Nöqtələr
◘Əvvəlki ayədə oxuduq ki, Allah hər şeyin malikidir. Bu ayədə isə belə buyuruldu: Onun möminlərə münasibəti xüsusi və üstün bir münasibətdir.
Allahın vilayətini qəbul edənlərin bəzi səciyyələri:
- Allahın vilayətini qəbul edən kəsin işləri ilahi rəng alır.1
- Özü üçün ilahi rəhbər seçir.2
- Yolu aydın, gələcəyi məlum və işləri xoşdur.3
- Savaşlar və çətinliklər zamanı Allahın yardımına göz dikib, qeyri-ilahi güclərə meyl göstərmir.1
- Ölümdən qorxmur və Allahın vilayəti kölgəsində ölümü səadət sayır. Bu həqiqəti imam Hüseyn (ə) də öz buyruğu ilə təsdiqləyir.2
- Həyatdakı tənhalıq onun üçün ağır deyil. Çünki Allahın nəzərləri altında olduğunu bilir. (bax: “Tövbə”, 40)
- İnfaq və malını xərcləməkdə ehtiyatlanmır. Çünki malını öz hamisinə tapşırdığına inanır.3
- Mənfi təbliğatlar ona təsir göstərmir. Çünki Allahın qəti vədlərinə ümidlidir.4
- Allahdan başqa hər şey onun nəzərində kiçikdir.5
- Çoxsaylı qanunlar və göstərişlər onu narahat etmir. Çünki o yalnız Allahın qanunlarını qəbul etmiş və bu barədə düşünür. Qarşısına yüzlərlə qazanc yolu çıxsa da, o yalnız Allahın razılığını əsas götürərək yol seçir.6
Dostları ilə paylaş: |