Bildirişlər
1. Münafiq öz xeyir-zərərini bilmir. Ona görə də hidayəti zəlalətə satır.
2. İnsan azaddır və seçim ixtiyarına malikdir. Çünki müamilə, iradə və seçimə ehtiyaclıdır.
3. Dünya bazar, xalq isə alıcı və satıcı kimidir. Alınıb satılan isə əməllərimiz və seçimlərimizdir. (“Əştərəu... fəma rəbihət ticarətuhum”)
4. Möminin aqibəti hidayət, münafiqin aqibəti isə azğınlıqdır. (“Əla hudən min rəbbihim... ma kanu muhtədin”)
5. Münafiqlər öz məqsədlərinə bir yol tapa bilmirlər. (“Ma kanu muhtədin”), (Növbəti ayələrə diqqət yetirməklə).
17. ﴿مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ﴾
“Onların halı od alışdırmış şəxslərin halına bənzər. Od öz ətrafını işıqlandırdığı zaman Allah onların işığını alar və onları heç nə görmədikləri zülmətdə buraxar.”
Dostları ilə paylaş: |