َكَعَم َنی
ا َن ِم َر سَیَت اَم اوُؤَرْقاَف ْمُكْیَلَع َباَتَف ُهوُصْحُت ن ل نَأ َمِلَع َراَه نلا َو َلْی للا ُرِ دَقُی ُ اللّ َو
ِنآ ْرُقْل
َی ِض ْرَ ْلْا يِف َنوُب ِرْضَی َنوُرَخآ َو ىَض ْر م مُكنِم ُنوُكَیَس نَأ َمِلَع
ِ اللّ ِلْضَف نِم َنوُغَتْب
لا اوُتآ َو َة َلا صلا اوُمیِقَأ َو ُهْنِم َر سَیَت اَم اوُؤَرْقاَف ِ اللّ ِلیِبَس يِف َنوُلِتاَقُی َنوُرَخآ َو
َةاَك ز
َوُه ِ اللّ َدنِع ُهوُد ِجَت ٍرْیَخ ْنِ م مُكِسُفنَ ِلْ اوُمِ دَقُت اَم َو اانَسَح ااض ْرَق َ اللّ اوُض ِرْقَأ َو
ا ارْیَخ
َمَظْعَأ َو
﴾ٌمی ِح ر ٌروُفَغ َ اللّ نِإ َ اللّ اوُرِفْغَتْسا َو اارْجَأ
“Həqiqətən, sənin Rəbbin bilir ki, sən və səninlə olanlardan bir dəstəsi gecənin
üçdə ikisini, ya yarısını, ya da üçdə birini ibadətə durursunuz. Allah gecə və
144
gündüzü ölçüb müəyyənləşdirir. O bilir ki, siz gecəni dəqiq hesablaya bilməzsiniz.
Buna görə də sizi bağışladı (gecənin dəqiq hesabını istəmədi). Bacardığınız qədər
Qurandan oxuyun. Allah bilir ki, bəziləriniz xəstələnəcək, bəziləriniz Allahın
fəzlindən ruzi diləmək üçün səfərə çıxacaq, bəziləriniz Allah yolunda cihada məşğul
olacaq. (Buna görə də Quran tilavət edə bilməyəcək). Nə qədər bacarırsınızsa
Quran oxuyun, namaz qılın, zəkat ödəyin, Allaha borc verin, gözəl bir borc! (Bilin
ki) Özünüz üçün öncədən göndərdiyinizi Allahın yanında daha yaxşı, daha böyük
müküfatla alacaqsınız. Allahdan bağışlanma diləyin. Həqiqətən, Allah bağışlayan və
mehribandır.”
Nöqtələr
◘Ayədə buyurulur ki, gecə namazı, Quran tilavəti, məhrumlara yardım kimi xeyir
işlərlə öyünməyin, yenə də tövbə qılın.
◘Bu ayə gecələr göz yaşından tutmuş gündüzlər cihadadək İslamın əhatə dairəsini
göstərir. Allahla rabitədən yoxsullara yardımadək, Quran tilavətindən ticarət
səfərlərinədək təlaşlar bu dairəyə daxildir.
◘Ötən ayələrdə buyuruldu ki, gecənin yarısını, ya üçdə birini, ya da üçdə ikisini
ibadətə məşğul olun. Bu ayədə isə gecə ibadətləri ilə bağlı hesab aparmağın çətinliyi
bildirilir və insan həmin hesabatdan azad olunur. Allah insanı bağışlayır, ondan bacardığı
qədər ibadət istəyir. Xüsusi ilə xəstələr və səfərə çıxanlar üzürlü sayılır.
◘İmam Riza (ə) hazırkı ayənin təfsiri ilə bağlı peyğəmbərdən belə nəql edir: “Nə
qədər ki xüşulusunuz və qəlbinizdə səfa var Quran oxuyun.”
1
◘Bu ayədə ticarət məqsədi ilə səfər cihadla yanaşı zikr olunur. Hansı ki birinci iş
dünyəvi, ikinci isə üxrəvidir. Rəvayətlərə əsasən əgər tacir öz işində Allahı yadda
saxlasa, əskik və baha satmasa, möhtəkirliyə yol verməsə Allah yolunda vuruşan
mücahid kimidir.
2
◘Quran tilavəti vacib olmasa da, çox tövsiyə edilir. Belə ki, bir ayədə iki dəfə Quran
tilavət etmək tapşırılır.
◘İslam hökmləri insanların hökmlərinə uyğundur. Kimsə gücündən artıq
yüklənməyib. Xəstə dəstəmaz əvəzinə təyəmmüm edir, oruc tutmur. İlahi göstərişlərin
uyğun səciyyələrini açıqlayan bəzi ayələri nəzərdən keçirək: Allah imkanınızın
çatmayacağını bilib bunu sizə bağışladı; Bacardığınız qədər Quran oxuyun; Sizin üçün
yüngülləşdirildi
3
; Gücünüz çatdığı qədər qüvvə toplayın
4
; İmkanı çatan Həccə getsin
5
;
Allah kimsəni gücündən artıq yükləməmişdir
6
; Allah yalnız əta etdiyi qədər istəyir
7
;
Xəstələnən və ya səfərdə olan ramazan ayında oruc tutmasın
8
; Su tapmasanız təyəmmüm
edin
9
; Allah sizin üçün asanlıq istəyir
1
; Kor və xəstə cihadda iştirak etməyə borclu deyil.
2
deyil.
2
1
“Təfsiri-məcməul-bəyan”
2
“Təfsiri-dürrül-Mənsur”
3
“Ənfal”, 66
4
“Ənfal”, 60
5
“Ali-İmran”, 97
6
“Bəqərə”, 286
7
“Təlaq”, 7
8
“Bəqərə”, 184
9
“Nisa”, 43
|