◘Mömin olmayan insanlarla ailə qurmaq övladların və gələcək nəslin tərbiyəsində mənfi təsir qoya bilər. Hətta belə övladlar biganələrə casusluq da edə bilərlər. Ayə müsəlman olmayanlarla izdivac haqqında olsa da, insanın imanı üçün təhlükəli olan bütün ünsiyyətlər qadağan edilir.
Bildirişlər
1. Müsəlmanlar kafirlərlə ailə bağlılığı yaratmaq haqqına malik deyillər.
2. Təhlükəni aradan qaldırmaq mənfəət əldə etməkdən daha mühümdür. Müşriklərlə izdivac zamanı iki ehtimal önə gəlir: İzdivac nəticəsində müşrik iman gətirə bilər. Amma əksinə, mömin də müşrik ola bilər. Möminin müşrik olma təhlükəsi daha mühüm olduğundan İslam qarşı tərəf iman gətirənədək bu izdivacı qadağan edir.
3. Ailə qurumunda tərəflərin imanı əsasdır. Kafirlərlə izdivac qadağandır.
4. İzdivac zamanı qarşı tərəfin gözəlliyinə, var-dövlətinə, ictimai mövqeyinə aldanmayın.
5. İctimai mövqe, var-dövlət, gözəllik imanın yerini doldura bilmir.
6. İmanlı zəiflərə və məhrumlara üstünlük verib, onlarla evlənin.
7. İzdivac dinə dəvət üçün vasitə ola bilər.
8. Nəfsani meyllər din çərçivəsini aşmamalıdır və onlara nəzarət edilməlidir.
9. Qul və kənizdə də olmuş olsa, iman dəyərlidir. Müşrik azad da olsa süqut rəmzidir.
10. Qızın izdivac məsələsində ataya xitab olunur ki, qızını müşrikə verməsin.
11. Əvvəlcə iman, sonra izdivac! Düşünməyin ki, izdivacdan sonra imana gəlsinlər.
12. Müşriklərin müsəlman cəmiyyətinin qəlbinə nüfuzunun qarşısını alın. Belə izdivaclardan ortaya çıxası təhlükələri nəzərdən qaçırmayın.
13. Pis həyat yoldaşı insanı cəhənnəmə apara bilər.
14. İlahi göstərişlərə əməl behiştə çatmaq yoludur.
15. Bağışlanma Allahın tovfiqi və izni ilə mümkündür. Məsihilər bağışlanmanı öz böyüklərindən asılı bilirlərsə, müsəlmanlarda belə bir inanc yoxdur.
16. İnsan həqiqəti fitri şəkildə dərk edir. Hökmlərin bəyanı isə yalnız xatırlatma üçündür.
222. ﴿وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّهُ إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ﴾
“Səndən heyz (qadınlarda aybaşı adəti) haqqında soruşarlar. De ki, o, əzab-əziyyətlidir. Heyz zamanı qadınlardan kənar olun və pak olanadək onlarla yaxınlıq etməyin. Elə ki, pak oldular (ya qüsl verməklə paka çıxdılar), Allah sizə icazə verdiyi şəkildə onlarla yaxınlıq edin. Həqiqətən, Allah tövbə edənləri və paklananları da sevir.”
Dostları ilə paylaş: |