Bildirişlər
1. Möminlərin bir himayədarı var və o da Allahdır. Kafirlərin isə tağutlardan olan dostları çoxdur. Bir dostu qəbul etmək daha asandır. Kafirlərin dəvəti qarşısında Yusif də həmin nöqtəyə işarə etdi: “Çox saylı və pərakəndə sahiblər yaxşıdır, yoxsa yeganə və qadir Allah?!”7 Möminlərin dostu kimi vahid Allahın, kafirlərin dostu kimi tağutların adı çəkilir.
2. Əvvəlki ayədə təkamül və süqut yolunun aydınlaşdırıldığı bildirilirdi. Bu ayədə isə həmin təkamül və həmin süqutun bir nümunəsi bəyan olunur. O, Allahın vilayəti (təkamül) və tağutların vilayətidir (azğınlıq).
3. Haqq yol birdir. Azğınlıq yolları isə çox. Quran haqq yoldan danışarkən nur sözünü işlədir. Azğınlıq yolları isə zülmətlər kimi təbir olunur.
4. Haqq yol nurdur və nurda hərəkət, təkamül, ümid və aramlıq imkanı var.
5. Mömin üçün çıxılmaz vəziyyət yoxdur.
6. Zalım hakimlər küfr və şirk fəzasında manevr (görüntü yaratmaq) imkanına malikdirlər.
7. Allahın vilayətinə daxil olmayan insan istər-istəməz tağutların vilayətinə düşəsidir.
8. İlahi vilayətdən savay bütün vilayətlər tağuta aiddir.
9. Tağutu qəbul edənlərin aqibətinə diqqət insanı haqqın qəbuluna sövq edir.
258. ﴿أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾
“Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: “Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: “Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.”
Dostları ilə paylaş: |