Bildirişlər
1. Qadın boşanıb deyə başqasına ərə gedə bilməz (iddə gözlənilməlidir).
2. Boşanma səbəbinə görə övladlar öz hüquqlarından məhrum edilməməlidir.
3. Qanunların icrası üçün ən üstün zamin Allaha imandır.
4. Ailə həyatını əvvəlki ərlə davam etdirmə öndə gəlir.
5. Xoşniyyətlilik geri qayıtmaq üçün bir əsasdır. Məbada ər yalnız cinsi məsələlərə xatir geri qayıda və təkrarən biganələşə.
6. Məsuliyyət insan üçün hüquqlar yaradır. Çiyninə vəzifə götürmüş insan hansısa hüquqlar da əldə edir. Məsələn, valideyn övlad qarşısında vəzifəli olduğundan, övladın öhdəsində də haqları var.
7. Qadınla rəftarda ədalətə riayət olunmalıdır.
8. İslam cahiliyyət dövründə qadınların zərərinə tənzimlənmiş qanunları aradan qaldırdı.
9. Eyni bir şəraitdə fərqləndirmə qadağandır. Amma vəzifə, istedad və ehtiyac baxımından haqq qoymağın eybi yoxdur.
10. Kişilər öz güclərindən sui-istifadə etməməlidirlər. Əsl qüdrət sahibi Allahdır.
11. İddə müddəti gözləmək Allahın hikmətli proqramlarındandır.
229. ﴿الطَّلاَقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَعْتَدُوهَا وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ﴾
“Talaq iki dəfədir. Sonra da bəyənilmiş şəkildə zövcəni saxlamaq, ya da xoşluqla ayrılmaq gəlir. Siz kişilər üçün rəva deyil ki, arvadlarınıza verdiyinizi geri alasınız. Yalnız ərlə arvad ilahi hədləri pozmağa qorxduqları zaman belə olar. Onların ilahi hədlərə riayət edə bilməyəcəyindən qorxduğunuz vaxt, qadının fidyə və əvəz verməsinin eybi yoxdur. Onlar Allahın hədləridir. Bu həddə təcavüz etməyin. Hər kəs Allahın hədlərinə təcavüz etsə, zalımlardandır.”
Dostları ilə paylaş: |