Ayə 37:
﴿وَقَالَ مُوسَى رَبِّي أَعْلَمُ بِمَن جَاء بِالْهُدَى مِنْ عِندِهِ وَمَن تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ﴾
“Musa (fironçuların təkzibi qarşısında) dedi: “Mənim Rəbbim Onun tərəfindən gələnləri daha yaxşı tanıyır. (Yaxşı bilir ki,) xeyir aqibət kimin üçündür. Həqiqətən, sitəmkarlar nicat tapmayacaqlar.”
Nöqtələr
Ötən ayədə bildirildi ki, fironçular ilahi möcüzələri qətiyyətlə sehr adlandırıb ata-babalarından bu barədə eşitmədiklərini bildirdilər. Bu ayədə isə həzrət Musa (ə) onlara kinayə ilə buyurur: “Siz yalan deyirsiniz. Çünki məndən öncə həzrət Yusif (ə) babalarınızın hidayət çırağını əlinə alıb İbrahim dinini möhkəmləndirdi.”
Dostları ilə paylaş: |