Nöqtələr
◘Əvvəlki ayələr infaq edən üçün şərtləri sadaladı. Bu ayədə isə məhrumlara infaq edilən şeylərin şərtləri bəhs olunur.
◘İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Bəzi müsəlmanlar sələm kimi haram qazanclarını fəqirlərə sərf edirdilər. Bu ayə uyğun işi qadağan etdi.”1
Bildirişlər
1. İnfaq etməkdə məqsəd insanın xoşu gəlməyən və dəyərsiz şeyləri özündən uzaqlaşdırması yox, xəsislikdən qurtuluşdur.
2. İnfaqda nağd pulla əşya arasında fərq yoxdur.
3. Çox şey şey bağışlamaq mühüm deyil. Mühüm odur ki, alın təri ilə qazanılmışlardan bağışlana.
4. İnfaq edərkən məhrumların kəraməti, şəxsiyyəti qorunmalıdır.
5. Nəinki alçaq və çirkin şeylərdən bağışlamaq olmaz, hətta bu barədə düşünmək də pisdir.
6. Yaxşı-pisi tanımaq üçün ən üstün meyar insanın vicdanıdır. Sənə bağışlanılmasını istədiyin şeylərdən bağışla. Sevmədiyin şeyi bağışlamaq da yaxşı deyil.
7. Hər bir varlı insan fəqirliyə düşəcəyini ehtimal etsin. Bu gün sizə verən əl sabah alan əl ola bilər.
8. Xoşa gəlməyən bir şeyin qəbul edilməsi fəqirlərin razılıq yox, çarəsizlik nişanəsidir. Siz də çarəsiz qalıb nəyisə qəbul edə bilərsiniz. Amma bu, sizin razılığınızın göstəricisi deyil.
9. İnfaqın faydası özünüzə qayıdır. Allah isə varlı və ehtiyacsızdır.
10. Allahın varlılığı kamillik və məhbubiyyətlə müşayiət olunur.
268. ﴿الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاء وَاللّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾
“Şeytan (infaq zamanı) sizi fəqirlik və yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma və rifah vədi verir. Allah vüsətbəxş və biləndir.”
Dostları ilə paylaş: |