Ayə 11:
﴿وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفْساً إِذَا جَآءَ أَجَلُهَا وَٱﷲُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾
“Allah əcəli çatan kəsin ölümünü heç vaxt təxirə salmaz. Allah gördüyünüz işlərdən agahdır.”
Nöqtələr
◘7-ci ayədə münafiqlərlərin dilindən bildirildi ki, Peyğəmbəri (s) tək qoymaq üçün onun ətrafındakılara yardım göstərilməsin. Olsun ki, bu ayədə münafiqlərin uyğun planını alt-üst etmək üçün möminlərə bir-birinə kömək etmək əmri verilir.
◘İnsan ölüm və qiyamətə inansa asanlıqla infaq edər, sədəqə verər. Quran infaqa təşviq üçün dəfələrlə məad və qiyamət mövzusunu yada salır.1 (Qeyd)
◘İbn Abbas deyir: “Ölüm zamanı o insanlar möhlət istəyir ki, mallarının zəkatını verməyiblər, Həcc vacib olduğu halda onu yerinə yetirməyiblər.”2 (Qeyd)
◘Dünyaya qayıdış istəyi məqbul deyil. Nə ölüm astanasında, nə də qiyamətdə dünyaya qayıtmaq mümkünsüzdür.3 (Qeyd)
İmam Baqir (ə) “və lən yuəxxirəllahu nəfsən” ayəsi ilə bağlı buyurur: “Hər qədr gecəsi nəvbəti qədr gecəsinədək bütün işlər müəyyənləşdirilir. Bu təqdirlərin dəyişməsi və təxiri baş vermir.4 (Qeyd)
Bildirişlər
1. İnsanların doğru yola dəvəti üçün zəmin yaradın. (Ölümün çatacağını, fürsət qalmayacağını, təxir istəklərinin yerinə yetməyəcəyini yada salın)
2. Nəyimiz varsa, Allahdandır.
3. Hadisə baş verməmiş ona əlac etmək lazımdır. (Ölüm məqamı çatanda əməl üçün yol qalmır)
4. Ölüm xəbərsiz gəlir və təxirə salınmır.
5. Həyatı dövründə infaq etməyən varlı insan ölüm vaxtı çox təəssüflənir.
6. Məhrumlara infaq ləyaqət və salehlik nişanəsidir.
“TƏĞABUN” SURƏSİ
Dostları ilə paylaş: |