Nöqtələr
◘“Yəməhun” sözü “əmə” sözündəndir. “Əma” isə “əmə” sözündən fərqlənir. “Əma” zahiri kora, “əmə” isə batini kora deyilir.1 (Qeyd)
◘İmam Riza (ə) bu ayənin təfsirində buyurur: “Allah məkr, hiylə və istehza əhli deyil. O, sadəcə, məkr və istehzaların cəzasını verir.”2 (Qeyd)Allah münafiqləri öz tüğyanları içində özbaşına buraxır ki, qərq olsunlar. Qəlbin daşlaşmasından, şeytanın qələbəsindən, onun vəsvəsələrindən, günaha meyldən, ibadətə rəğbətsizlikdən, pis adamlarla yoldaşlıqdan, dünyaya baş qatmaqdan, haqdan qəflətdə qalmaqdan ağır cəza nə ola bilər?! Münafiqlər isə bütün bu cəzalara düçar olasıdırlar.
◘Münafiqlər ikili rəftar edirlər. Ona görə onlarla da ikili rəftar ediləcək. Onlar dünyada müsəlman, axirətdə isə kafir hökmündə olacaqlar.
Dostları ilə paylaş: |