◘Quranın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. (“Kanə minəl-cin”)1 (Qeyd)
◘Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. (“Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Amma Adəmə səcdə etmədi!
◘İblis iki azğınlığa yol verdi:
a) Etiqadi azğınlıq; "Əba" (boyun əyməmək) onun günahının səbəbi oldu.2 (Qeyd)
b) Əxlaqi azğınlıq; Təkəbbür İblisin cəhənnəmə getməsinin səbəbi oldu.3 (Qeyd)
◘Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyurulur: “Sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə “Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.2 (Qeyd)İmam Səccad (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) buyurdu ki, Adəmə səcdə onun züryətinə və nəslinə xatir idi.3 (Qeyd)
◘Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların möminlərə nazil olması və onlar üçün istiğfarları daimidir. “Allah bizim Rəbbimizdir” deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar”.4 (Qeyd)
◘Adəmə cisminə görə yox, ilahi ruhuna görə səcdə edilməli idi.5 (Qeyd)
◘Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır.
Dostları ilə paylaş: |