Nöqtələr
◘Bu ayədə Allah xalqı infaqa təşviq etmək üçün vasitələrə əl atır: Sənin olanlar sənin deyil, onları Biz sənə vermişik. ; Onların bir hissəsini infaq et, hamısını yox ; Bu infaq qiyamət günü sənin üçün istənilən dostluqdan üstündür.
Bildirişlər
1. Göstəriş verməzdən qabaq xalqa ehtiramla müraciət edin.
2. Xeyir işlərdə fürsətdən istifadə dəyərdir.
3. Bu gündən məhrum olmaq, sabahdan məhrum olmaqdır. Əgər bu gün infaq və bəxşiş həyata keçməsə, həmin gün də arada məhəbbət və dostluq olmayacaq.
4. Məadın zikri infaqa təşviq amilidir.
5. Səxavət ruhiyyəsi yaratmaq yollarından biri qiyamətdə insanların əliboş olacağını xatırlamaqdır.
6. Xəsislik naşükürlük və ilahi vədə qarşı küfr nişanəsidir.
7. Küfr zülmün bariz nümunəsidir.
255. ﴿اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾
“Allahdan başqa məbud yoxdur. O, diri və qəyyumdur. Onu nə yüngül yuxu tutar, nə də dərin yuxu. Göylərdə və yerdə olanlar Onundur. Onun izni olmadan hüzurunda şəfaət edə bilən kimdir?! Onların keçmişini və gələcəyini bilir. Onun elmindən yalnız Onun istədiyi qədər dərk edə bilərlər. Onun kürsüsü (elm və qüdrəti) göyləri və yeri bürümüşdür. Bu iki şeyi saxlamaq Onun üçün ağır deyil. O uca və böyükdür.”
Dostları ilə paylaş: |