Bildirişlər
1. Haqq əleyhinə mübarizəyə sərmayə qoyulması uzun tarixə malikdir.
2. Haqq qarşısında dayanan istənilən bir şey puç (“ləhv”) və kamal yolunda maneədir. (Peyğəmbərin (s) bəxşiş hikmətinə arxa çevirib mənasız sözləri satın alanlar insanı təəccübləndirir!)
3. Allah yoluna müxaliflərin savaşı məntiq və hikmət yox, boş və əsassız sözlərdir.
4. Baş qatan mənasız vasitələr almaq və insanı kamillikdən yayındıran işlər cəhalət və nadanlıq nişanəsidir.
5. Cəzanın əmələ uyğun olması ilahi ədalət nişanəsidir. Haqqı məsxərəyə qoymaqla ona qarşı çıxanların əzabı alçaldıcı və zəliledicidir.
Batil söz və məclislərdən uzaqlıq və şəhvəti alovlandıran musiqilər, ahənglər haramdır. Əksər fəqihlərin nəzərincə, bu səciyyələrə malik olmayan musiqini dinləmək olar. İmam Baqir (ə) buyurur: “Ğina (günah məclisə aid olan və şəhvəti alovlandıran musiqi) müqabilində od vəd edilmiş günahlardandır.” Sonra həzrət hazırkı ayəni tilavət etmişdir.1 Bu səbəbdən ğina kəbirə günahlardan sayılır. Hansı günaha görə Quranda əzab vəd edilirsə, həmin günah kəbirə günahdır. Qurani-kərimdə oxuyuruq: “Batil sözdən çəkinin.”2
İmam Sadiq (ə) bildirir ki, ayədəki “batil söz” təbiri xanəndəlik və ğinaya aiddir. İmam Sadiq (ə) və İmam Rizadan (ə) nəql olunur ki, “Loğman” surəsindəki “ləhvəl-hədis” təbiri üçün nümunələrdən biri də ğinadır.
Rəvayətlərdə oxuyuruq: “Ğina insandakı nifaq ruhunu gücləndirir, yoxsulluq və bədbəxtlik gətirir; xanəndə qadınlar, onlara muzd verənlər, həmin pulu xərcləyənlər lənətlənmişdir; ğina olan ev ölüm və ağrılı müsibətlərdən amanda deyil, orada dua qəbul olunmaz, oraya mələklər enməz.”3
Dostları ilə paylaş: |