بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7:
﴿لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ﴾﴿وَأَنتَ حِلٌّ بِهَذَا الْبَلَدِ﴾﴿وَوَالِدٍ وَمَا وَلَدَ﴾﴿لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ﴾﴿أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ﴾﴿يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا﴾﴿أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ﴾
1. “And olsun bu şəhərə”; 2. “Bir halda ki, sən bu şəhərdə sakinsən”; 3. “And olsun ataya və dünyaya gətirdiyi övlada”; 4. “Həqiqətən, biz insanı əzab-əziyyətdə yaratdıq”; 5. “Yoxsa güman edir ki, kimsə ondan qüdrətli deyil?” 6. “Deyir: “Xeyli mal-dövlət xərclədim”; 7. “Yoxsa güman edir ki, kimsə onu görməyib?”
Nöqtələr
◘Quranda “La uqsimu” ifadəsi səkkiz dəfə işlədilmişdir. Təfsirçilər bu ifadəni iki cür mənalandırırlar. Bəziləri “la” şəkilçisini and mənasında qəbul edirlər. Bir başqaları “la uqsimu” ifadəsini “and içmirəm” kimi tərcümə etmişlər. Yəni məsələ o qədər aydındır ki, and ehtiyac yoxdur.
◘”Bələd” dedikdə Məkkə şəhəri nəzərdə tutulur. Bu şəhər İslamdan öncə də möhtərəm sayılmışdır. Məkkə əmin-aman ilahi məkan, insan üçün müəyyənləşmiş ilkin ev.
◘”Və əntə hillun” cümləsi bir neçə cür mənalandırılır. Həmin mənalardan biri ayənin tərcüməsində verilmişdir. İkinci mənaya əsasən, Məkkə əhli orada səni alçatmağı halal sayır. Belə ki, sənin alçaldıldığın şəhərə and içilmir.1 (Qeyd) Üçüncü yanaşmaya əsasən, bu cümlə Peyğəmbərin (s) Məkkə şəhərində qüdrət sahibi olduğunu bildirir. Yəni o burada müxaliflərlə istədiyi kimi rəftar edə bilər.
◘”Kəbəd” sözü çətinlik, “ləbəd” sözü sıx tük mənasını bildirir. Bəziləri “kəbəd” sözünü düz qamət, orta hədd kimi mənalandırırlar.2 (Qeyd)
◘Dünya həyatındakı ləzzətlər əzab-əziyyətsiz başa gəlmir. Bu səbəbdən insanın əzab-əziyyətdə yaradıldığı bildirilir. Həzrət Əli (ə) buyurur: “Dünya çətinliklərlə suvanmış bir evdir.”3 (Qeyd)
◘Bəzi təfsirçilər “və vələdin və ma vələd” ayəsinin həzrət İbrahim və onun oğlu İsmailə aid olduğunu bildirirlər. Amma “Məcməul-bəyan” təfsirinə əsasən burada həzrət Adəm və onun nəslindən olan övliyalar nəzərdə tutulmuşdur.
◘Hədisdə bildirilir ki, “xeyli mal-dövlət xərclədim” sözlərini Əmr ibn Əbdəvəd Xəndək savaşında demişdir. O İslamla mübarizədə xeyli sərmayə xərclədiyini və bir nəticəyə çatmadığını bəyan etmişdir.4 (Qeyd)
Bildirişlər
1. Müəyyən məkanların müqəddəsliyi ola bilər. Məkkə şəhəri qədim dövrdən and yeri olmuşdur.
2. Bəzən əzəmət və diqqət təkrarla bildirilir.
3. Yerlərin dəyəri onların sakinlərinin dəyəri ilə ölçülür. Məkkəyə buna görə and içilir ki, orada peyğəmbər sakindir.
4. Övladlıq məqamı baxımından oğlanla qız arasında fərq yoxdur.
5. Bəşəriyyətin həyatı əzab-əziyyətlər içində ötüşür.
6. Haqq yolda xərclənməyən sərmayə peşimançılıq gətirər.
7. İnsan ilahi elm və qüdrətin hökmü altındadır.
8. Allahın nəzərə alınmadığı istənilən bir hesabat puç və zərərədir.
9. Allah qarşısında hansı böyüklükdən danışmaq olar?!
10. İnfaq yolunu düzgün getməyənlər, infaqı yerinə xərcləməyənlər, bu işdə riyakarlıq və yalana yol verənlər gələcəkdə peşiman olasıdır.
Dostları ilə paylaş: |