Nöqtələr
Bu ayələrdə həm insanın torpaqdan yaranması, həm ölümü, həm də qəbirdən xaric olması Allahın qüdrət nişanələrindən sayılır.
Allah bu və bundan öncəki beş ayədə 15 dəfə xalqa xitab edir, Öz nemətlərini sadalayır. Bu, təbliğ üslublarından biridir.
Bildirişlər
1. Varlıq nizamının sabitliyi nə təsadüfidir, nə də bir başqası tərəfindən təmin olunur. Bu sabitlik yalnız Allahın iradəsinə bağlıdır.
2. Axirət dünyası Allahın iradə və dəvəti ilə gerçəkləşir.
3. Allah rəsulunun dəvəti ölünü dirildir.1 Görün ilahi dəvətdə nə təsir var!
4. Yaranışa iman axirətə iman üçün müqəddimədir. Varlıq nizamını quran kəs sizi də öləndən sonra dirildər.
5. Məad cismanidir.
6. Məad tədricən yox, birdəfəyə həyata keçər.
Ayə 26:
﴿وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ﴾
“Göylərdə və yerdə olan Ona məxsusdur, hamı Ona tabedir.”
Ayə 27:
﴿وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ وَلَهُ الْمَثَلُ الْأَعْلَى فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ﴾
“Yaranışa başlayıb sonra bu yaranışı təzələyən Odur. Bu iş Onun üçün (ilkin yaranışdan) daha asandır. Göylərdə və yerdəki ən üstün qüdrət Ona məxsusdur. O, yenilməz və hikmət sahibidir.”
Dostları ilə paylaş: |