Ayə 87, 88, 89:
﴿وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ﴾
“Hamının məbus olacağı (dirildiləcəyi) gün məni xar etmə. Elə bir gün ki, nə var-dövlət, nə də övladlar insan üçün faydalıdır. Yalnız pak ruh və qəlblə Allaha doğru gələn istisnadır.”
Nöqtələr
●Əksəriyyət bu fikirdədir ki, ayədə İbrahimin (ə) atası yox, əmisi nəzərdə tutulmuşdur. Quran buyruğuna əsasən, mömin insan kafir haqqında dua etməməlidir. Həzrət İbrahim (ə) əmisinə vəd etdiyi üçün ona dua etdi. Çünki hələ də onun iman gətirəcəyinə ümid bəsləyirdi.2 Amma İbrahim (ə) Azərin iman gətirməyəcəyinə əmin olduqdan sonra ondan uzaqlaşdı.3
●Pak ruh dünya bağlılıqlarından, şirk, küfr, nifaq, təkəbbür və digər qəlb xəstəliklərinə aludəlikdən pak qalmış ruhdur. Allah münafiqlərin qəlbində xəstəlik olduğunu bildirir. Demək, sağlam qəlb mömin insanın qəlbidir.
Hədisdə oxuyuruq: “Sağlam qəlb şirk olmayan qəlbdir.4
●Həzrət Peyğəmbər (s) öz namazında belə dua edirdi: “Pərvərdigara! Məni Qiyamətdə xar və rüsvay etmə.”2
●Sual: Rəvayətdə bildirilir ki, infaq və sədəqə, valideyn üçün dua edən saleh övlad Qiyamətdə onun üçün faydalıdır. Amma başqa bir ayədə mal və övladın fayda verməyəcəyi bildirilir. Burada ziddiyyət yoxdurmu?
Cavab: Bu ayədə ilahi xətdə qərar tutan var-dövlət və övlad nəzərdə tutulur.
Demək, dünya bir hərəkətlə qapını bağlayan, digər bir hərəkətlə qapını açan açar kimidir. Halal mal salehlərin əlində xeyir, qeyri-salehlərin əlində günah vasitəsidir.
Gəmidən bayırda həyat olan su
Göyərtəyə dolsa ölüm olar bu
Dostları ilə paylaş: |