Bildirişlər
1. İslam məzlumların himayədarıdır. Qadınlar tarix boyu zülm və təzyiqlərə məruz qalmışlar. Quran dəfələrlə bu mövzunun üzərində dayanaraq qadınları himayə edir.
2. Xurafat və cahil ənənələrlə mübarizə peyğəmbərlərin məqsəd və vəzifələrindəndir.
3. İnsan bəzən ən pis işlər üçün də ən müqəddəs adları özünə sipər edir.
4. Qadının psixoloji və fizioloji haqlarına və ehtiyaclarına diqqət əsas məsələdir.
5. İnsanların öz xətalarını aradan qaldırması və düşüncəli qərar qəbul etməsi üçün möhlət lazımdır.
6. İnsanları boşanmaya yox, ailə həyatını davam etdirməyə çağırmaq lazımdır. Ər və arvad bilməlidirlər ki, ailə həyatına qayıdış ilahi mərhəmətin əldə olunması rəmzidir.
227. ﴿وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ﴾
“Əgər boşanma qərarına gəlsələr (düzgün yolla eybi yoxdur), həqiqətən, Allah eşidən və biləndir.”
Dostları ilə paylaş: |