Nur təFSİRİ


Ayə 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47



Yüklə 1,72 Mb.
səhifə158/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   154   155   156   157   158   159   160   161   ...   348
Ayə 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47:

﴿كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ﴾﴿إِلَّا أَصْحَابَ الْيَمِينِ﴾﴿فِي جَنَّاتٍ يَتَسَاءلُونَ﴾﴿عَنِ الْمُجْرِمِينَ﴾﴿مَا سَلَكَكُمْ فِي سَقَرَ﴾﴿قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ﴾﴿وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ﴾﴿وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ﴾﴿وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ﴾﴿حَتَّى أَتَانَا الْيَقِينُ﴾

Hər kəs qazandığının girovudur; yalnız sağ tərəf əshabı istisnadır; onlar behişt bağlarında ikən günahkarlardan soruşarlar: sizi cəhənnəmə salan nə oldu? Deyərlər: Biz namazqılanlardan deyildik; miskinlərə təam vermirdik; batil əhli ilə batil söhbətlərə qatılmışdıq; daim cəza gününü təkzib edirdik; nəhayət ölüm sorağımıza gəldi.”


Nöqtələr
◘Sağ tərəf əshabı dedikdə “Vaqeə” surəsinin 27-ci ayəsində adı çəkilən qrup nəzərdə tutulur. Qiyamət günü onların əməlnaməsi onların sağ əllərinə verilər.

◘Acı və şirin danışıqlar, salam və ya nifrinlər, sual və məzəmmətlər, günahı başqasının boynuna yıxmaq, insanların bir-birlərini lənətləməsi, möminlərin söhbəti, günahkarların günahkarlarla danışığı, günahkarların möminlərlə söhbəti, mələklərin möminlər və günahkarlarla danışığı çox olar.

◘Miskinlərə təam verilməsi dedikdə ya vacib zəkatın tərk olunması, ya da zəkat ödəndikdən sonra doyurdulması vacib olan aclara diqqətsizlik göstərilməsi nəzərdə tutulur. Bu qəbil diqqətsizlik insanı cəhənnəmə aparır.

◘Miskinlərə təam verilməsi dedikdə onların geyim, məskən kimi bütün ehtiyaclarının ödənməsi nəzərdə tutula bilər.

◘Həm qiyamətin təkzibi günah üçün müqəddimə olur(Qeyd)1, həm günah insanı küfr və təkzibə sürükləyir. (Qeyd)2 Bu səbəbdən də qiyamətin təkzibi həm günahkarların ötən ayədə sadalanmış əməllərinin səbəbi, həm də günahların nəticəsi ola bilər.

◘Ayədə “yəqin” deyilərkən ölüm nəzərdə tutulmuşdur. Olsun ki, ölüm ən labüd işdir, kimsə ona şəkk etmir. Həm də ölüm vaxtı bütün həqiqətlər aşkarlanır, insan əminlik dərəcəsinə çatır.

◘Ardıcıl və yerində qılınmayan namaz insanın namazqılanlardan sayılması üçün bəs etmir. “Biz namazqılanlardan deyildik” deyilərkən namazların davamlı olmaması nəzərdə tutulur. “Maun” surəsinin 5, 6-cı ayələrində də namaza yüngül yanaşılmasına işarə olunur. Bu qəbil namazlar insanı şəfaətdən məhrum edir. (Qeyd)3 İmam Sadiq (ə) şəhadət astanasında yaxınlarını çağırıb onlara namaza ciddi yanaşmalarını tapşırır və bildirir ki, namaza yüngül yanaşanlar şəfaətdən bəhrələnməyəcəklər. (Qeyd)4

◘İnsanlar ya “faiz”, ya da “haizdir”. Yəni onlar ya yüksəlib qurtuluşa çatır, ya da tənəzzül edib süquta uğrayır.

◘Qurtubi sünnə əhlinin tanınmış təfsirçilərindəndir. O imam Baqirdən (ə) belə nəql edir: “Biz və bizim şiələrimiz yəmin əshabıyıq. Kimin qəlbində biz Əhli-beytə (ə) kin-küdurət, düşmənçilik olsa, həmin şəxs girovdadır.” (Qeyd)5
Bildirişlər
1. İnsanın rəftarları onun şəxsiyyətini formalaşdırır.

2. İnsanın qiyamətdə qurtuluşu, ilahi əzabdan xilas olması onun ilahi ədalət məhkəməsində verilən suallara cavablarından asılıdır.

3. Qiyamətdə günahkarların ardıcıl şəkildə sorğu-suala çəkilməsi özü bir növ ruhi əzabdır.

4. İnsan bir dəfə günah etməklə cəhənnəmə getmir. Günahın davamı və ardıcıl fəsad insanı cəhənnəmə sürükləyən səbəbdir.

5. Namaz və infaqın tərki ən böyük günahlardandır.

6. Miskin müsəlman deyilsə də, ona təam vermək zəruridir.

7. Ömrü tənbəllik içində, bekarçılıqla keçirmək bağışlanmayan günahdır.

8. Cəhənnəmə aparan amillərdən biri günahkar cəmiyyətlə həmrənglik, yoldaşlıqdır.

9. Pis dost və yoldaş cəhənnəm əhli olmaq üçün zəmin yaradır.

10. Ölüm fəna yox, maddi dünya əsarətindən qurtuluş, ilahi həqiqətlərin müşahidəsidir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin