Nöqtələr
●“Saffat” surəsinin 108-ci ayəsində İsmailin (ə) qurbanlıq macərası bəyan olunur. Bildirilir ki, həcc mərasimində qurbanlığı vacib bir sünnə, qanun qərar verdik, İbrahim (ə) təslim olduğundan onun üçün yaxşı ad müəyyənləşdirdik və dualarını qəbul etdik.
“Məryəm” surəsinin 50-ci ayəsində də həzrət İbrahim (ə), İshaq (ə) və Yaqubun (ə) adını çəkdikdən sonra buyurulur ki, Biz onlar üçün uca və yaxşı ad qərar verdik.
●Həzrət Əli (ə) buyurdu: “Yaxşı ad üstün mülk və sərmayədəndir.”2
●Rəvayətlərdə “lisanə sidqin” təbirinin həzrət Məhəmməd (s) və Həzrət Əlinin (ə) mübarək vücuduna işarə olduğu bildirilir.3 Bəziləri həzrət Peyğəmbərin (s) “mən atam İbrahimin (ə) duasının səmərəsiyəm” buyruğunu uyğun nöqtəyə dəlil göstərirlər. Buna əsasən də “lisanə sidqin fil axirin” təbiri İbrahimin (ə) nəslindən olan peyğəmbərlər mənasında anlaşılmalıdır. Onlar tövhid məktəbini davam etdirmişlər. Belə bir istək İbrahim (ə) kimi peyğəmbərin məqamına daha çox uyğundur.
●Rəvayətlərdə oxuyuruq: “İnsan dünyadan getdiyi vaxt onun əməl naməsi bağlanır. Yalnız cari olan sədəqə qoyub getmiş olsa əməl naməsinə əlavə olunur. Məsələn, insanın vəqfi, yazdığı faydalı bir kitab, saleh övladının duası ölümündən sonra onun üçün təsirlidir.4
●Rəvayətdə bildirilir: hər bir insan üçün Behiştdə və Cəhənnəmdə mənzil ayırılmışdır. İnsan əməlləri səbəbindən Cəhənnəmə düşdükdə onun Behişt mənzili başqalarına verilir, həmin şəxslər bu evə varis olurlar.1
Dostları ilə paylaş: |