Bildirişlər
1. Münasib həyat yoldaşı münasib əkinəcək kimidir. Yaxşı məhsul götürmək üçün münasib toxuma ehtiyac var.
2. İstər toxum, istərsə də torpaq təvəllüddə mühüm rola malikdir. Gələcək nəslin necəliyində və davamında qadın və kişinin rolu var.
3. Qısa müddətli qadağaların ardınca, uzun müddətli bəhrələnmə dövrü gəlir.
4. Yaxınlıq üçün kişi qadına yaxınlaşmalıdır.
5. Meyllərdə ilahi yön olmalıdır. Əgər yaxınlıq zamanı pak övlad və qiyamət ehtiyatı nəzərdə tutularsa, bu yaxınlıq da ilahi rəngdə olar.
“Səhihe-Buxari”də deyilir: İlahi övliyalar yaxınlıq zamanı mücahid övlad qəsdində olurlar.
6. Əgər pak nəsil yetirsəniz, özünüz ondan bəhrələnəcəksiniz.
7. Qadın əşya deyil. O, azadlığın bünövrəsini qoyan, tarixə sərmayə yatıran, axirət hədiyyələrini gətirəndir.
8. Doğub-törəmə izdivacın əsas məqsədlərindəndir.
9. Yaxınlıq zamanı təqvanı gözləyin.
10. Nəfs istəkləri təqva vasitəsi ilə nəzərə alınmalıdır.
11. Təqvaya çatmaq üçün ən yaxşı vasitə axirətə imandır.
224. ﴿وَلاَ تَجْعَلُواْ اللّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصْلِحُواْ بَيْنَ النَّاسِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ﴾
“Yaxşılıq etmək, çəkinmək, xalq arasındakı islahla bağlı andlarınızda Allahı tutacaq qərar verməyin. Həqiqətən, Allah eşidən və biləndir.”
Dostları ilə paylaş: |