Nöqtələr
Quranın başqa ayələrində də oxşar təbirlərlə rastlaşırıq.1 Belə ayələrdən aydın olur ki, müşriklər varlıq aləminin Allah tərəfindən yaradılmasını inkar etməmişlər. Onların səhvi bütlərin Allaha şərik qoşulması, bütlərdən şəfaət dilənməsi idi.2 Hansı ki, həmin bütlər müşriklər tərəfindən hazırlanmışdı.
İmam Baqir (ə) müşriklərin ayədəki cavablarına əsaslanaraq bildirir ki, tövhid fitri bir inancdır.3
Bildirişlər
1. Allahın xaliqliyi müşriklərə də məlumdur.
2. Müşriklər müəyyən məqamlarda öz azğınlıqlarını etiraf edirlər.
3. Bütün varlıq aləmi Allah tərəfindən yaradılmışdır, yalnız Ona sitayiş edək.
4. Allaha təşəkkürü dilə gətirək.
5. Müşriklərin azğınlığı adətən onların cahilliyindən qaynaqlanır.
Ayə 26:
﴿لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ﴾
“Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Həqiqətən, Allah ehtiyacsızdır və həmd olunmuşdur.”
Dostları ilə paylaş: |