Nöqtələr
◘Bu ayə Quranın həcmcə ən böyük ayəsidir. Ayənin mövzusunu hüquqi məsələlər və ticari sənədlərin tənzim qaydaları təşkil edir. Ayə İslamın diqqət və əhatəliliyini göstərir. Bu ayədə cahiliyyət dövründə, geri qalmış xalq arasında ən incə hüquqi məsələlər bəyan olunur.
◘“Tədayəntum” sözü “dəyn” sözündən olub “borc” mənasını daşıyır. Bu söz qeyri-nağd bütün müamilələrə, borc və “sələf” alış-verişə şamil olunur.
◘Hədisdə bildirilir: Əgər bir şəxs müamilə zamanı sənəd tərtib edib şahid tutmasa və malını tələf olmaq təhlükəsində qoysa, nə qədər dua etsə, Allah onun duasını qəbul etməz və buyurar: “Nə üçün Mənim göstərişlərimə əməl etmədin?!”1
◘Əgər fərdi haqların qorunması zəruridirsə, beytül-malın (dini büdcənin) hifzi daha zəruridir.
◘Hətta nağd alver zamanı da sənəd tənzim etmək faydalıdır. Amma nağd alverdə sənəd tərtibi nisyə alverdə olduğu kimi zəruri deyil. Çünki nisyə alverdə tərəflərdən biri və ya şahid dünyasını dəyişə bilər, ya da müamilə razılığını unudar. Bu səbəbdən də nisyə müamilə sənədləşməlidir.
◘Yazmaq əmrindən məlum olur ki, adil şahidin iştirakı ilə tənzimlənmiş sənəd şahid gətirə bilər.
◘Ayədən məlum olur ki, İslam cəmiyyəti bir-birinin haqlarının müdafiəsində himayə göstərməlidir. Çünki hər bir müamilədə katibə və bir neçə şahidə ehtiyac var.
◘Bütün ərəbistan yarımadasında cəmi on yeddi savadlı şəxsin olduğu bir dövrdə yazmaq məsələsinə bu qədər diqqət İslamın elm və hüquqların qorunmasına verdiyi əhəmiyyəti göstərir.
Dostları ilə paylaş: |