Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə231/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   227   228   229   230   231   232   233   234   ...   572

Nöqtələr


“Ləhv” dedikdə insanı mühüm məqsəddən uzaqlaşdıran şey nəzərdə tutulur. “Ləhvəl-hədis” təbiri insanı haqdan uzaqlaşdıran boş söz mənasını ifadə edir. İnsanı fəsad və günaha sürükləyən xurafi hekayələr bu qəbildəndir. Bu azğınlığı doğuran bəzən danışılan sözün məzmunu, bəzən də avaz kimi əlavələrdir.1

Hicazdan İrana səfər etmiş Nəzr ibn Haris adlı bir şəxs Rüstəm və İsfəndiyarın macəraları kimi İran əfsanələrini öyrənib ərəblərə nəql edirdi. O deyirdi: “Əgər Məhəmməd (s) sizə Ad və Səmudun əhvalatını danışırsa, mən də əcəm xəbərlərini nəql edirəm.” Ayə nazil oldu və bu şəxsin işi azdırıcı sayıldı.

Bəzi təfsirçilər uyğun ayənin nazil olma şəni haqqında deyirlər: Bəziləri əylənmək üçün xanəndə kənizlər alırdılar. Onlar bu yolla xalqın Quran dinləməsinə maneə yaradırdılar. Bu qəbildən olan insanları məzəmmət üçün hazırkı ayə nazil oldu.2

Bu ayə əsas azdırıcı amillərdən olan batil sözə işarə edir. Quranın digər ayələrində başqa azdırıcı amillərə toxunulmuşdur. Məsələn: bəzən təhqir və ya hədə ilə xalqı doğru yoldan azdıran azğın başçılar3; öz vəsvəsələri ilə insanı azdıran şeytan4; öz elm və hünərindən sui-istifadə edərək xalqı çaşdıran alim və sənətkar5; öz güc və sərvətindən istifadə etməklə xalqı doğru yoldan azdıran qüdrət və sərvət sahibləri6; xalqın başını qatıb onları haqq yoldan yayındıran natiqlər və xanəndələr.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin