Əziz və diqqətli oxucu! Quran təfsiri tərcüməsinin nə dərəcədə əhəmiyyətli və incə iş olduğunu anlasaq da, nöqsanlardan qaça bilmədik. “Həyy” və “qəyyum” kimi yüzlərcə mirvari tə`birini bəsit şəkildə tərcümə etmək zorunda qaldıq. Gələcəkdə bu ilahi işdə yardımçı olacağınızı düşünürük. Bizə ünvanlayacağınız qeydlər növbəti nəşrlərdə nəzərə alınacaq.
Dua istəyi ilə tərcüməçi.
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və onun məsum Əhli-beytinə!