◘Çoxsaylı təfsirlərdə, o cümlədən “Məcməül-bəyan”, “Ruhul-bəyan” kimi kitablarda bu ayənin nazil olma şəni haqqında deyilir ki, həzrət Peyğəmbərin yaxınlarından olan Abdullah ibn Rəvahənin kürəkəni və qızı arasında ixtilaf düşərkən Abdullah onların işinə qarışmamaq barədə and içdi. Ayə nazil oldu və bu sayaq andlar qadağan edildi.
◘“Əymən” and mənası bildirən “yəmin” sözünün cəm formasıdır. “Urzət” sözü isə təhlükə astanasında olmaq mənasını verir.
◘Əməlinizə don geyindirmək və məsuliyyətdən qaçmaq məqsədi ilə andı vasitə seçməyin. Harada gəldi, Allahın müqəddəs adına əl atmayın. Bu iş özü də bir növ ədəbsizlikdir. İmam Sadiq (ə) buyurmuşdur: “Nə doğrudan, nə də yalandan Allaha and içməyin.”1
Dostları ilə paylaş: |