. İnsan yaranış, varlıq aləminin sirləri, hakim qanunlar haqqında düşünməli, məsələləri bacardığı qədər əql və düşüncə əsasında qəbul etməlidir. Hərçənd bir əqidənin qəbulu üçün bütün sirlərdən xəbərdar olmaq şərt deyil.2
◘Təfsirlərdə bildirilir: “Nisa” surəsinin onuncu ayəsi nazil olanda və yetimin malının yeyilməsi od yeyilməsi ilə bir tutulanda, evində yetim olanlar narahat oldular. Bəziləri yetimləri evlərindən çıxardılar, bəziləri isə onların qab-qacağını ayırdılar. Belə ki, yetimlər və onlara himayədarlıq edənlər üçün çətinlik yarandı. Belələri həzrət Peyğəmbərin (s) hüzuruna gəlib yetimlərlə rəftar haqqında soruşurdular. Həzrət Peyğəmbər (s) onların suallarını belə cavablandırırdı: “Yetimlərin işlərini yoluna qoymaq onları uzaqlaşdırmaqdan üstündür. Malınızın onların malına qatılmaması üçün onları özünüzdən uzaqlaşdırıb, bu məsuliyyəti çiyninizdən atmamalısınız. Onlar sizin din qardaşlarınızdır. Onların malına tamah olmayan yerdə öz malınızı həmin mala qatmağın eybi yoxdur. Bilin ki, Allah fəsad əhlini islah əhlindən seçir.”
Dostları ilə paylaş: |