Nöqtələr
Bəzilərinin nəzərincə, bu ayələr sübh, günorta və axşam qılınan beş namaza işarədir.
“Fəsubhanəllahi” və “ləhul-həmdu” cümlələri Allahın pak sayılması və Ona həmd-səna deyilməsi üçün göstəriş ola bilər.
Bildirişlər
1. Yaxşıların və pislərin aqibətini bəyan etməklə ətrafdakıları yaxşılığa təşviq edib pislikdən çəkindirək.
2. İlahi ayələrin və Qiyamətin təkzibi insandakı küfr və inadkarlıqdan qaynaqlanır.
3. İnsanın taleyi onun öz əməllərindən asılıdır.
4. Beş namaz zamanı Allahın müqəddəs zatı da “sübhanəllah”, demişdir.
5. Günün müəyyən vaxtları Allahın zikri üçün daha münasibdir.
6. Allahın bütün eyblərdən pak sayılması Ona həmd-sənadan öndə gəlir. (Yəni əvvəlcə “sübhanəllah” sonra “əlhəmdulillah”.)
7. Təsbih (“sübhanəllah”) və həmd hər yerdə və hər zaman dəyərlidir.
Ayə 19:
﴿يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَكَذَلِكَ تُخْرَجُونَ﴾
“Dirini ölüdən, ölünü diridən çıxarır, öldükdən sonra torpağı dirildir. Siz də (qiyamət günü) bu sayaq xaric edilərsiniz.”
Dostları ilə paylaş: |