Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə506/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   502   503   504   505   506   507   508   509   ...   572

Bildirişlər


1. Quran tilavəti müstəhəb bir iş olsa da, vacib işlərdən öncə zikr olunur.

2. Düşüncə və baxış əməl üçün müqəddimədir.

3. İslamı sevərək qəbul edən insan namaz və infaqdan uzaq qalmır.

4. Namaz məhrumlara yardımla müşayiət olunmalıdır.

5. İnsanın ixtiyarında olanlar Allahın ətalarıdır.

6. Əgər ixtiyarımızda olanların Allah tərəfindən verildiyinə inansaq, infaq–məhrumlara yardımdan çəkinmərik.

7. Allahın verdiklərindən yalnız bir hissəsi infaq olunur.

8. İnsan təkcə sərvətindən yox, öz elmindən, hörmətindən, qüdrətindən də infaq edib xalqa əl tuta bilər.

9. İnfaq həm məxfi, həm də aşkar şəkildə gerçəkləşə bilər. (Gizli infaqda insanın ixlası inkişaf edir, aşkar infaqda başqaları bu işə təşviq edilir.) Bununla belə, gizli infaq aşkar infaqdan öncə zikr olunmuşdur.

10. Qurtuluş ümidi düşüncə, əməl və infaqla müşayiət olunmalıdır. Əməlsiz ümid boş xülyadır.

11. Elmə sahib olub Allahdan qorxsanız da, Quran oxuyub namazı bərpa etsəniz də, məhrumlara kömək əli uzatsanız da, özünüzü nemətlərə layiq saymayın, sadəcə ümid edin.

12. Allahla müamilədə zərrəcə ziyan yoxdur.

13. Düşünməyin ki, infaq etdikdə malınız azalacaq.

14. İslam dünyagörüşündə dünya bir bazardır. Bu bazarda satıcı insandır. İlahi nemətlər sərmayə. Müştərini insan özü seçir. O, Allahla müamilə edib böyük xeyir götürə bilər. Allahdan qeyrisi ilə müamilə edib əbədi behiştdən məhrum qala bilər.


Ayə 30:


﴿لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِ إِنَّهُ غَفُورٌ شَكُورٌ﴾

Allah onlara kamil mükafat əta etsin, onlara olan fəzlini artırsın. Axı Allah bağışlayan və qədirdanlıq edəndir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin