Bildirişlər
1. Günahkarı tövbə məqsədi ilə çətinliyə salmaq ilahi sünnələrdən biridir.
2. Tərbiyədə bəzən məhəbbət yox, sərtlik səmərəli olur.
3. Axirət əzabı bütün dünyəvi əzablardan böyükdür.
4. Dünyəvi acılıqlar oyanış siqnalı, tövbə zəmini olmalıdır. (Qayıdış yolu günahkarlar üçün də açıqdır.)
5. Dünyəvi acılıqlar Allahın ədalətinə zidd deyil. Çünki bu iş hikmətə əsaslanır və insanların islahı üçündür.
6. Təbliğ və tərbiyədə təsir ehtimalı olsa yetər və əminliyə ehtiyac yoxdur.
7. Dünyəvi acılıqlar daddırılsa da, günahkarlar doğru yola qayıdışa məcbur edilmirlər.
Ayə 22:
﴿وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنتَقِمُونَ﴾
“Rəbbinin ayələri nəzərinə çatdırılan, amma bu ayələrdən üz döndərən insandan da sitəmkarı kimdir?! Əlbəttə, Biz günahkarlardan intiqam alırıq.”
Dostları ilə paylaş: |